Anarın 80 illiyi Ankarada ikinci dəfə qeyd edilib
Daha əvvəllər
xəbər verildiyi kimin mart və aprel aylarında İstanbulda və Ankarada Xalq yazıçısı
Anarın yubileyi geniş qeyd olunmuşdu. İstanbuldakı tədbirdə Türkiyə
Ədəbiyyat vəqfinin
yeni təsis etdiyi “Yaşayan Dədə Qorqud” ödülü ilk olaraq Anara təqdim edilmişdi.
Noyabrın 24-də Ankarada TürkSAV,
Əhməd Yasəvi
vəqfi, Türk Ədəbiyyatı Vəqfi
və TÜRKSOY-un təşkilatçılığı
ilə yazıçının
80 illiyiylə bağlı
tədbirlər keçirilib.
Noyabrın 21-də Anar İstanbulda
tanınmış türk
şairləri Ataol Bəhramoğlu və Nihad Bəhramla, görkəmli tarixçi
professor, doktor İldər
Ortaylı ilə görüşüb, Şairlər
bağını ziyarət
edib. Bu bağda
Türkiyənin klassik
və çağdaş
şairlərinin abidələri,
o cümlədən, Ataol
Bəhramoğlunun heykəli
ucaldılıb.
Noyabrın 23-də Ankarada Əhməd Yasəvi Vəqfində keçirilən görüşü
Vəqfin başqanı,
sabiq Mədəniyyət
naziri və millət vəkili Namik Kamal Zeybək
açıb. Zeybək hələ sovet dönəmində Anarın
ssenarisi əsasında
dünyada ilk dəfə
Dədə Qorqud dastanı əsasında bədii filmin çəkilməsini yüksək
dəyərləndirib, yazıçının
təşəbbüsüylə Bakıda Dədə Qorqud ensiklopediyasının
nəşr olunmasını
xüsusi qeyd edib.
Toplaşanların xahişiylə Anar
Azərbaycan ədəbiyyatının
ən qədimdən bugünə qədər tarixi haqqında məlumat verib, çox sayda sualları cavablandıraraq
Qarabağ qarşıdurmasında
Azərbaycanın haqlı
mövqeyindən, dövlətimizin,
Prezident İlham Əliyevin torpaqlarımızı
azad etmək əzmindən, qarşıya
qoyulan bütün məsələləri həll
etməyə qadir olan güclü ordumuzdan danışıb.
Tədbirdə Türkiyə-Qazaxıstan Dostluq dərnəyinin başqanı Feyzülla Budak Azərbaycan xalq mahnılarını ifa edib.
Noyabrın 24-də “Elçi Rezidans” otelinin böyük konfrans salonunda Anarın yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə sabiq nazirlər, millət vəkilləri, icra başçıları,
ədəbi və elmi ictimaiyyətin nümayəndələri, mətbuat
işçiləri iştirak
ediblər. Anarın tərcürmeyi-halı
və yaradıcılığı
haqqında məlumat səslənəndən sonra
tədbirin aparıcısı,
TürkSAV başqanı,
şair Yəhya Akenkin giriş sözü söyləyib.
Y.Akenkin Azərbaycan yazıçısının
Türkiyədə nəşr
olunmuş “Kərəm
kimi” kitabının bu ölkədə Nazım Hikmət barədə daha obyektiv rəyin formalaşmasında böyük
əhəmiyyətini qeyd
edib.
Daha sonra çıxış
edən Namik Kamal Zeybək Anarın, millət vəkili və parlamentdə
Azərbaycan-Türkiyə dostluq
qrupunun rəhbəri kimi ədəbi və mədəni əlaqələrimizin inkişafında
xidmətlərindən söz
açıb. Türkiyənin
Azərbaycandakı keçmiş
səfiri Hulusi Kılıç, Türk
Ədəbiyyatı Vəqfinin
sədri Sərhəd
Kabaklı, həmin günlərdə Yaponiyada
səfərdə olan
TÜRKSOY-un Baş katibi
Düsen Kaseinovun adından çıxış
edən onun müavini Firat Purtaş, Sabiq Mədəniyyət naziri Agah Oktay Günay
yazıçı haqqında
ürək sözlərini
söyləyiblər.
Sonra Anara həsr olunmuş paneldə - elmi toplantıda Türkiyənin görkəmli
ədəbiyyatşünas alimi, doktor, professor Əhməd Bican Ercilasun yazıçının
“Beş mərtəbəli
evin atıncı mərtəbəsi”, “Otel otağı” romanları,
“O gecənin səhəri”,
“Muhakkak görüşərik”
hekayələri haqqında
geniş bəhs edib. Anarın yaradıcılığı haqqında doktorluq dissertasiyası üzərində
işləyən dosent-doktor
Gökhan Tunc “Ağ qoç, qara qoç” əsərinin ətraflı
təhlilini verib.
Şair, nasir, tərcüməçi İmdat
Afşar Anarın “Kərəm kimi” sənədli romanının
və “Çağdaşlarım”
esselər toplusunun tərcüməsi üzərində
işindən danışaraq
qeyd edib ki, “Çağdaşlarım”
kitabında iki böyük lider - Atatürk və Heydər Əliyev haqqında, habelə Nəriman Nərimanov, Məhəmməd Əmin
Rəsulzadə, M.Sultanqaliyev,
eləcə də müəllifin şəxsən
tanış olduğu
görkəmli dövlət
xadimləri Süleyman
Dəmirəl, Bülənd
Ecevit, Rəcəb Tayib Erdoğan, Nursultan Nazarbayev haqqında yazıları,
türk dünyasının
görkəmli yazıçıları
barədə esseləri
Türkiyə oxucularının
böyük marağına
səbəb olub.
Sonda çıxış edən
Anar bu tədbirlərin
təşkilatçılarına dərin təşəkkürünü
bildirib, bu yaxınlarda Ankarada nəşr olunmuş “Türkiyə ikinci vətənimdir” adlı kitabının adında bir yanlışlıq olduğunu qeyd edərək deyib: “Türkiyə də Azərbaycan kimi mənim birinci vətənimdir. Yubileyimin qardaş ölkədə
belə geniş qeyd edilməsi, kitablarımın nəşri
üçün təşəkkür
edirəm, tərcüməçilərimə
və tədqiqatçılarıma,
haqqımda burada çıxış edib xoş sözlər deyənlərin hamısına
çox minnətdaram”.
Tədbirdən sonra Anar toplaşanların xahişilə
Türkiyədə son illərdə
çıxan “Sizsiz”,
“Kərəm kimi” “Türkiyə ikinci vətənimdir”, “Çağdaşlarım”,
“Yaşamaq haqqı”,
“İyi padşahın
masalı”, “Nəzər
boncuğu”, habelə Türkiyə mətbuatında
haqqında çıxan
yazılardan ibarət
“Uzağı yaxın
qılan yazar - Anar” və Pərvinin
“Anar dünyası” kitablarını imzalayıb.
Xalq yazıçısı
Anar Türkiyənin
TRT-1 və “TRT-Avaz” televiziya kanallarına müsahibələr verib.
ŞAHANƏ
525-ci qəzet.- 2018.- 1 dekar.- S.12.