Bakı Xoreoqrafiya Akademiyasında Məmməd Arazın 85 illiyi qeyd olundu

 

 

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib.

Tədbirdə akademiyanın professor-müəllim tələbə heyəti, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

BXA-nın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev konfransı giriş sözü ilə açaraq M.Arazın həyat yolu, fəaliyyəti yaradıcılığından bəhs edib.

 

O qeyd edib ki, Xalq şairi Məmməd Araz yaradıcılığında əks etdirdiyi mövzu dairəsinin genişliyi rəngarəngliyi ilə ədəbiyyatımızda qiymətli mövqe qazanıb: "Xüsusilə şairin yaradıcılığındakı milli azadlıq ideyası, vətənpərvərlik, Cənubi Azərbaycan nisgili özünü qabarıq şəkildə biruzə verir. Buna nümunə olaraq "Ayağa dur, Azərbaycan", "Bu gecə yuxumda Arazı gördüm", "Məndən ötdü, qardaşıma dəydi" bir çox başqa şeirlərini göstərmək olar".

BXA-nın İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aygül Hüseynova da tədbir iştirakçılarına görkəmli şair Məmməd Araz haqqında ətraflı məlumat verib.

Tədbirdə, həmçinin, Azərbaycan dili ədəbiyyatı kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev "Məmməd Araz yaradıcılığında milli istiqlal ideyalarının tərənnümü", sənətşünaslıq  üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıqov "Poeziyamızın Məmməd Araz zirvəsi", sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fərhunə Atakişiyeva "Məmməd Araz şeirinin poetik özünəməxsusluğu" adlı məruzələrlə çıxış ediblər.

Daha sonra şairin çap olunmuş kitabları şeirinə bəstələnmiş musiqi diskinin yer aldığı sərgi nümayiş olunub.

Elmi-nəzəri konfrans tələbələrin ifasında M.Arazın şeirlərindən seçmələr şairin şeirlərinə bəstələnmiş mahnılarla yekunlaşıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 4 dekabr.- S.8.