Mir Mehdi Seyidzadə haqqında kitab və elektron
bazanın təqdimatı keçirildi
Dekabrın 4-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə görkəmli şair və dramaturq, Əməkdar incəsənət xadimi Mir Mehdi Həsən oğlu Seyidzadə haqqında "Uşaq ədəbiyyatı xəzinəsindən" seriyasından nəşr olunmuş "Mir Mehdi Seyidzadə: biblioqrafiya" kitabının və "Mir Mehdi Seyidzadə - 110" adlı elektron məlumat bazasının təqdimatı olub.
Tədbiri Azərbaycan Milli
Kitabxanasının direktoru
Kərim Tahirov açaraq qonaqları salamlayıb, Mir Mehdi Seyidzadənin uşaq ədəbiyyatımızın inkişafında böyük
rol oynadığını,
sevilən lirik şair olduğunu, rəngarəng mövzularda
poetik əsərlər
yazdığını bildirib.
F.Köçərli adına
Respublika Uşaq Kitabxanasının direktoru,
Əməkdar mədəniyyət
işçisi Şəhla
Qəmbərova nəşrin
özəlliyindən danışaraq,
biblioqrafiyada şairin
1925-2017-ci illərdə dərc
edilmiş əsərləri
və onun haqqında yazılan materialların əks olunduğunu, göstəricinin
ədəbiyyatşünas alimlər, tədqiqatçılar,
kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə
tutulduğunu vurğulayıb.
Mədəniyyət Nazirliyinin şöbə müdiri Aslan Cəfərov Mir Mehdi Seyidzadənin həyat və fəaliyyətindən
söz açıb, vəsaitin ədibin irsinin tədqiqi baxımından əhəmiyyətli
mənbə olacağını
söyləyib.
Kitabın rəyçisi - fəlsəfə
doktoru Qafar Əsgərzadə, tanınmış
alimlər Vaqif Yusifli, Zahid Xəlil, "Azərbaycan
uşaq ədəbiyyatı
antologiyası"nın tərtibçisi
və redaktoru Qəşəm İsabəyli,
Dövlət Ədəbiyyat
və İncəsənət
Arxivinin direktoru Könül Nəsibova və digər çıxışçılar şairin uşaq psixologiyasını yaxşı
bildiyini, onların zövqünü oxşayan,
uşaqların tərbiyələnməsində
mühüm rol oynayan şeirlərin müəllifi olduğunu diqqətə çatdırıb,
qəzəllərindəki sadəlik və xəlqilikdən, şeirlərinə
bəstələnmiş mahnıların
xalq tərəfindən
sevilməsindən, tərcüməçilik
fəaliyyətindən söz
açıblar. Əməkdar artist Firuz Səxavət şairin qəzəllərini
ifa edib.
Daha sonra 14 bölmədən ibarət
elektron məlumat bazası təqdim olunub.
Kitabın tərtibçilərindən olan kitabxananın şöbə müdiri Nazilə Tahirova Mir Mehdi Seyidzadənin 110 illiyi münasibətilə
yazıçının yaradıcılığını
tam halda işıqlandırmaq
məqsədilə fundamental biblioqrafik vəsaitin tərtib edildiyini, biblioqrafik göstəricinin
4 hissədən ibarət
olduğunu, burada həmçinin, şəxsi
arxiv materiallarının
da yer aldığını,
materialların bölmələr
üzrə xronoloji ardıcıllıqla, daxildə
isə əlifba sırasına uyğun şəkildə qruplaşdırıldığını
bildirib.
ŞAHANƏ
525-ci qəzet.-2018.-5 dekabr.-S.7.