Xalq artisti Gülxar Həsənovanın 100 illiyi qeyd edilib
Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Akademik Filarmoniyasında
görkəmli opera müğənnisi, Xalq artisti Gülxar Həsənovanın
100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Trend-in məlumatına görə,
tədbir Prezident İlham Əliyevin Gülxar Həsənovanın
100 illik yubileyinin keçirilməsi
haqqında imzaladığı müvafiq sərəncama uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən
hazırlanmış tədbirlər planı
çərçivəsində reallaşıb.
Tədbirdə
mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev
sənətkarın həyat və
yaradıcılığından söz açıb. Bildirib ki,
səhnə fəaliyyətinə Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrında başlayan G.Həsənova Üzeyir Hacıbəylinin
məsləhəti ilə 1942-ci ildə Azərbaycan
Dövlət Opera və Balet Teatrına
işə qəbul olub. Melodik səsə malik istedadlı
aktrisanın sonrakı taleyi Azərbaycan
Dövlət Opera və Balet Teatrının
səhnəsi ilə əlaqədardır. O,
çalışdığı sənət
ocağının səhnəsində bir-birindən parlaq, koloritli qadın
obrazları yaradıb. Vurğulanıb ki, 1980-ci ildən
teatrın məşqçi pedaqoqu olan sənətkarın
ifasında bir sıra partiyalar böyük professionallığı,
özünəməxsusluğu ilə seçilib.
G.Həsənovanın yaradıcılığının
zirvəsi Müslüm Maqomayevin “Şah İsmayıl”
operasında yaratdığı güclü,
cəsarətli Ərəbzəngi və
Ü.Hacıbəylinin “Leyli və
Məcnun” operasında Leyli, Leylinin anası
partiyalarıdır. Səhnə fəaliyyətini bitirən
G.Həsənova milli muğam operasında gənc
xanəndələrə ifaçılıq sənətinin sirlərini
öyrədib. Onun sənət fəaliyyəti
dövlət tərəfindən hər zaman yüksək
qiymətləndirilib.
G.Həsənovanın insani keyfiyyətlərindən söz açan V.Əliyev deyib ki, o, heç zaman sənət
dostlarından bilik və bacarığını
əsirgəməyib. Ona görə də
G.Həsənova bu gün yaddaşlarda mahir bir sənətkar
və gözəl insan kimi qalıb. Aktrisanın
sənətinin bugünkü nəsil üçün örnək olduğunu deyən nazir müavini söyləyib ki, o,
səsi və ifaçılıq xüsusiyyətləri
ilə bu gün də qiymətləndirilir və
xatırlanır.
Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru,
Əməkdar incəsənət xadimi Hafiz Quliyev və
digərləri çıxış edərək unudulmaz sənətkarın
yaradıcılığından, onun incəsənətimizin
inkişafındakı xidmətlərindən söz açıblar.
Gecədə Gülxar Həsənovanın rol aldığı
səhnə əsərlərindən fraqmentlər
təqdim olunub, lent yazılarında qorunan öz ifasında
mahnılar səslənidirilib.
Tədbir
respublikanın tanınmış və gənc
ifaçılarının konsert proqramı
ilə davam edib.
525-ci
qəzet 2018.- 12 dekabr.- S.7.
Xalq artisti Gülxar Həsənovanın 100 illiyi qeyd edilib
Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Akademik Filarmoniyasında
görkəmli opera müğənnisi, Xalq artisti Gülxar Həsənovanın
100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Trend-in məlumatına görə,
tədbir Prezident İlham Əliyevin Gülxar Həsənovanın
100 illik yubileyinin keçirilməsi
haqqında imzaladığı müvafiq sərəncama uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən
hazırlanmış tədbirlər planı
çərçivəsində reallaşıb.
Tədbirdə
mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev
sənətkarın həyat və yaradıcılığından söz açıb. Bildirib ki,
səhnə fəaliyyətinə Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrında başlayan G.Həsənova Üzeyir Hacıbəylinin
məsləhəti ilə 1942-ci ildə Azərbaycan
Dövlət Opera və Balet Teatrına
işə qəbul olub. Melodik səsə malik istedadlı
aktrisanın sonrakı taleyi Azərbaycan
Dövlət Opera və Balet Teatrının
səhnəsi ilə əlaqədardır. O,
çalışdığı sənət
ocağının səhnəsində bir-birindən parlaq, koloritli qadın
obrazları yaradıb. Vurğulanıb ki, 1980-ci ildən
teatrın məşqçi pedaqoqu olan sənətkarın
ifasında bir sıra partiyalar böyük professionallığı,
özünəməxsusluğu ilə seçilib.
G.Həsənovanın yaradıcılığının
zirvəsi Müslüm Maqomayevin “Şah İsmayıl”
operasında yaratdığı güclü,
cəsarətli Ərəbzəngi və
Ü.Hacıbəylinin “Leyli və
Məcnun” operasında Leyli, Leylinin anası
partiyalarıdır. Səhnə fəaliyyətini bitirən
G.Həsənova milli muğam operasında gənc
xanəndələrə ifaçılıq sənətinin
sirlərini öyrədib. Onun sənət
fəaliyyəti dövlət tərəfindən hər zaman yüksək

Müşfiq
Şahanə
525-ci
qəzet 2018.- 12 dekabr.- S.7.