İsi Məlikzadənin “Quyupovesti Türkiyədə nəşr edildi

 

 

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən həyata keçirilənAzərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı Türkiyədə yayılması işi davam etdirilir.

 

Nazirlik Türkiyədə fəaliyyət göstərənZəngin Yayınçılıqşirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində şirkət tərəfindən bu müddət ərzində 18 bədii əsər 20 nağıl kitabı türk dilinə tərcümə olunaraq 200.000-ə yaxın oxucuya çatdırılıb. 

Layihə çərçivəsində ən son çap olunan kitablardan biri görkəmli Azərbaycan yazıçısı İsi MəlikzadəninQuyupovestidir. Povesti Türkiyə türkcəsinə Yurtsevən Şən çevirib. Kitabın redaktoru Ərturan Almasdır.

Ümumilikdə 96 səhifədən ibarət kitabın ilk səhifəsində yazıçının qısa bioqrafiyası oxuculara təqdim olunur.

Qeyd edək ki,  Azərbaycan Kitabının Dünyaya Tanıdılmasılayihəsinin Türkiyə Respublikasında icrasına məsul olan şirkətin əsas məqsədi Azərbaycan yazarlarını onların yaratdığı ədəbi-bədii əsərləri Türkiyədə tanıtmaqla iki ölkə xalqının tarixi mədəni əlaqələrini ədəbiyyat sahəsində daha da möhkəmləndirməkdən ibarətdir. Bunun üçün əsas hədəf 5 il ərzində Azərbaycan ədəbiyyatını 2 milyon oxucuya çatdırmaqdır.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 15 dekabr.- S.12.