Mədəniyyət naziri Hacıqabulda vətəndaşları qəbul etdi

 

 

Yerlərdə uşaq musiqi məktəblərin, mədəniyyət evləri klub müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, muzeylərin ekspozisiyalarının zənginləşdirilməsi, tarixi irsin qorunması, qədim arxeoloji abidələrin tədqiq edilməsi - bu digər məsələlər mədəniyyət naziri Əbülfəs Qarayevin dekabrın 14-də Hacıqabul rayonunda vətəndaşlarla görüşündə diqqət mərkəzində olub.

Ölkə başçısının müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər rayonlarda əhali ilə görüşləri keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayev Hacıqabuldakı Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Sabirabad, Hacıqabul, Saatlı, Kürdəmir, Beyləqan, İmişli, Füzuli Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirlikdən bildirilib ki, qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.

Sonra nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, tapşırıq tövsiyələrini verib.

Qəbulda Şirvan şəhərindən gəlmiş sakinlər tərəfindən Uşaq musiqi məktəbinə yeni dərs vəsaitlərinin, vətənpərvərlik mövzusunda yazılmış əsərlərin notlarının verilməsi, digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Sabirabad rayonundan qəbula yazılan vətəndaşların müraciətləri dövlət teatrlarında istifadə olunmayan səhnə geyimlərinin rayon klub müəssisələrinə verilməsi, rayon tarix-diyarşünaslıq muzeyinin eksponatlarının müasir üslubda qurulması barədə olub.

Hacıqabul sakinləri Uşaq musiqi məktəbinin gənc kadrları üçün ustad dərslərinin keçirilməsi, Kürdəmir sakinləri isə rayonun Şahbəyli kəndi ərazisində yerləşənSarıtəpəabidəsinin dövlət qeydiyyatına alınması barədə nazirə müraciət ediblər.

Beyləqan rayonunun Birinci Şahsevən kəndində yerləşən Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev-muzeyinə fəaliyyəti qənaətbəxş olmayan klub müəssisələrinin maliyyəsi hesabına ştatların verilməsi, Xocavənd rayonunun kənd kitabxanalarının internet şəbəkəsi ilə təmin olunması barədə xahişlər səsləndirilib.

İmişli rayonundan vətəndaşlar Qızıltəpə yaşayış yerində arxeoloji işlərin aparılması, Füzuli rayonunun sakinləri rayon ərazisində olan XIII əsrə aid Əhmədalılar türbəsinin bərpa olunması ərazidə arxeoloji işlərin aparılması barədə müraciət ediblər.

Saatlı rayonundan qəbula yazılmış vətəndaşlar rayon ərazisində olan klub, kitabxana digər mədəniyyət müəssisələrinin regional mədəniyyət idarəsinin balansına keçirilməsi, işlə təmin olunma digər məsələlərlə bağlı xahişlərini çatdırıblar.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Qəbuldan sonra mətbuata açıqlama verən Əbülfəs Qarayev Prezident İlham Əliyevin tapşırığı ilə yerlərdə keçirilən səyyar qəbullarda vətəndaşlar tərəfindən maraqlı təkliflərin, müraciətlərin səsləndirildiyini vurğulayıb: “Bugünkü qəbulda da mədəniyyət sahəsində çalışan vətəndaşların müraciətlərinə baxıldı. Bir sıra maraqlı təkliflər, müraciətlər oldu. Kitabxana şəbəkəsinin daha da təkmilləşdirilməsi, informasiya mərkəzlərinə çevrilməsi, tarixi abidələrin təmir-bərpa olunması, qorunması, arxeoloji işlərin aparılması kimi məsələlər istiqamətində işlər görülür. Həmçinin, mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması, musiqi məktəblərində dərslərin daha da səmərəli təşkili, klubların səhnə geyimləri avadanlıqlarla təmin olunması kimi məsələlər haqqında müraciətlər edildi. Bu cür görüşlər ölkəmizin mədəniyyət sahəsinin inkişafında qarşıya çıxan yeni-yeni məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir”.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 15 dekabr.- S.13.