FotoSözün təqdimatı keçirildi

 

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında yazıçı-jurnalist, fotoqraf Şirməmməd NəzərlininFoto Sözkitabının təqdimat mərasimi olub.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli təqdimatı keçirilən kitab haqqında məlumat verib, onun fotojurnalistika sənətinin öyrənilməsində əhəmiyyətindən danışıb.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək sürətlə dəyişən inkişaf edən həyatımızda fotonun önəmini vurğulayıb, fotoqrafiya sahəsinə diqqətin artırılmasının vacibliyindən söz açıb. Müəllifi yeni kitabı münasibətilə təbrik edən R.MəcidFoto Sözkitabının yalnız peşəkar fotoqraflar jurnalistika fakültələrinin tələbələri üçün deyil, eləcə həvəskar fotoqraflar, həmçinin, geniş oxucu auditoriyası üçün maraqlı olacağına inandığını deyib.

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, “Xalq qəzeti”nin əməkdaşı, Əməkdar jurnalist Tahir Aydınoğlu, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu, “Qobustanjurnalının baş redaktoru Vaqif Əlixanlı, Mədəniyyət Turizm Nazirliyinin sektor müdiri Zöhrə Əliyeva, Əməkdar jurnalist Azər Həsrət, “Azadinformİnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev, “BakiPostsaytının baş redaktoru Elçin Zahiroğlu, AZpress.AZ xəbər saytının baş redaktoru Rasim Sadıxov başqaları çıxış edərək nəşrlə bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, “CBS” nəşriyyatında çapdan çıxan kitab Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin elmi şurasının qərarı ilə metodik vəsait kimi tövsiyə edilib. Ümumilikdə 18 fəsil, 228 səhifədən ibarət kitab gələcəyin jurnalistləri, foto həvəskarları, peşəkar fotoqraflar, həmçinin, geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşrin məsləhətçiləri BDU-nun professoru Cahangir Məmmədli Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğludur.

Qeyd edilib ki, kitabda fotoqrafiyanın tarixi, inkişaf mərhələləri, dünyada fotoaparat istehsalı, fotonun həm əmtəə kimi rolu, Azərbaycanda fotoqrafiyanın inkişafında rol oynamış şəxslər, jurnalistika janrında fotoqrafiyanın rolu yeri, redaksiyalarda fotoya münasibət digər məsələlər yer alıb. Müəllif öz təcrübəsi əsasında təqdim etdiyi özəl fotoların timsalında gələcək fotojurnalistlərə tövsiyələr verir, həmçinin, ev tapşırıqları təqdim edir. Ən əsası isə foto ilə sözün uzlaşdırılması məsələsi misallar əsasında, müəllifin öz yaradıcılığı nümunəsində təqdim edilir.

Sonda çıxış edən müəllif tədbirin iştirakçılarına təşəkkürünü bildirib. Fotoqrafiyanın sənət kimi qəbul olunmadığını, fərdlər şəklində inkişaf etdiyini deyən müəllif kitabın ideya müəllifinin Əflatun Amaşov olduğunu vurğulayıb. Kitabın çapında zəhməti olan hər kəsə təşəkkürünü bildirən Ş.Nəzərli gələcəkdə bu sahəyə dövlət səviyyəsində diqqət ayrılacağına inandığını vurğulayıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 15 dekabr.- S.12.