AZƏRBAYCAN
RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ -
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN
ETMİŞDİR
Müsəlman
Şərqində ilk demokratik respublikanın elan edilməsinin
100 ilinin 23 ayı müstəqillik, 71 ili
istila-fasilə dövrüdür. Vətəni
tərk edib mühacirət həyatı yaşayan mücahidlər
müstəqilliyin yenidən qələbəsi uğrunda
mübarizələrini qətiyyətlə davam etdirmişlər.
Mühacirət mətbuatı bu, istila-fasilə
dövrünün canlı salnaməsidir. Nəzərdən
keçirək.
(Əvvəli
ötən şənbə sayımızda)
SALAM
SİZƏ
Salam Sizə,
ey Azərbaycan Parlamentosu məbusları! Hələlik sizləri
salamla qarşılıyor, nasıl təbrik edəcəgimizi sonraya buraxıyoruz.
Keçirməkdə olduğumuz bu təhlükəli,
böhranlı və məsuliyyətli bir zamanda iş başına çağrıldınız. Millətin
müqəd-daratını əllərinizə aldınız,
ağır vəzifəhlər
dəröhdə etdiniz siz, siz ey Azərbaycan məbusları,
istiqlalımızın bünövrəsi hayındası-nız,
necə ki, bir imarətin bünövrəsinə qoyulan daşların üstünə
yığın-yığın daşlar töküldükdən
sonra ancaq o imarət ucaldılıyor, öylə də sizin
üstünüzə bir çox ağırlıqlar,
daşlar və daha bilməm nələr-nələr
töküləcəkdir. Siz özünüz görünməsəniz də
ucaldacaq olduğunuz amali-istiqlal sizi göstərəcək, aləmə
bildirəcəkdir. “Bünövrə
daşları” kibi “zirzəmidə” qalmaq fikrilə işə
başlanıl-mazsa, bütün imarət də ucalmaz.
Amal arzulara da nail olunmaz.
Millətimizin varlığını, istiqlalını təmin
üçün möhtərəm məbuslarımız
varlıqlarından keçməyəcəklərinə əlimizdə
heç bir dəlilimiz yoxdur. Zatən varlıq gizli
qalmaz. Bir zaman gələr ki,
özünü göstərər. Möhtərəm
nümayəndələrimizi də cənab həqqin
tövqifi ilə, işlərindən, fədakarlıqlarından
görəcək, tanıyacağız və ancaq o zaman
adlarını altun hərflərlə gənc Azərbaycan
Cümhuriyyəti tarixinin ilk səhifəhlərinə
yazacağız.
Hüseyn
Mirzəcamalov
“Azərbaycan”,
7 dekabr 1918, ¹58
Məclisi-Məbusan
güşadını təbrik ediyorum!
Bu gün müstəqil vətənimizin hürr Məclisi-Məbusanı
güşad ediliyor. Bu günün biz azəri türkləri
tarixində xüsusi bir səhifədə, xüsusi bir yer
tutacağı vazehdir.
Yüz sənədən ziyadə istiqlalını yerə
gömmüş bir millət, hüquqi-milliyyəsi naminə
iza və rəzalətə düçar olmuş bir kütlə,
bugün azad nəfəs almağa başlıyor. Yüz sənədən
ziyadə mədəniyyəti təqib edilən,
varlığı tapdalanan, abadlığı
xarabazarlığa mübəddəl edilən azəri
türkləri öz “tanrı”sı inayətilə yenidən
hürriyət zəmisinə çıxıb mədəniyyət
toxumu saçmağa dəvət ediliyor. Yüz sənədən
ziyadə milliyəti qaralanan, amalı ürəgi məhbəsində
qalan millətimizə
özünü göstərməyə müsaidə
veriliyor.
Millətimiz
özünü göstərəcəkdir!
Millətimiz dünyayı işğal etmiyəcək,
başqalarını yıxmağa çalışmayacaq,
qonşularına həsəd bəsləməyəcək. Millətimiz mədə-niyyətə,
tərəqiyyə, sülhə, müsalimətə
başqalarının da azad yaşa-masına
bacardığı qədər müavinətdə bulunacaq.
İştə böylə bir millət istiqlaliyyətə
layiq və böylə bir millət bu gün dünya
üçün timsal deyilmidir, əcəba?
Bunu, bu şüarları biz kürreyi-ərzin
bütün gizli bucaqlarına belə bildirməliyiz. Mədəniyyət hamisi
Avropadan başlamış tüfəng
şaqqırtıları, top gumburtuları, bomba
partlayışından da qüvvəli, qan nəhrləri
arasından “millətlərə istiqlaliyyət”
şüarı doğuran Amerikayadək, Asiya və Afrikayadək işbu
şüarlarımızı ərməğan
aparmalıyız.
İştə parlamanımız bunu yapacaq. Parlamanımız
istiqlaliyyətimizi təsdiq etdirəcək. Parlamanımız bütün varlığımızı,
biz azəri türklərinin fəqət sülh və
müsalimət tərəfdarı olduğumuzu sübutla
müstəqil həyəta yararlı olduğumuzu, qara fikirli
timsahlara millətlər əzasilə xoşlanan kabuslara
göstərəcək. Göstərəcək də
lal olmağa məcbur edəcəkdir!
Parlamanımızın vəzifəsi ağırsa da
kirdari genişliyinə itminanımız tamdır. Tanrı
müvafiq buyursun.
Tələbə:
Ü.Əbdül
- Bu
gün Azərbaycan Məclisi-Məbusanı
açılması münasibətilə məbuslar ilə və
Azərbaycan qardaşlarım təbrik edirəm və bu
münasibətlə hədiyyəyi-acizanə olaraq Azərbaycan
türk yetimləri nəfinə olmaq üzrə darülyetimə
1000(min) manat ianə veriyor və istiqlalımızın paydar
olmasını xəllaqi-alidən istirham edirəm.
Qulaməli
Əliəskərzadə
İdarədən:
Məzkur məbləğ idarəmizə təhvil
verilmişdir.
TƏBRİK
Hacıbəyov
qardaşları müdriyyəti və onun təhti-idarəsində
olan artistlər dəstəsi cavan parlamanımızın
güşadını ən səmimül-qəlb təhniyyət
və təbriklə, vətən və millətimizin azad və
istiqlalı uğrunda var qüvvəsilə
çalışmaqla milli ədəbiyyat, milli mədəniyyət
və sənayei-nəfisəmizin azad və sərbəst tərrəqi
və inkişafına bir vəsilə olacağına
qüvveyi-imanla
etiqad ediyor.
- “Azərbaycan” qəzetəsinin zəhmətkeş
türk mürəttibləri bu gün cavan məmləkətimizin
xəlq nümayəndəligi olan Məclisi-Məbusanımızın
güşadını ürəkdən təbrik və təhniyyətlə
istiqlali-milliyyəmizin təmini və füqərayi-kasibənin
rifah və səadəti uğrunda
çalışacağına inanıyoruz.
Yaşasın
qəzetə xəlq nümayəndəligi!
Şuşa
ali məkatib tələbələri cəmiyyəti
Azərbaycan Məclisi-Məbusanının
güşadını ən səmimülqəlb təhniyyətlə
istiqlal və hürriyyət uğrundaki bütün fəaliyyətində
müvəffəqiyyətlər dilər.
Sədr və
katib
AZƏRBAYCAN
MƏCLİSİ-MƏBUSANI GÜŞADI
MÜNASİBƏTİLƏ RƏİS MƏHƏMMƏD
ƏMİN BƏY RƏSULZADƏ NAMİNƏ
AŞAĞIDAKI TELEQRAFLAR ALINMIŞDIR:
Gəncə:
- Bu gün, parlaq tarixi bir gündür. Azərbaycan
parlamanı güşad ediliyor. Bən və
bütün Gəncə quberniyası əhalisi, bilafərq
din və millət, səmimi qəlblə sizi və hamı
parlaman əzasını, çoxdan bəslədiyimiz parlaman
güşadı münasibətilə təbriklə
Allahü-Zülhcəlal həzrətlərinin inayətilə
ilə fəaliyyətinizə müvəffəqiyyət
diliyoruz.
Qubernator:
Vəkilov
lll
Gəncə:
- Gəncə bələdiyyəsi bütün əhali təbəqələri
ilə bila-fərq din və bənim vasitəmlə Azərbaycan
Cümhuriyyətinin birinci parlamınını səmimi qəlblə
təbrik etməklə işbu ağır gündə və
gələcəkdə Azərbaycanda yaşayan millətlər
üçün mədəniyyət yolunda fəaliyyətində
müvəffəqiyyət diliyor.
Gəncə
bələdiyyə rəisi: Əliəsgər Xasməhəmmədov
lll
Tiflis -
İşbu tarixi və təntənəli parlaman
güşadı gününü Azərbaycanın Tiflisdəki
mürəxxəsligi səmimi-qəlblə təbrik edərək
inanıyor ki, vətənə olan doğru hiss və məhəbbətlə
vətəni mədəniyyət, tərəqqi və parlaq istiqbala tərəf
aparacaqdır.
Faris bəy
Vəkilov
lll
Kürdəmirdən - Gənc dövlətimizin
istiqlaliyyətini mühafizə etmək arzusunda olan
Şamaxı uyezdinin zəhmətkeş kəndliləri əvvəlinci
Azərbaycan Məclisi-Məbusanının
güşadını təbrik ediyor və Məclisi-Məbusan
ilə Azərbaycan dövlətinin, Azərbaycan
demokratiyasının ehtiyaclarına əməl edəcəginə
ümid bəsləməkdədir.
Cəmaət
vəkilləri
lll
Şəki - Yeni dünyaya gəlmiş Azərbaycan
Cümhuriyyətinin parlaman güşadı kibi tarixi bu
addımını təbrik ediyorum. İşbu addım
sevgili vətənimiz və əzimi-islam millətinin
istiqbalı rəhnidir, qoy müəzzəm Avropanın fulad
(polad) qələmi istiqlalımızı təsdiq etsin.
Bələdiyyə
rəisi: Yeluseyski
lll
Şəki - Azərbaycan parlamanının tarixi
güşadı gününü Şəki əhalisi təbrik
etməklə gələcəkdə xəlq hüquqi
yolundakı fəaliyyətində müvəffəqiyyət
diliyor. Şəki əhalisi sevgili Azərbay-canın
istiqlaliyyəti və hüququ yolunda heç bir müavinətdən
çəkinməyəcəkdir.
Qəza
qaimməqamı: Rəfibəyov
lll
Qazax - Qazax mütəəllimlərə müavinət
cəmiyyəti Azərbaycan Cümhuriyyəti
parlamanının güşadını təbriklə
inanıyor ki, işbu tarixi gün hamı cavan cümhuriyyətlə
parlaman əzasını bir yerə cəm edərək millət
və Azərbaycanın istiqlaliyyətini müdafiə təriqinə
sövq edəcəkdir. Allah Təala müvəffəq buyursun.
Sədr:
Şıxlinski
lll
Qazax - Qazax qəzasının müsəlman əhalisi
parlaman güşadını təbrik ediyor. İmperializm
yədindən qurtarmış Azərbaycanın üfiqində
yeni həyat günəşi doğuyor, işbu günəş
gələcək sülh konfransının
istiqlalımızı təsdiq edəcəgini göstəriyor.
Əhali muxtar xəlq müvərrici-əfkarlığını
təbriklə müşəmməs fəaliyyət diliyor.
Əhali parlamanın fəaliyyətində
heç bir müavinətdən çəkinməyəcəkdir.
Müvəkkil:
Firudin Köçərli
lll
Ağdam
- Qarəbret əhalisi yeni doğmuş Azərbaycan
parlamanını səmimi qəlblə təbrik etməklə
öz minhəcc itminan
izhar ediyor, gələcək fəaliyyətində
parlamana müvəffəqiyyət diliyor.
Müvəkkil:
İbrahimov
lll
Ucar:
Göyçay qəzasının kənd cəmaatları
müvəkkillərinin ümumi iclası Azərbaycan
cümhuriyyətinin demokrasi parlamanına öz “səlam”ını
göndərməklə gələcək ağır fəaliyyətində
müvəffəq olmasını istirham edərək
inanıyor ki, bütün dünyaya özünün
istiqlaliyyətə layiq və müqəddəratını təminə
müqtədir olduğunu göstərəcək və
müdafiə edəcəkdir.
Ümumi
iclas
lll
Quba: Subub
cəmiyyətinin müvəkkili Azərbaycan parlamanı
güşadını təbriklə inanıyor ki, parlaman
türk millətinin tərəqqisi və qonşular ilə
sülh ilə yaşaması yolunda heç iqdamatdan çəkinmiyəcəkdir.
Subub cəmiyyətinin
müvəkkili: Soltan Mahmud, Hacı Əbdürrəhim
oğlu, Şamil Qurban oğlu
lll
Quba: Qəza
idarəsi məmurunu parlaman güşadı ilə ziyadəsincə
məmnun olmaqla öz səmimi təbriklərini izhar və
parlaman əzasına fəaliyyətlərində qüvvə
və kərdar genişligini istirham ediyorlar.
Quba qəza
idarəsi məmuruni
müvəkkili Quba qəza qaimməqamının
baş müavini: Ağakişibəyov
lll
Quba - Azərbaycan
parlamanı açılması münasibətilə biz
Xuqbalın kəndliləri fəlakətə düçar
olmuş kəndlilərin hüququnu mühafizə edəcək
tazə məclisimizi təbrik edirik.
Xuqbalı
cəmaət vəkilləri: Hacı Puram və Hüseyn
Xası oğlu
lll
Quba - Azərbaycan parlamanı açılması
münasibətilə biz Palıq kəndliləri fəlakətə
məruz olmuş kəndlilərin hüququnu mühafizə edəcək
tazə məclisi təbrik edirik.
Palıq
cəmaət vəkili: Məhəmməd Oruc oğlu
lll
Quba -
Xızı kəndliləri namından çoxdan bəri
arzusunda olduğumuz Azərbaycan parlamanının
açılmasını ürəkdən təbrik edib
öz vətəndaşlıq həqqimizə nail
olmağımıza əmin oluruq.
Xızı
kəndi cəmaəti vəkilləri: Ruhullah Hacıvəli bəy
oğlu və İbrahim bəy Rəcəb bəy oğlu
lll
Quba - Həmsar kənd cəmaəti vəkilləri Azərbaycan
parlamanının açılmasını təbriklə Azərbaycan
parlamanının türk millətinin dirilməsi və
Qafqasiya millətləri ilə mehriban qonşuluq
münasibatı vücudə gətirməsindən
ötrü heç bir müxalifət qarşısında
dayanmayacağına ümidvar olur.
Həmsar
kənd cəmaəti vəkilləri: Hacıəli Rzaimamqulu
oğlu və Ağası Hacı Osman oğlu
lll
Quba - Suğub kənd cəmaəti vəkilləri Azərbaycan
parlamanının açılmasını təbrik edib
türk millətinin dirilməsi və Qafqasiya millətləri
ilə mehriban qonşuluq münasibatı vücudə gətirməsindən
ötrü Azərbaycan parlamanının heç bir məmaniət
qarşısında dayanmayacağına ümidvar olurlar.
Suğub
kənd cəmaəti vəkilləri: Soltan Mahmud Hacıəbdürrəhim
oğlu və Şamil Qurban oğlu
lll
Quba - Dubir kənd cəmaət vəkilləri cəmaət
namından birinci Azərbaycan parlamanını təbrik edirlər.
Cəmaət
vəkilləri: Həmzə Abdə oğlu və Hacı
Hacıbəy Dostu oğlu
lll
Quba - Azərbaycan parlamanının
açılmasını təbrik edib cavan Azərbaycan
cümhuriyyətinin möhkəmləşıb və nəşvü-nüma
etməsi yolunda var qüvvəsilə
çalışmağı parlaman nümayəndəligindən
gözlüyürük.
Zəvin
kənd vəkili: Həsən Bədəl oğlu
lll
Quba - Azərbaycan parlamanının açılması
şad xəbərini eşidib səmimi qəlbdən təbrik
edirik.
Baxşılı
kənd cəmaət vəkili: Əbülfəzl Səfər
oğlu
lll
Quba - Miyuğbuc kənd cəmaəti vəkilləri Azərbaycan
parlamanının açılmasını təbrik edirlər.
Miyuğbuc
kənd vəkilləri: Hacı Murad İsa oğlu və
Şükür Musa oğlu
lll
-
Keçirdigimiz hadisələr münasibətilə fəlakətə
düçar olan Alpan kənd cəmaəti tezliklə qanun və
asayiş bərpa ediləcəgi ümidilə Azərbaycanın
birinci parlamanını təbrik etməklə şaddır.
Cəmaət
vəkilləri: Bəybala bəy Qaibov və Qədir Qurban
oğlu
lll
- Azərbaycan
parlamanının açılması münasibətilə
biz Bostançı cəmaəti vəkilləri fəlakətə
düçar olan kəndlilərin hüququnu müdafiə edəcək
parlamanımızı təbrik ediriz.
Bostançı
cəmaət vəkili: Zal bəy Ədilbəyov
lll
- Azərbaycan
parlamanının açılması münasibətilə
İqriq kəndliləri fəlakətə düçar olan
kəndlilərin hüququnu müdafiə edəcək
parlamanımızı təbrik edir.
İqriq
kənd cəmaət vəkilləri: Ömər Məsum
oğlu və Novruz bəy Hacı bəy oğlu
lll
-
Talıblı cəmaətinin vəkilləri Azərbaycan
parlamanının açılmasını təbrik edib
ümidvar olur ki, Azərbaycan parlamanı türk millətinin
dirilməsi və Qafqasiya millətləri ilə mehriban
qonşuluq münasibətinin vücudə gətirilməsinə
çalışmaqla heç bir məmaniət
qarşısında dayanmayacaqdır.
Talıblı
cəmaət vəkilləri: Əli Nəriman Hacı Allahverdi
oğlu, Əbdül Qəhrəman oğlu və Ağa
Əkbər oğlu
lll
- Azərbaycan
parlamanının açılmasını təbrik edib kəndlilərin
tapdalanmış hüquqlarını müdafiə edəcək
parlaman üzvlərinə salam göndəririk.
Pirəbədil
kənd cəmaəti vəkilləri: Q. bəy Oruc oğlu və
Müzəffər Musabəyov
lll
Quba - Rivek cəmiyyəti vəkilləri Azərbaycan Məclisi-Məbusanının
güşadını təbrik ediyorlar. Bununla bərabər
türk millətinin çoxalmasına və Qafqasiyada
yaşayan qonşu millətlər ilə əlaqəmizin bərpa
edilməsi üçün Məclisi-Məbusanımızın
heç bir maneə qarşısında durmayacağına
inanıyorlar.
Rivek cəmiyyəti
vəkilləri: Salman Arzuman oğlu və Məhəmmədrza
İsa oğlu
lll
- Mirzəcan
kənd cəmaət vəkilləri Azərbaycan Məclisi-Məbusanının
güşadını təbrik ediyorlar.
Mirzəcan
kənd cəmaəti vəkilləri: Hacı Zülfüqar
Molla Şeyx Məhəmməd oğlu və Molla Nurəli
Hüseyn oğlu
lll
- Səyad
kəndi cəmaət vəkilləri Azərbaycan Məclisi-Məbusanının
güşadını təbrik ediyorlar.
Səyad
kəndi cəmaət vəkilləri: Həmid Hacı Qurban
oğlu və Məhəmməd Sadıq oğlu
lll
- Ləkir
kənd cəmaət vəkilləri Azərbaycan
parlamanının güşadını təbrik edirlər.
Ləkir
kənd cəmaət vəkilləri: Feyzulla Əmirbəyov və
S.Səfərov
lll
- Xuc kənd
cəmaəti vəkilləri Azərbaycan parlamanının
açılmasını təbrik ediyorlar.
Xuc kənd
cəmaəti vəkilləri: A.Hacı Mustafa oğlu və
Heydər Əhməd oğlu
lll
- Bizi vəkil
edən Sadan cəmaəti tərəfindən Azərbaycanın
birinci parlamanını ürəkdən təbrik edirik.
Sadan cəmaəti
vəkilləri: Behbud Əhməd oğlu və Səttar Eldar
oğlu
lll
- Cəmaətin
vəkalətilə birinci Azərbaycan parlamanını təbrik
edib parlamanda olan möhtərəm üzvlərə salam göndəririk.
Yukın
Əzir kənd cəmaət vəkilləri: Çərkəs
Şahbaz oğlu və Süleyman Mustafa oğlu
lll
- Azərbaycanın
birinci parlamanının açılmasını ürəkdən
təbrik edirik.
Zərgərli
kənd cəmaət vəkili: Abbas Zal oğlu
lll
Quba həbsxanə məmurları Azərbaycan
parlamanının açılmasını təbrik edib Azərbaycanın
daimi surətdə davamını arzu edirlər.
Həbsxanə
müdiri: Şəfibəyov
lll
Quba - Bugünki gündə hüquqi-milliyyə və
miryəmizə malik olacağımıza bir vasitə olan və
çoxdan bəri həsrətlə gözlədigimiz Azərbaycan
parlamanının açılmasını Birəl kənd cəmiyyəti
tərəfindən səmimi qəlblə təbrik ediyoruz.
Birəl
kənd cəmiyyəti tərəfindən: Səfər bəy
Əli oğlu və Zeynal Özbəy oğlu
lll
Quba - Bu gün kəndliləri hərcü-mərc və
nizamsızlıqlardan mühafizə edəcək olan Məclisi-Məbusan
açılıyor. Böylə tarixi bir günlə müsəvvər
olaraq hörmətli əzalarına salam
göndəriyoruz.
Həbib
kənd cəmaəti vəkilləri: Qalabəy Ağababa
oğlu və Sədullah Məhəmmədkərim oğlu
lll
Quba -
Bugünki gündə milli hüquqi-milliyyə və miryəmizi
təmin edəcək bir vasitə olan və çoxdan bəri həsrətlə
gözlədigimiz Azərbaycan Məclisi-Məbusanın
açılmasını səmimi qəlbdən Böyük
Zixur kənd cəmaəti namından təbrik ediyoruz.
Böyük
Zixur kənd vəkilləri: Qəhrəman Yüzbəyoğlu
və Qaraxan Qədəşoğlu
lll
Quba - Hacıxur kənd cəmaəti namından
çoxdan bəri gözlədigimiz Məclisi-Məbusan
açılmasını səmimi qəlbdən təbrik edər
və bununla milli hüquqa vasil olacağımıza
inanıyoruz.
Hacıxur
cəmaət vəkilləri: Məhəmmədağa Azayoğlu
və Yusif İsmayıl oğlu
lll
Quba - Açıldığı günündən vətəndaşlıq
hüququna irəcəgimizə etimad bəslədigimiz Məclisi-Məbusan
güşadını Həsənqələ kənd cəmiyyəti
namından səmimi qəlblə təbrik ediyoruz.
Həsənqələ
kənd cəmiyyəti vəkilləri: Eyvaz bəy Musa bəy
oğlu və Gülməhəmməd Samay bəy oğlu
lll
Quba - Hərcü-mərc və nizamsızlıqdan kəndliləri
mühafizə edəcək Azərbaycan Məclisi-Məbusanı
güşad ediliyor. Bugünki günlə məsrur olaraq hörmətli əzalarına
salam göndəriyoruz.
Güzkənd
cəmaət vəkilləri: Rəşid Mustafa oğlu və
Fərman Seyidəli oğlu
lll
Quba - Hərcü-mərc və nizamsızlıqdan kəndliləri
himayə və mühafizə edəcək Azərbaycan Məclisi-Məbusanı
güşad ediliyor. Bugünki günlə məsrur olaraq hörmətli və
möhtərəm əzalarına salam
göndəriyoruz.
Ulukənd
cəmaət vəkilləri: Yusif Qoca oğlu və Rza Məhəmmədəli
oğlu
lll
Quba - Yasab kənd cəmiyyəti vəkilləri Azərbaycan
parlamanını təbrik edirlər.
Yasab kənd
cəmaəti vəkilləri: Hacıhidayət Ağaəli
oğlu və Cahangir Mürsəl oğlu
lll
Quba - Bu gün kəndliləri
hərcü-mərclikdən mühafizə edəcək
parlaman açılır. Bu tarixi günə şad olub
parlamanın möhtərəm əzalarına salam
göndəririk.
Avarankənd
cəmaəti vəkilləri: Molla Kamal Məhəmməd
oğlu və Yunus bəy Səfər oğlu
lll
Quba - Çoxdan bəri gözlədigimiz arzu bu gün
vücuda gəldi. Cavan Azərbaycan parlamanının
açılmasını təbrik edib özümüzü
xoşbəxt hesab etməklə bərabər ümidvar oluruq
ki, bizim sevgili parlamanımız məqsədə
çatmağımız üçün bizim qanuni
hüquqlarımızın müdafiəsi yolunda heç bir məmaniət
qarşısında dayanmayacaqdır. Yaşasın Azərbaycan!
Yaşasın Azərbaycan parlamanı!
Tuğədən
kənd cəmaəti vəkilləri: Müslim Hənifəyev,
Nuhbala Faydanov, Mustafa Xələf oğlu və Atabala Qədir
oğlu
lll
Quba - Üçgün kənd cəmaəti vəkilləri
Azərbaycan parlamanının açılmasını təbrik
edirlər.
Kənd cəmaəti
vəkilləri: Baqi Bağırov və A.Səfixan oğlu
lll
Quba - Qusar meşə məmurları vətənin tərəqqisi,
hürriyyəti və istiqlaliyyəti rəhni olan Azərbaycan
parlamanını təbrik edirlər.
Vəkillər:
Yusifov və Orucov
lll
Quba - Zizik kənd cəmaət vəkilləri Azərbaycan
parlamanının açılmasını təbrik edirlər.
Zizik kənd
cəmaət vəkilləri: Muxtar Vəli oğlu və
A.Abbasəli oğlu
lll
Quba
uyezdinin nahaq yerə mütəzərrər olan kəndliləri
Azərbaycan parlamanının açıldığı
günü bayram edib parlaman üzvlərinə səmimanə
salam yetirirlər. Bu müəssisənin
açılması ilə öz hüquqlarının özlərinə
qaytarılacağına ümidvar olurlar.
Xudat cəmaət
vəkilləri: Heybət Mahmud oğlu və Şəmsəddin
Yusif oğlu
lll
Quba - Azərbaycan
parlamanının açılmasını təbrik edib kəndlilərin
tapdalanmış hüquqlarını müdafiə edəcək
parlaman üzvlərinə salam göndəririk.
Köhnə
Xudat cəmaət vəkilləri: Mahmud əfəndi
Hacıabdullah əfəndi oğlu və Knyaz bəy Xeyir bəy
oğlu
lll
Quba - Azərbaycan
parlamanının açılmasını təbrik etməgə
vəkil olunub kəndlilərin tapdalanmış
hüquqlarını müdafiə edəcək parlaman
üzvlərinə salam göndəririk.
Xuran cəmaət
vəkilləri: Məhəmməd İlğı bəy
oğlu və Nurullah Oruc oğlu
lll
Quba - Bu
gün Azərbaycan kəndliləri parlamanın
açılması ilə öz həqlərinə nail
oluyorlar. Azərbaycan
parlamanının açılmasını ürəkdən
təbrik edirik.
Çarıx
cəmaət vəkilləri: Məşhədi Kərim
Xıdır oğlu və Kərbəlayi Cəfər Manaf
oğlu
lll
Azərbaycanın birinci parlamanını təbrik edib
müsəlmanların xeyrini mühafizə edəcəginə
ümidvar oluruq.
Sizan kənd
cəmaət vəkilləri: Xəlil Fərzəli oğlu və
Daşdəmir Dəmir oğlu
lll
Azərbaycan parlamanının açılmasını
eşidib birinci parla-manımızı ürəkdən təbrik
edrik.
Yaşasın Azərbaycan!
Fəndiqan
cəmaət vəkilləri: Fətullah Nəsrullah oğlu və
Mirbəy Zakir oğlu
lll
Azərbaycanın birinci parlamanını ürəkdən
təbrik etməklə kəndimizi bəxtiyar ədd edib
Allahın inayəti ilə məmləkətdə sülh və
səlah bərpa ediləcəginə ümidvar oluruq.
Əlixanlı
kənd cəmaət vəkilləri: Hüseynağa Hüseyn
oğlu və Taacəddin Xeyri oğlu
lll
Gil cəmaəti vətəndaşları Azərbaycan
parlamanını ürəkdən təbrik edirlər.
Gil cəmaət
vəkilləri: Zəki Babaxan oğlu və Soltan Əhməd Rəməzan
oğlu
lll
Qafqaz mütəəllimlərinin mərkəzi komitəsi
“Bakı və dairəsi islam mütəəlimlərinin
ittifaqı” səmimi qəlblə gənc Azərbaycan
Cümhuriyyəti parlamanı güşadını təbriklə
əsrlərdən bəri bəslədigi amalına irişməsinə
müvəffəqiyyət diliyoruz. Biz mütəəllimlər
vargənç qüvvələrimizi vətənimizin tərəqqi
və hürriyyəti məbədi ədd etdigimiz
parlamanımıza təqdim ediyoruz.
Bakı
ittifaqi-mütəəllimin sədri: Teymur Aslanov
Mərkəzi
Komitəsi tərəfindən: Cəfər Cabbarzadə
lll
Əmirhacıyandan
Əmirhacıyan kənd cəmaəti Azərbaycanın
birinci parlamanını təbrik edib türk millətinin daimi
surətdə nəşvü nüma tapmasına və Qafqaz
millətləri ilə mehriban qonşuluq münasibati bərpa
ediləcəginə ümidvar olur.
Yaşasın
Azərbaycan! Yaşasın Azərbaycan parlamanı!
Əmirhacıyan
kənd cəmaəti vəkilləri:
Ağa
Bünyadov, Məhəmməd Hüseyn Dadaşov, Malik Rəhimov
lll
Qeyri-müsəlman
vətəndaşların təbrikləri
Gəncə. Azərbaycan parlamanının
açılmasını təbriklə cavan cümhuriyyətin
ümum vətəndaşlarının hürriyyətini təmin
edəcək dövlət əsasları quruluşu işlərində
böyük müvəffəqiyyətlər diləriz.
Gəncə
quberniyası almanlarının təşkilatı
lll
Quba. Parlaman güşadını səmimi qəlbdən
təbrik və təhniyyətlə təvəqqe edəriz
bizim təşəkkürümüzü bir ovuc erməniləri
milli ədavətdən mühafizə və müdafiə
etmiş olan Azərbaycan hökümətinə yetirəsiniz.
Kilvar kənd
cəmiyyəti nümayəndələri: Cavad Apresov, Avans
Bugilyov, Qriqor Kazaryans
lll
Quba. Qusar qəsəbəsinin rus əhalisi Azərbaycan
Cümhu-riyyətinin yeni müəssisəsini təbriklə əmin
oluyor ki, ümumcüm-huriyyət vətəndaşlarının
sərvət mənbəi olan həyat və zəhməti-cümhuriyyət
eşqinə asayiş və mənfəətlə təbəyan
edəcəkdir və xəlq mədəniyyəti mənbəi
olan parlaman cavan Azərbaycan cümhuriyyətini lazım gələn
dərəcəyə yüksəldərək onu
böyük Avropa cümhuriyyətləri sırasına
qoyacaqdır.
Rus əhalisi
vəkilləri: Dumburovski, Çikovani, Konovalov, Solovyov
lll
Quba. Azərbaycan Cümhuriyyəti üfüqündə tülu etmiş olan günəşin həyatbəxş hərarətilə isinmiş və məsrur olmuş olan biz Quba yəhudiləri parlaman güşadı bayramanı təbrik və təhniyyət edəriz. Ümidvar oluyoruz ki, cəmaətin etimadına məzhər olan xəlq nümayəndələri nur və ədalətə doğru getdikləri yollarında təsadüf oluna biləcək ümum maneələri dəf edə biləcəklər və bu nur yəhudi cəmaətini də işıqlandıracaqdır.
Quba yəhudi cəmiyyəti vəkilləri
lll
Şəki. Erməni milli komitəsi Azərbaycan parlamanının güşa-dını təbrik və təhniyyətlə, ümidvar oluyor ki, xəlq nümayəndəligi dəvətilə iki qonşu millətin ittifaq və müvafiqətlə yaşaması ideyası felən hasil olacaqdır. Komitə inanıyor ki, Azərbaycan millətlərinin səadəti ermənilər ilə müsəlmanların doğma qardaş kibi mehriban yaşamalarındadır. Bir-birimizə qarşı ədavət və nəzain aşkar mənasız olduğunu anlayaraq artıq əl-ələ verib millətlərin kəndi müqəddəratının kəndi əllərinə verilməsi əsası üzərinə cavan Azərbaycanın dövlət ümuratını təmir etməlidirlər.
Şəki erməni milli komitəsi sədri:
Tumanyans
“Azərbaycan”,
7 dekabr 1918, ¹58
(Ardı
var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2018.- 8 dekabr.- S.20-21.