Milli Kitabxanada yeni sərgi: “Kamran Hüseynov-105”
Dekabrın 14-də Azərbaycan Milli Kitabxanasında respublikada dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif
sahələrində fəaliyyət
göstərmiş, uzun
illər ərzində
təqdirəlayiq xidmətləri
ilə ölkənin ictimai-siyasi həyatına
layiqli töhfələr
vermiş, görkəmli
ictimai-siyasi xadim, “Şöhrət” ordenli Kamran Əsəd oğlu Hüseynovun 105 illiyi münasibətilə
“Kamran Hüseynov-105” adlı
sərgi açılıb.
Sərgidə Kamran Hüseynovun Azərbaycan və rus dillərində nəşr olunmuş əsərləri, haqqında
yazılmış kitablar,
qəzet və jurnal materialları nümayiş etdirilib.
Sərgi bir həftə davam edəcək.
ŞAHANƏ
525-ci qəzet.- 2018.- 15 dekabr.- S.13.