Gülzar Nənənin
ad günü haqqında nağıl
TANINMIŞ UŞAQ YAZIÇISI
GÜLZAR İBRAHİMOVANIN YUBİLEYİNƏ
Biri vardı, biri yoxdur, bir Gülzar Nənə vardı. Onun əlində
sehirli bir qələm doğulmuşdu.
Gülzar Nənə sehirli qələmlə balaca
uşaqlara 20 ildir ki, şirin -şirin nağıllar
paylayırdı. Gecə-gündüz uşaqları
sevindirirdi. Onların ünvanlarına
maraqlı, rəngli jurnallar göndərirdi. Uşaqlar onu həmişə görmək istəyirdilər.
Bir gün uşaqlar yığılıb Azərbaycan
Yazıçılar Birliyinə gəldilər. Məni tapıb Gülzar nənənin yerini
soruşdular.
- Siz bilərsiniz,
indi Gülzar nənə hardadır? Biz onu
çox istəyirik, şeirlərini,
nağıllarını dərsliklərdən, jurnallardan,
kitablardan oxuyuruq, radiodan dinləyirik, televeziyadan aktyorların
ifasında səhnələşdirilmiş
nağıllarına baxırıq.
Uşaqların əllərində gül-çiçək
dəstələri vardı. Sevincək içərisində
dayanıb məndən cavab gözləyirdilər.
Mən
suala sualla cavab verdim:
- Siz onu
heç görməmisiniz?
-
Görmüşük. Bir dəfə o, bizi
Yazıçılar Birliyinin Natəvən klubuna gətirmişdi.
İlk dəfə idi ki, Yazıçılar
Birliyini görürdük. Xalq şairi
Fikrət Qoca bizimlə görüşdü,
hamımızı salamladı. Salonda
tanınmış şairlər çox idi. Onların şeirlərini, nağıllarını
kitablardan oxuyub, televizordan eşitmişdik. Tanınmış şairlər biz balacaların
şeirlərini çox maraqla dinlədilər.
Gülzar nənə şeirlərimizə görə bizə
hədiyyələr verdi. Böyük
şairlər şeirlərimiz haqqında yaddaqalan fikirlər
söyləyib, bizə uğurlar arzuladılar. Dedilər ki, siz yaxşı oxuyun, gələcəkdə
tanınmış şairlər olacaqsınız. Biz elə
sevinirdik ki...
Mən
uşaqlara dedim ki, onda bir az gözləyin,
Gülzar Nənə Yazıçılar Birliyinə gələcək.
"Sehrli dünya" jurnalının yeni
sayını Birliyin sədrinə, katiblərinə hədiyyə
edəcək.
- Onda Gülzar Nənə gələnə
kimi siz bizə onun haqqında danışın,
nağıllarını, çap etdiyi jurnalları oxusaq da,
haqqında heç nə bilmirik. Nə olar,
danışın - deyə uşaqlar israrla təkid etdilər.
- Hə
uşaqlar, danışaram, axı dekabrın 2-də Nənəmizin
anadan olduğu gündür.
Bu sözləri deyən kimi uşaqlar o qədər
sevindilər ki, hətta əllərindəki gül dəstələrinin
ləçəkləri də əl çalırmış
kimi bir-birinə dəydilər.
- Hə,
uşaqlar, Gülzar Nənənin soyadı
İbrahimovadır. O, 1958-ci ilin 21 dekabrında Zəngəzur
mahalı Mehri rayonunun Əjdərə kəndində müəllim
ailəsində anadan olub. 1959-cu ildə ailəsi
ilə birlikdə Bakıya köçüb. Indi Gülzar Nənənin kəndi ermənilərin
işğalı altındadır.
Gülzar Nənə Yasamal rayonundakı 13 saylı orta məktəbdə
oxuyub. 1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatının,
indiki İqtisadiyyat Universiteti sənayenin
planlaşdırılması fakültəsinin axşam
şöbəsinə daxil olub və 1982-ci ildə oranı
bitirib. Ailəlidir. Uşaqlar,
Gülzar Nənəni də nəvələri var, o, həm
sizin, həm də evdəki körpələrin nənəsidir.
Gülzar Nənə həyatın bütün çətinliklərini
görüb.
O, 18 il Bakı 1 saylı tikiş fabrikində
çalışıb. Həmin fabrikdə əvvəl
hesablayıcı-texnik, sonra iqtisadçı-mühəndis,
iqtisadçı-hüquqşünas vəzifələrində
işləyib. Daha sonra komsomol komitəsində
katib işləyib. 1995-ci ildə Yasamal rayon İcra
Hakimiyyətinə rayon Başçısının məsləhətçisi
vəzifəsinə dəvət edilib və az
bir müddətdən sonra İcra Hakimiyyəti mətbuat xidmətinin
rəisi vəzifəsi də ona həvalə olunub
1998-ci ildə ixtisas üzrə işləmək istəyi
Gülzar Nənəni Bakı Əmtəəşünaslıq
Universitetinə aparıb çıxarıb. Universitetdə
dərs dediyi dövrdə Yasamal rayon Vergi idarəsinin hesabat
şöbəsində də işləyib.
2003-cü ildə seçki kampaniyası zamanı Yasamal
rayonu Seçki Dairəsinə katib seçilir. Və eyni
dövrdə məqalələrlə qəzet və jurnallarla
əməkdaşlığa başlayır. Yazdığı nağllar oxucusunu tez
tapdığını görüb daha da həvəslənir.
2004-cü
ildən 2011 ilə qədər "ANS Press" Nəşriyyat
evində çalışıb, "Bala dili" jurnalı
yarandığı gündən ona rəhbərlik edib,
şef-redaktoru olub.
Hazırda "Kiçik Dünya" uşaqların
maariflənməsinə kömək ictimai birliyinin təsisçi
və idarə heyətinin sədridir. İctimai Birliyin nəzdində
açılmış "Sehrli Dünya" uşaq
jurnalının baş redaktorudur. Uşaqları
maarifləndirmə yolunda böyük layihələr həyata
keçirir.
Roman, povest, hekayə, nağıl, mənsur şeir,
miniatür, şeir, təmsil, tapmaca, yumoristik hekayə və
bir çox səpgidə yazılar yazaraq uğurlu nəticələr
əldə edir.
Uşaqlara olan məhəbbətindən ilk əvvəl
yalnız nağıllar kitablarını çap elətdirib. Az bir
müddətə sevilən "Nağıllar" kitabı
nağılçı Gülzar Nənəyə
yaradıcılıq yolu açır.
Uşaqlar
hamısı bir ağızdan: - Biz o nağılları hər
gün oxuyuruq, oxuyuruq - deyirlər.
- Uşaqlar,
Gülzar Nənə 100-dən çox kitabın müəllifidir.
O, həmişə Uşaq evləri ilə görüş
keçirir, kitablarından onlara hədiyyə edir, əlindən
gələni etməyə çalışır. Tez-tez rayonlarda yaşayan uşaqlarla, əsasən cəbhə
bölgəsində yaşayan oxucularla görüşlər
keçirir, onlara kitablarını, "Sehrli dünya"
jurnalının yeni saylarını hədiyyə edir. Yaratdığı "Sehrli dünya"
jurnalının Yutub kanalına 15000 abunəçi və 4
900 000 baxış var. Orda uşaqlar üçün
nağıllar, hekayələr, cizgi və video filmlər yerləşdirilib.
Uşaqlar,
Gülzar Nənə
gulzaribrahimova.com, sehrlidunya.com uşaq
saytlarının təşəbbüskarı, müəllifi
və baş redaktorudur. Rəngarəng,
maraqlı, səsli nağıllarla zəngin saytlar kiçik
və böyük yaşlı uşaqlar üçün
maraqlıdır.
İbrahimova Gülzar Hidayət qızı oxucular
arasında mənsur şeir yazarı kimi, uşaqlar
arasında nağıl yazarı - "Gülzar nənə"
kimi tanınır və sevilir. Uşaqlar
üçün dəyərli layihələr həyata
keçirir.
Gülzar Nənə Yazıçılar və Jurnalistlər
Birliyinin, Mətbuat Şurasının üzvüdür. Həsənbəy
Zərdabi mükafatçısıdır.
Bakı
Dövlət Universitetinin professoru Qara Namazovun rəhbərliyi
ilə təşkil edilmiş komissiya
araşdırmalarından sonra Gülzar İbrahimova müasir
uşaq yazıçısı kimi (2007-ci il)
Bakı Dövlət Universitetinin "Azərbaycan Uşaq
Ədəbiyyatı" dərsliyinə
salınmışdır.
Hazırda Gülzar Nənə "Sehrli Dünya"
uşaq jurnalının baş redaktorudur. Bir
yazıçı kimi Azərbaycan balalarının maariflənməsi
yolunda yorulmadan çalışır.
Uşaqlar,
Gülzar Nənənin "Mən daha böyüyəm"
"Səndən yoxmuş", təbiəti, heyvanları
qorumaq və rəhmlilik haqda öyrədici
şeir-nağıl olan "Su pərisi", həm tarixi, həm
də əyləncəli nağıllar toplanan
"İlanlı dərənin sirri", dünyanın tarixi
hadisələrindən quraşdırılmış
"Göy qurşağı qardaşlarının yeddi
nağılı","Sehrli nağıllar",
"Nağıllar", Qobustan haqqında "Təmraz və
Gün", "Gülzar nənənin
nağılları", Azərbaycan neftindən bəhs edən
"Od xəzinəsi","İlham və Fərizə",
"Elşən, Gülşən, Küpəgirən" və
neçə-neçə gözəl kitabları çap
olunub. Bayaq dedim, Gülzar Nənənin
yüzdən çox kitabı işıq üzü
görüb.
Elə bu zaman Gülzar Nənə Yazıçılar
Birliyinə gəldi. Uşaqlar onu dövrəyə aldılar.
Yazıçını çiçək
yağışına tutdular. Mən bu mənzərəyə
baxıb sevinirdim.
Doğurdan da, tanınmış uşaq yazıçısı Gülzar Nənə İbrahimovanın müasir uşaq ədəbiyyatının inkişafında xidmətləri böyükdür. Uşaqların nitq qabiliyətinin inkişafında Gülzar nənənin nağılları mühüm rol oynayır. Onların dünya görüşünün formalaşması, təbiət haqqında biliklərinin artırılması, vətənpərvər hisslərinin gücləndirilməsi, böyüyə hörmət, heyvanlara mərhəmət, ətraf aləmə qayğı və diqqət, həsasslıq kimi psixoloji proseslərin məntiqi şəkildə öyrənilməsində Gülzar Nənənin əsərləri, xüsusən nağılları böyük tədris gücünə malikdir.
Mən tanınmış uşaq yazıçısı Gülzar İbrahimovanı 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram
Qəşəm
NƏCƏFZADƏ
Əməkdar Mədəniyyət
İşçisi, AYB Uşaq Ədəbiyyatı Şöbəsinin
müdiri
525-ci qəzet 2018.- 12 dekabr.-S.7.