"Bakı Prosesi"-10: Sivilizasiyalararası dialoqun inkişafında Azərbaycan təcrübəsi

 

 

Sivilizasiyalar arasında dialoqun inkişafına xidmət edən "Bakı Prosesi"nin əsasının qoyulmasından 10 il ötür.

 

2008-ci ilin dekabrın 2-də Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa onun qonşu regionlarında davamlı inkişafın sülhün əsasıdır" mövzusunda konfransında İslam Qərb sivilizasiyaları, eləcə xalqlar mədəniyyətlər arasında dialoq əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan prezidenti İlham Əliyev "Bakı Prosesi" təşəbbüsünü irəli sürüb. Avropa ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda "Mədəniyyətlərarası dialoqunun təşviqinə dair "Bakı Bəyannaməsi" qəbul edilib. "Bakı Bəyannaməsi" ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı Prosesi"nin bu prosesin inkişafına hədəflənmiş "Sənətçilər dialoq naminə" layihəsinin əsası qoyulub.

"Bakı Prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ilin oktyabr 13-dən 15-dək Bakıda keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin 6-cı Konfransında Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti iştirak edib. Tədbir çərçivəsində iştirak edən Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında mədəniyyətlərarası dialoqa dair birgə kommunike qəbul edilib.

2010-cu ildən Bakı Prosesi qlobal hərəkata çevrilməyə başlayıb. Həmin ilin sentyabrın 23-də BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında dövlət başçısı İlham Əliyev Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edib. Nəticədə, 2011-ci ilin aprelin 7-dən 9-dək Bakıda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi İSESCO-nun tərəfdaşlığı ilə 1-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub. Qitələrarası mədəni əməkdaşlığı inkişaf etdirmək məqsədilə 1-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın təşəbbüsü ilə "5 A - Mədəniyyətlərarası Əməkdaşlıq Platforması" təsis edilib. Avropa, Asiya, Amerika, Afrika, Avstraliya qitələrinin adlarının

Azərbaycan dilində "A" hərfi ilə başladığını nəzərə alınaraq simvolik olaraq yeni platformanın adı "5 A" kimi müəyyən edilib.

2013-cü ilin mayın 29-dan iyunun 1-dək isə  "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında Bakıda 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forumun təşklində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi İSESCO ilə yanaşı, BMT-nin Ümumdünya Turizm Təşkilatı da əsas tərəfdaş qismində çıxış edib. Forum çərçivəsində Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə 21 may- Ümumdünya Mədəni Çeşidlilik gününə həsr olunmuş "Mədəni çeşidlilik üçün nəsə et" qlobal kampaniyasının zirvə toplantısı keçirilib. Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser, ayrı-ayrı ölkələrin mədəniyyət turizm nazirləri, ekspertlər digər beynəlxalq qurumları təmsil edən şəxslərin iştirakı ilə "5 A - Mədəniyyətlərarası Əməkdaşlıq Platforması" çərçivəsində mədəni çeşidliyi təbliğ edən hər qitədən bir layihənin təqdimatı keçirilib.

2015-ci ilin yanvar ayında isə BMT-nin Baş Qərargahında Nyu-York şəhərində "Bakı Prosesi" 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimləri keçirilib. Yanvar ayının 28-də Nyu-Yorkun tarixi mötəbər binalarından biri olan "Seynt Recis" mehmanxanasında Mədəniyyət Turizm Nazirliyi, Azərbaycanın ABŞ-dakı Səfirliyi Etnik Anlaşma Fondunun birgə təşkilatçılığı ilə "Bakı Prosesi" 3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təntənəli təqdimat mərasimi təşkil edilib. 2015-ci ilin aprelin 22-də isə UNESCO-nun İcraiyyə Şurası çərçivəsində "Bakı Prosesi" forumun təqdimatları baş tutub.

2015-ci il may ayının 18-də Heydər Əliyev Mərkəzində 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Prezident İlham Əliyev, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser, UNESCO-nun baş direktoru İrina Bokova, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni, İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibinin turizm sülh üzrə müşaviri Amr Abdel-Qaffar çıxış ediblər. Açılış mərasimində BMT-nin Ümumdünya Turizm Təşkilatının Orta Şərq üzrə regional direktoru qurumun baş katibi Taleb Rifainin təbrik məktubunu oxuyub. Bütün çıxışların mahiyyətində yalnız bir çağırış dayanıb - mədəniyyət bütün müstəvilərdə bəşəriyyətin həmrəyliyini təmin edən ən ümdə amildir.

2017-ci ilin mayın 4-də isə Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

Forumda iştirak etmək üçün 120-dək ölkə rəsmisi, 39 beynəlxalq təşkilatdan nümayəndələr, 50-dən çox qeyri-hökumət təşkilatı qeydiyyatdan keçiblər. Ümumilikdə tədbirdə 800-dən çox xarici nümayəndə iştirak edib. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, alimlər, səfirlər, tanınmış şəxslər, 30-dan çox nazir səviyyəsində iştirakçı daxil idi.

2017-ci ilin noyabrın 17-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Bakı Prosesi"nin 10 illik yubileyinin qeyd olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Bu sırada cari ilin iyunun 12-də Parisdə Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı Səfirliyi və UNESCO yanında daimi nümayəndəliyimizin təşkilatçılığı ilə keçirilən yubiley tədbirini qeyd etmək olar. Noyabrın 21-də isə Nyu-Yorkda, BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər Konfransında "Bakı prosesi"nin təqdimatı keçirilib. Konfransda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanın dünya miqyasında mədəniyyətlər və sivilizasiyalararası dialoqa verdiyi töhfələr, həyata keçirdiyi layihələrə toxunub. Nazir qeyd edib ki, bu gün "Bakı prosesi" BMT-nin 4 ixtisaslaşmış beynəlxalq təşkilatının tərəfdaşlıq etdiyi yeganə platformadır.

Tədbirdə "Bakı prosesi"nin 10 illik yubileyinə həsr olunan film nümayiş etdirilib.

Bundan başqa, prezidentin müvafaqi sərəncamına uyğun olaraq, aprelin 15-də Milli Kitabxanada "Bakı Prosesi-10" adlı kitab sərgisi açılıb. Sərginin il ərzində fəaliyyət göstərməsi nəzərdə tutulub.

Ümumiyyətlə, ötən illər ərzində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən ümumdünya mədəniyyətlərarası dialoq forumları BMT və strukturlarının mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanıb. 2016-cı ilin aprelində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi bu uğurlu prosesin və fəaliyyətin nəticəsidir.

Həmçinin, Birləşmiş Millətlər Təşkilatı baş katibinin 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasındakı "Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi" adlı məruzəsində 2008-ci ildən etibarən müvəffəqiyyətlə reallaşdırılan "Bakı Prosesi"ni xüsusi vurğulaması sivilizasiyalar arasında qədim dövrlərdən bəri körpü rolunu oynayan Azərbaycanın mədəniyyətlərarası dialoqa hazırkı mərhələdə verdiyi töhfələrin beynəlxalq miqyasda etirafı olaraq qiymətləndirilməlidir.

 

Ceyhun ABASOV

 

525-ci qəzet.- 2018.- 4 dekabr.- S.1;3.