Görkəmli aktyor Hamlet Qurbanov
xatırlandı
Dekabrın 3-də Azərbaycan Teatr Xadimləri İttifaqının Abbas Mirzə Şərifzadə adına Aktyor evində milli mədəniyyətimizin görkəmli nümayəndələrindən Xalq artisti Gülxar Həsənovanın 100, Əməkdar artist Hamlet Qurbanovun 80 illik yubileylərinə həsr edilmiş xatirə tədbiri keçirilib.
Tədbir
Mədəniyyət Nazirliyinin,
Azərbaycan Teatr Xadimləri İttifaqının
və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə gerçəkləşib.
Görkəmli sənət adamlarının,
ziyalıların və
sənətkarın doğmalarının
qatıldıqları tədbirin
iştirakçıları əvvəlcə Gülxar
Həsənovanın və
Hamlet Qurbanovun yaradıcılıq
yoluna həsr edilmiş fotosərgi ilə tanış
olublar.
Tədbirin aparıcısı, Xalq artisti Hacı İsmayılov qonaqları
salamlayıb, H.Qurbanovun
həyat və yaradıcılığı haqqında
qısa məlumat verib. "Aktyorları unudulmaz edən onlara Tanrı tərəfindən verilən
fitri istedaddır"
- deyən H.İsmayılov
mərhum sənətkarın
istedadından, oynadığı
obrazların dəyərindən
danışıb.
Xalq artisti İlham Namiq Kamal çıxışında
H.Qurbanovu aktyor, sənətkar kimi deyil, bir insan
kimi xarakterizə edib: "Aktyorluq çətin, məşəqqətli,
ağrılı sənətdir.
Hamlet Qurbanovla təxminən 10 tamaşada
tərəf müqabili
olmuşam. O, çox
təmiz, saf, körpə qəlbli insan idi. Onu yalnız
sənəti, oynadığı
obrazlar maraqlandırırdı.
Janrından asılı olmayaraq,
ona həvalə olunan obrazı yüksək şəkildə
canlandırırdı".
Daha sonra Xalq artistləri Ağakişi Kazımov, Rafiq Əzimov, Əməkdar incəsənət
xadimi Aydın Kazımzadə və başqaları çıxış
edərək sənətkarların
həyat və yaradıcılığından söz açıb, mədəniyyətimizin inkişafındakı
xidmətlərindən danışıblar.
Tədbir boyunca G.Həsənovanın
və H.Qurbanovun ifa etdikləri tamaşa və filmlərdən videogörüntülər
nümayiş olunub.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2018.-5 dekabr.-S.7.