Azərbaycan mədəniyyəti
Çində tanıdıldı
Çin Xalq Respublikasının Anxoy vilayətinin Benbu şəhərində
2-ci Çin ticarət
və mədəni mübadilə beynəlxalq
forumu, paralel olaraq Çin beynəlxalq musiqi alətləri sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, müxtəlif
xalqlar arasında mədəni mübadilənin
gücləndirilməsi ilə
"Bir kəmər, bir yol" təşəbbüsünün
həyata keçirilməsinə
dəstək məqsədi
daşıyan hər iki tədbirdə 40-a yaxın ölkə təmsil olunub. Azərbaycan tədbirdə
xüsusi qonaq qismində iştirak edib.
Açılış mərasimində çıxış
edən Benbu meri Van Çen tədbirlərin müxtəlif
xalqlar arasında əməli və səmərəli əməkdaşlıq
platformasının yaradılması,
birgə gələcək
üçün səylərin
cəmləşdirilməsi məqsədi daşıdığını
deyib.
Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri
Əkrəm Zeynallı
xalqlarımız arasında
münasibətlərin böyük
tarixi olduğunu deyib. Şərq ilə qərbin
qovuşuğunda yerləşən
Azərbaycan tarixən
təkcə ticarət
deyil, həm də mədəniyyət
körpüsü rolunu
oynayıb.
Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün
iqtisadi sahə ilə yanaşı, humanitar və mədəni istiqamətdə
də əməkdaşlıq
üçün yeni imkanlar yaratdığını
diqqətə çatdıran
səfir Ə.Zeynallı
bildirib ki, Azərbaycan bu layihə çərçivəsində
müxtəlif formatlarda
əməkdaşlığa töhfə verməyə
hazırdır.
Azərbaycan xalqının uzun əsrlər boyunca yaratdığı zəngin
mədəniyyət nümunələri
barədə məlumat
verən diplomat ölkəmizdə
mədəni irsin qorunması istiqamətində
görülən işlərdən
də danışıb. Bildirib ki, "İçərişəhər"
Dövlət Tarix-Memarlıq
və Qobustan Milli Tarix-Bədii qoruqları UNESCO-nun Mədəni
İrs Siyahısına,
xalçaçılıq, aşıq, kəlağayı,
kamança hazırlanması
və ifaçılıq,
Lahıc misgərlik sənətləri, lavaş
bişirmə və paylaşma ənənəsi,
dolma hazırlama və paylaşma ənənəsi, muğam
və tar ifaçılığı,
Novruz bayramı təşkilatın Qeyri-Maddi
Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Həmçinin, Qarabağın Çövkən
ənənəvi atüstü
oyunu UNESCO-nun Təcili
qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısındadır. Bu yaxınlarda isə "Dədə Qorqud irsi: Dastan mədəniyyəti,
xalq nağılları
və musiqisi" çoxmillətli mədəniyyət
nümunəsi kimi
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs üzrə Reprezentativ Siyahısına,
"Yallı (Köçəri,
Tənzərə), Naxçıvanın
ənənəvi qrup
rəqsləri" isə
Təcili qorunma siyahısına daxil edilib.
Azərbaycan-Çin münasibətlərinin inkişafında
mədəni sahədə
əməkdaşlığın rolunu vurğulayan səfir Ə.Zeynallı Çindən olan turistlərin zəngin mədəni irsi və gözəl təbiəti olan Azərbaycana səfərlərinin
iki xalq arasında mübadilənin
dərinləşməsinə töhfə verəcəyini
deyib. Çin vətəndaşları üçün tətbiq
olunan sadələşdirilmiş
viza rejimi, Pekin və Urumçi
şəhərləri ilə
Bakı arasında birbaşa aviasiya əlaqəsi çinli turistlərin Azərbaycan daha rahat səfər
etmələrinə imkan
yaradır. Bu cür səfərlər iki xalq arasında
dostluq münasibətlərini
daha da möhkəmləndirəcək.
Təbirdə Azərbaycana
aid videoçarxlar nümayiş olunub.
525-ci qəzet.-2018.-5 dekabr.-S.7.