Professor Məmməd Əliyevin 70 yaşı tamam olur

Görkəmli ədəbiyyatşünas alim, nəzəriyyəçi, ali təhsil mütəxəssisi, pedaqoq, Əməkdar müəllim Məmməd Əliyevin 70 yaşı tamam olur.

Filologiya üzrə elmlər doktoru, professor Məmməd İrac oğlu Əliyev 1948-ci il dekabr ayının 10-da Xızı rayonunun Zöhrabkənd kəndində qulluqçu ailəsində anadan olub.

1963-cü ildə kənd məktəbinin 8-ci sinfini, 1966-cı ildə Siyəzən şəhər orta məktəbini bitirib. 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində, 1971-1975-ci illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb.

1975-ci ildə akademik M.C.Cəfərovun rəhbərliyi altında "Azərbaycan xalq şeirinin forma şəkilləri" adlı namizədlik dissertasiyasını, 1985-ci ildə Gürcüstan EA Şərqşünaslıq İnstitutunda "Azərbaycan şeirinin vəzn evfoniya problemləri" adlı doktorluq dissertasiyasını müdafiə edib.

O, "Azərbaycan şeirinin vəznləri" (1983), "Kitabi-Dədə Qorqud dastanı" (2000), "Dədə Qorqud şeiri" (2000), "Azərbaycan xalq şeirinin şəkilləri" (2003), "Əruzu necə öyrətməli" (2004), "Əruz testləri" (2006), "Azərbaycan şeirinin vəzn evfoniya problemləri" (2008), "Ədəbiyyat nəzəriyyəsinin əsasları" (2009), "Ədəbiyyat nəzəriyyəsi" (2012), "Quba-Şabran folklor örnəkləri" (2012), "Bir yay gecəsi" (2018), "Bədii təfəkkürdə erkən Azərbaycançılıq düşüncəsi" (2018), "Məhtimqulu Fəraqinin poetikası" (2018) kimi kitabların, çoxsaylı elmi məqalələrin hekayələrin müəllifidir.

M.Əliyev ədəbi-elmi yaradıcılıqla yanaşı, uzun müddət təhsil maarif sahəsində fəaliyyət göstərib, respublikanın müvafiq nazirliklərində müxtəlif şöbə idarələrə rəhbərlik edib. Professor Məmməd Əliyev 2013-cü ildən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Elmi işlər üzrə direktor müavini vəzifəsində işləyib. 2018-ci ildən institutun Türk Xalqları Ədəbiyyatı şöbəsinin müdiridir.

İnstitutumuzun rəhbərliyi əməkdaşları professor Məmməd Əliyevi 70 yaşının tamam olması münasibətilə təbrik edir, cansağlığı yaradıcılıq uğurları arzulayır.

 

Rasim NƏBİOĞLU

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi

525-ci qəzet  2018.- 6 dekabr.- S.7.