Ümummilli
lider Heydər Əliyev mədəniyyət ocaqlarında
anıldı
Dekabrın
11-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Akademik Filarmoniyasında xalqımızın Ümummilli lideri
Heydər Əliyevin xatirəsinə həsr edilmiş
"Sönməzdir, əbədidir Heydər Əliyev!"
adlı anım gecəsi təşkil olunub.
Xalq artisti Rauf Abdullayevin bədii rəhbəri və baş dirijoru olduğu Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında Qara Qarayevin "Matəm odası" səslənib. Orkestrin ifası zamanı monitorda ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş videofraqmentlər nümayiş etdirilib.
Tədbirdə qeyd olunub ki, Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olmuş dahi şəxsiyyətdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.
Sonra Qara Qarayevin "Leyli və Məcnun" simfonik poeması, Frans Şubertin "8-ci Simfoniya"sı səsləndirilib.
Soltan Hacıbəyovun
"Karvan" simfonik
lövhəsi ilə davam edən anım
gecəsi Fikrət Əmirovun "Azərbaycan kapriççiosu"nun ifası ilə başa
çatıb.
Dünən Heydər Əliyev Sarayında da Ulu Öndərin anım mərasimi keçirilib.
Ümummilli lider Heydər Əliyevin vəfatının
15-ci ildönümü münasibətilə
təşkil edilən tədbirdə sarayın direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev
çıxış edərək Ulu
Öndərin şərəfli həyat yolundan,
xalqı qarşısında misilsiz xidmətlərindən
və mədəniyyət və incəsənətimizin
inkişafı istiqamətində həyata keçirdiyi
tədbirlərdən bəhs edib.
Vurğulanıb ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir.
Sonda mərasim iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarını dərin hörmət
və ehtiramla yad ediblər.
Çıxış edənlər ulu
öndərin həyatı, fəaliyyəti,
respublikamızın mədəni həyatında etdiyi yeniliklərdən, uğurlu
layihələrdən, ölkəmizin inkişaf
və tərəqqisi naminə gərgin əməyindən
danışıblar.
Sonra Heydər Əliyev Sarayının rəhbərliyi və kollektivi xalqımızın umummilli liderinin Fəxri xiyabandakı məzarını ziyarət edib, məzarı üzərinə tər çiçəklər düzüblər.
Bakı Xoreoqrafiya
Akademiyası Təhsil Kompleksi də Heydər
Əliyevin anım günü münasibəti
ilə "Əbədiyaşar Lider"
adlı tədbir keçirib.
Mərasimdə rektor Timuçin Əfəndiyev, professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları öncə ulu öndərin akademiyanın foyesindəki büstü önünə gül dəstəsi qoyub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə professor
T.Əfəndiyev açaraq Heydər
Əliyevin həyat və fəaliyyətinə nəzər
salıb. Professor çıxışında qeyd
edib ki, müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu
Heydər Əliyev özünün bütün həyat və fəaliyyətini
Azərbaycan xalqının və respublikamızın hərtərəfli
inkişafına və çiçəklənməsinə,
azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, dövlət
quruculuğuna, müstəqil dövlətçiliyin
möhkəmlənməsi və yüksəlməsinə, Azərbaycan
mədəniyyətinin və incəsənətinin bütün dünyada
tanınmasına həsr edib, bu sahədə misilsiz xidmətlər
göstərib.
Anım mərasiminin "Ulu öndər əbədi xatirələrdə" adlı bədii hissəsində isə Heydər Əliyeva həsr olunmuş şeir və mahnılar BXA-nın tələbələri tərəfindən ifa olunub
Tədbir
ulu öndərin həyat və fəaliyyətini əks etdirən
video süjetin nümayişi ilə başa çatıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet 2018.- 13 dekabr.- S.7.