İspaniya - düşüncələr və unudulmaz xatirələr

 

 

 

(Əvvəli ötən şənbə saylarımızda)

Korrida, ədətən, iri dəyirmi amfiteatrlarda gedir. Çox vaxt deyirlər ki, korrida - proloqu epiloqu olan üç pərdəli faciədir.

 

Həqiqətən , o, proloqdan başlayır - korrida iştirakçılarının parlaq gözəl geyimdə paradı keçirilir. Əvvəlcə toreador çıxıb qırmızı parçadan olan pərdə örtüyü ilə öküzü xeyli acıqlandırır. Sonra səhnəyə banderilyerolar çıxır, onlar öküzün belinə rəngli lentlər bağlanmış, qarpun formasındakı iti metal uclu banderilyalar sancırlar. Öküzün belinə bir neçə banderilya sancılır. Sonra gözləri bağlı atın üstündə, atın bədəni hər iki tərəfdən palazla örtülmüşdür, pikador çıxır, o, əlindəki pikanı - nizəni öküzün kürəyinə soxub, onu fırladır, öküzün belindən qan axmağa başlayır, ata hücum etsə , heç edə bilmir, çünki pikadorun da qılçası metalla mühafizə edilmişdir. Nizə batırılması hesabına öküz əvvəlki cəldliyini itirir taqətdən düşür.

Bu vaxt son səhnənin qəhrəmanı kimi matador (toreador - “öküzmənasını verən “tore” sözündən, matador isə ispan feili olanmatar” - “öldürməksözündəndir) çıxır. O, əlindəki qırmızı parça ilə öküzü yenə hirsləndirdikdən yorduqdan sonra final hərəkətə keçir, öküzlə üz-üzə dayanıb, olduqca cəld tullanışla əlindəki iti qılıncı onun boynuna sancır. Öküzün ağzından qan gəlir bir azdan sonra o yıxılır ölür. Ölməyən öküzün başının arxasına bıçaq zərbəsi vurub onu öldürürlər. Sonra ölü öküzü ata qoşub, sürüyərək qumlu stadiondan çıxarırlar.

Matador öldürdüyü öküzün qulağını kəsib, ən gözəl tamaşaçı qıza hədiyyə kimi göndərir.

Biz tamaşa edərkən, bir ucaboylu banderilyero əlindəki qarpunu öküzün belinə sancıb qaçanda büdrəyib yıxıldı öküz onun üstünə cumub, onu buynuzu ilə vurmağa başladı. Sonra digər toreadorlar pərdə parçası ilə öküzü hirsləndirib, ondan araladılar. Onun köynəyi arxadan cırılmışdı, öküzün buynuzu ilə yaraladığı yerdən qan axırdı. Onun rəngi qaçmışdı, görünür, çox qorxmuşdu, buynuz bədəninə girsəydi, o, ölə bilərdi. Tamaşanın sonuna qədər o, özünə gələ bilmədi biz yaxın məsafədən bunu müşahidə etdiyimizdən, ona yazığımız gəldi. Lakin öküzlərlə oyun ənənələrində daha qorxulusu da vardır böyük amerikan yazıçısı Ernest Heminquey onu öz romanında təsvir etməklə, populyarlığının artmasına şərait yaratmışdır. Bu, Navarra vilayətindəki Pamplona şəhərində iyul ayında keçirilən hirsləndirilmiş öküzlərin qabağında böyük həvəskarlar kütləsinin uzun məsafədə qaçmasıdır. Bu vaxt çox adam yaralanır, ölüm hadisələri olur. Sonda isə öküzlər arenaya göndərilir, onlara əzab verilir sonra da öldürülür.

İspanlar barədə bir neçə söz

İspaniya çox qədim zəngin mənəvi maddi mədəniyyətə malik ölkədir. Dövlət kimi mövcud olduğu dövrdə onun mədəniyyətinin yeni xüsusiyyətləri meydana gəlmişdir. Bunlar da tarixi, coğrafi digər amillərin təsiri ilə formalaşmışdır.

İspanlar çox musiqi sevən xalqdır. Onların mahnılarında sevinc, məhəbbət, kədər, qüssə, təbiət igidliklər tərənnüm olunur. Hər regionda musiqi öz yerli koloritinə malikdir. Cənubi İspaniyanın ya Andalusiyanın musiqi sənəti daha ekzotik ekspressiv xarakter daşıyır. Bunu onların flamenko rəqsində aydın görmək mümkündür. İspan mahnısı, rəqsi gitara musiqisi vəhdətindən ibarət olmaqla, flamenkoda Şimali Afrikadan olan ərəb mahnılarının təsiri hiss olunur. Bu rəqsdə xüsusi stilistik hərəkətlər jestlər öz əksini tapır. Qadınların ifa etdiyi rəqs ritminə, ekspressiyasına görə qığılcım kimidir tamaşaçını laqeyd müşahidəçilikdən uzaqlaşdırır rəqqasənin hisslərini yaşamağa məcbur edir. Onlar həm kastanetdən istifadə etməklə, ritmə əlavə motiv verirlər. Bu ecazkar balet gitara ifasına da canlanma yüksək xüsusiyyətlər bəxş edir. Rəqs, adətən, kişilər tərəfindən solo oxunması ilə müşayiət olunur. Andalusiyalılar yaxşı deyirlər ki, “Bir eyni şeyi demək üçün xorla oxumaq nəyə lazımdır?”

Madriddə bizi flamenko rəqsi ifa edilən yeganə gecə klubuna apardılar. Biz rəqqasələrin öz hisslərinin çılpaqlığı ilə ifadə edən qol ayaq hərəkətlərindən, kastanetin çıxardığı ritmə uyğun ekspressiyadan həzz aldıq. Gecəyarısı səhnəyə klubun yaşlı sahibəsi özü çıxıb rəqs edir. Bütövlükdə flamenko bizə yaşanılan bayram təsiri bağışladı.

Digər rəqslər olan balero Araqon xotası ilə tanış idim. Fransız bəstəkarı Moris Ravelin orkestr üçün “Bolero” süitasına mən böyük həzlə qulaq asıram. Araqon xotasını isə İqor Moiseyevin məşhurDünya xalqlarının rəqsiansamblının ifasında görmüşdüm.

İspaniyada əsas musiqi aləti gitaradır ispanların ifasında bu alət, elə bil ki, öz təbiətini dəyişib, insana mübhəm olan sirləri açır, onu həyata münasibəti barədə düşünməyə məcbur edir.

İspaniya barədə çox danışmaq olar, çünki bu ölkədə olanda zəngin təəssürata yiyələnirsən. İspaniya nəinki dərk olunmağa, hətta sevilməyə layiqdir. Gözəl qadınla qısa müddətli ünsiyyət adamda xoş xatirə tək qaldığı kimi, İspaniya da yaddaşa həkk olunaraq, illər, onillər keçsə , silinib yox olmaq bilmir. İspanların özləri haqqında dedikləri: “los hombres espanoles son afortunados en amores” - “İspanların həmişə sevgidə bəxti gətirirsözlərini bir qədər dəyişib demək istəyirsən ki, İspaniya elə bir ölkədir ki, onun özünə hamı vurulur.

Manuel MaçadonunCantares” - “Nəğmələrşeirində isə deyilir:

Vino, sentimento, gitarra u poezia...

hay en los cantares de la partia mia

- “şərab, hiss, gitara poeziya...

onlar Vətənim barədə mahnılarda vardır”.

Şairin gətirdiyi dörd şey, həqiqətən , ispanlara məxsusdur heç bir xalq ispanlarla bu xüsusiyyətlərin cəmində müqayisəyə girə bilməz.

İspan kişiləri isə öz qüruru ilə seçilir, onlar daim öz ləyaqətlərinin keşiyindədirlər, bəlkə , əyilməz vətənpərvərliyin səbəblərindən biri məhz budur. Böyük rus yazıçısı N.V.Qoqol yazırdı ki, öküz qoşulmuş kotanla torpağı şumlayan ispan kəndlisi yoldan ötüb keçəni gördükdə işini atıb, əli cibində gəzməyə başlayır, nümayiş etdirmək istəyir ki, bu zəhmətlə onun heç bir əlaqəsi yoxdur. Həmin kəndli, zəhməti özü üçün cəza hesab edən köhnə idalqonu xatırladır.

İspan qadınlarının məlahəti, şarmı onlarla gözəllik xüsusiyyətlərini geridə qoyur, ona görə ispanlar öz qadınlarına hörmətlə yanaşırlar.Espanaşərqisində isə deyilir ki, “Espana, Espana, la de las bellas” - “İspaniya, İspaniya, ən gözəl qadınlar diyarı”. İspan qadınları nəinki gözəldirlər, həm ətrafa işıq hərarət saçırlar, öz enerjilərini, pozitiv emosiyalarını, flamenkoda olduğu kimi, başqalarına ötürməyi öz məlahətlərinin bir hissəsi hesab edirlər. İspan qadınları əcnəbi adətlərin təsirinə düşməkdən yayına bilmirdilər.

XVIII əsrdə İtaliyanın böyük şəhərlərində çiçibeizm adəti yayılmışdı və bu qəribə qayda ispan qadınlarına da sirayət etmişdi, onlar da onun nümayişindən qürur duyurdular. Çiçibey, İtaliyada olduğu kimi, İspaniyada da ərli qadının daimi kompanyonu, bəzən həm onun məşuqu olmaqla, ərli xanımların özünü göstərmək məqsədinə xidmət edən ictimai yerlərdəki tədbirlərdə onları müşayiət edirdi. Çiçibeizm şəhərlərin kübarları arasında mövcud idi. Ərli qadının çiçibeyə malik olması, bu mövcudluğun statusu nikah yaxınlığının da şərti hesab olunurdu. Çiçibeyi olmayan kübar qadın bunu ləyaqətinin qüsuru kimi qiymətləndirməklə, az qala özünü bədbəxt hesab edirdi. Dövrün adətlərinin xüsusiyyəti olan bu qayda böyük təsir gücünə malik idi, lakin XIX əsrdə sıradan çıxdı. Servantes əgər sağ olsaydı, yəqin ki, Sanço Pansanın  qubernatorluğu vaxtı, əlbəttə, bu yazıçının təxəyyülünün məhsulu idi, namusuna təcavüzə görə yalnız məhkəməyə müraciət etdiyi halda, hakimin hökmü ilə aldığı pulu həmin kişi tutub geri alanda böyük dava qaldıran qadını ifşa edən kimi, çiçibeyizmə aludə olan qadınları da satira atəşinə tutardı.  

İspaniya bütün xüsusiyyətlərini nəzərə aldıqda, unikal sehrə malik olan bir ölkədir, çox sayda sirlərlə doludur. Bu sirləri seyr etmək olar, lakin onları axıradək dərk etmək, araşdırmaq, onlara uyğun gələn cavabı tapmaq qeyri-mümkündür. Bu ölkə Qərblə Şərqin sintezini, Makedoniyanı Aleksandrın niyyətlərini həyata keçirən, bəlkə də, yeganə Avropa ölkəsidir. Bu vəhdəti hissələrə ayırmaq da ağılsızlıqdır, siam əkizlərini cərrahi yolla bir-birindən ayırmaq kimi çətin və təhlükəli bir işdir. Onun gözəlliyi də bu sintezdə üzə çıxır, məhz bunda da öz sirlərini gizlətməyi bacarır. Ona görə də İspaniyaya, dahi rəssam olan təbiətin və ölkəyə böyük sınaqlar bəxş etmiş tarixin yaratdığı bir əfsanəvi tablo kimi baxmaq olar. Bu xalqın bəxti gətirmişdir ki, iki bir-birindən fərqli olan qitənin qovuşmasında meydana gəlmiş, gözəl təbiəti olan bir ölkəyə sahib olmuşdur. Bəzən səhv etsə də, daim xoşbəxt gələcəyini düşünməklə, nəticə etibarilə öz taleyini düzgün müəyyən etməyi bacarmışdır. İspaniyanın və ispan xalqının şişirdilmiş tərifə, hiperbolizə edilmiş qiymətə ehtiyacı yoxdur, onlarla sadəcə tanışlıq az sonra hökmən ən azı ehtiram, bəlkə də, vurğunluq səviyyəsinə keçəcəkdir.

 

SON

 

Telman ORUCOV

 

 

525-ci qəzet.- 2018.- 1 dekabr.- S.22.