Azərbaycan Respublikasının Prezidenti
2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti İli elan
etmişdir
Müsəlman
Şərqində ilk demokratik respublikanın elan edilməsinin
100 ilinin 23 ayı müstəqillik, 71 ili istila-fasilə
dövrüdür. Vətəni tərk edib mühacirət həyatı
yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi
uğrunda mübarizələrini qətiyyətlə davam
etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə
dövrünün canlı salnaməsidir. Nəzərdən
keçirək.
(Əvvəli
ötən şənbə sayımızda)
Təəssürat
Rus Məclisi-Məbusanı
olan “Qosudarstvennı Duma”da heç vəqt eşitmədim ki,
“inorodes” deyilən qeyri-rus və bunlardan baxüsus müsəlman
məbusları nitq üçün kürsüyi-xitabətə
çıxarkən onu təbrik edib əl çalsınlar.
Lakin
biz qafqazlıyıq, mehmannəvazlıq bizim yaxşı, ya fəna
xasiyyətlərimizdən biridir. Odur ki, parlamanımızda
qeyri-müsəlman məbusları nitq söyləməgə
çıxarkən, müsəlman əzaları onlara
heç olmasa bir “Allah saxlasın” edib əl vurdular, halbuki hələ
məlum deyil idi ki, bunlar bizim xeyrimizə
danışacaqdırlar, yoxsa zərərimizə.
Zatən
əziz dostumuz gürcülərin, həmdərdimiz
polyakların, hörmətli almanların və aşinamız
yəhudilərin məbuslarından zərərimizə
danışılacaq sözlər gözləmirdik. Bizi
maraqlandıran “Rus-slavyan” cəmiyyəti-məbusunun bəyannaməsi
idi.
Məbus
Vinoqradov cənabları haman bəyannaməni oxudu, məclis
diqqətlə qulaq asdı. Marağımıza toxunan yerlərinə
də bir söz deyən olmadı.
Haman
bəyannamənin xülasəsinin, xülasəsinin xülasəsi
budur:
- Vahid Rusiya və azad Azərbaycan.
Yəni
Rusiya dövləti əvvəlki kimi öz yerində
qalsın və Azərbaycan da azad olsun!
Bu mətləb
ki adına “nazik” demək layiqdir, bir
çoxlarını fikir dəryasına qərq edir.
Necə ola bilər ki, Rusiya dövləti əvvəlki
yerində qalsın və Azərbaycan da azad olsun?
Əgər Rusiya dövləti əvvəlki yerində
qalsa, Azərbaycan azad olmaz.
Əgər Azərbaycan azad olsa, Rusiya dövləti əvvəlki
yerində qalmaz.
Həqiqət,
bu bir müəmmadır!
Mən zənn
edirdim ki, “Vahid Rusiya və Azad Azərbaycan” şü-arı,
bu gün bir para sosialistlərin Rusiyada federativ bir cümhuriyyət
yapmaq arzusuna işarədir ki, bir vəqt “Müsavat” firqəsi
dəxi bu arzuda olub “türklük” ittihadına bu növ ilə
bir yol açılar, zənn edirdi.
Lakin bu
degilmiş: bəyannamədə “Rus Federativ Cümhuriyyəti”
naminə heç bir işarə də yoxdur.
O halda, bəs
müəmmanın açarı nərədə?! Şübhəsiz ki, “azad” sözündədir.
“Azad”
sözü öylə bir “Allah bəndəsi”
sözüdür ki, dartsan-dartılar, yığsan-yığılar,
açsan-açılar, yumsan-yumular ...
Bizə “Vahid Rusiya və Azərbaycan” şüarı qərib
və hətta məhal görünür.
Amma “Rus-slavyan” cəmiyyətinə nə qərib
görünür, nə də məhal. Çünki
“azad” sözünü biz başqa bir mənada
anlayırıq, onlar da özgə bir məzmunda, odur ki, bizə
çətin görünən şey onlara asan
görünür.
“Hər halda biz, vahid Rusiya qurmaq işlərinə
heç bir vəchlə xələl yetirib mane olmarıq və
bu şərtlə ki, bu işdən bizim istiqlalımıza zərər
dəyməsin”.
Bu
sözləri parlaman məclisinin zəbani-hali diyordi
...........................................................................
Əvvəlcə
adını da dürüst yaza bilməyən və
İstanbula gedib bir il qalmaqla türk ədəbi
lisanını və kitabətini mükəmməl deyiləcək
surətdə öyrənmək istedadı göstərməklə
bizi heyrətdə qoyan doktor Qarabəy cənabları
“İttihad” fraksiyasının bəyannaməsini oxudu.
Qosudarstvennı
dumaların sağ cinahında oturan fraksiyaların bəyannamələri
yadımdadır ki, təqribən bu məzmunda idi:
Milliyyət
məsələsində
şovinizm
Din təəssüb
Kəndli qamçı
Fəhlə yumruq
Özgə
millətlər
ruslaşdırmaq
Qomşular ədavət
Amma bizim
parlamanın sağ cinahında yerləşən “İttihad”
partiyası, bəyannaməsinə görə o qədər
hürrəndiş, o qədər azadi-dust və o qədər
demokratikdir ki, “Duma”nın solunun solunda da oturmağa layiqdir.
“İttihad” fraksiyasının, parlamanımızın
sağ tərəfinə meyl və məhəbbəti o dərəcədədir
ki, doktor cənabları öz nitqini məclisin sağ
kürsüsündən deməkdə dəxi israr edib, sədr
cənabları ilə də bir balaca mübahisəyə
girdi.
Qarabəy cənabları, fraksiyalarının vətən
və millət yolunda nəyi və necə müdafiə edəcəklərini
bir-bir sayarkən, əzcümlə “möh-tərəm Rusiya
demokfatiyasının əlilə qazanılmış və
bizə ehsan edilmiş qənimətlərdən” danışdı.
O gündən
bəri fikirdəyəm ki, görəsən o “qənimətlər”
ki möhtərəm rus demokratiyasından bizə “ehsan”
edilibdir hansı qənimətlərdir ki, bizim ondan xəbərimiz
yoxdur?
Bəlkə
bizim “ehsan” payımızı özgələr ycyibdirlər
ki, bizə çatmayıbdır!
Mənim yaxşı yadımdadır ki, möhtərəm
rus demokratiyasının əlilə qazanılan “qənimətlər”
hürriyyətlər idi. Və bu da yaxşı
yadımdadır ki, o “qənimət”lərdən bizə nəinki
“ehsan” etmədilər, hətta Nikolay zamanından bəri “dilənçi
payı” olmaq üzrə əlimizdə qalan “qənimətlər”i
də geri almaq istədilər.
Və
burası da yadımdan çıxmayıbdır ki, (gərək
doktorun da yadında olsun) ağzımızı açıb
söz demək istədikdə “möhtərəm” rus
demokratiyası naminə iş görən həriflər
başımıza öylə qapazlar salmağa
başladılar ki, yerimizi, yurdumuzu da qapaz vuranlara qoyub, hərəmiz
bir diyara qaçmağı səlah bildik.
Sonrası hər kəsə məlumdur, təkrara hacət
yoxdur. Ancaq bunu yetirmək istiyoram ki, doğrudur, rus
demokratiyası qan töküb, baş yarıb rus
istibdadından “qənimətlər” aldı. Biz dəxi o qənimətlərdən
payımıza düşən hissəni almaq
üçün qan da tökdük, can da verdik, baş da
yardıq.
Böylə olan surətdə o “ehsan” hansı
ehsandır?
Hansı
“qəniməti” bizə “ehsan” verdi?
Qənimətdən
məqsəd hürriyyət isə, həqq isə, biz ona
malik olmaq üçün “ehsan” almadıq, bəlkə onminlərcə
can qurban verdik, çaylarca qan axıtdıq!
Ola bilər ki, “bizə ehsan edildi” kimi təbirlərdən
bir para safdərunlar xoşlana bilər, lakin dəgərmi ki,
bir taqım adamların “xoşlanmaq” xatirəsi
üçün - şəhidi-hürriyyət
olanlarımızın ru-hunu incidək? Məncə, dəgməz!
Üzeyir
“Azərbaycan”,
16 dekabr 1918, ¹66
Azərbaycan
Məclisi-Məbusanında Məxaric smetası
Tərtibat
və ləvazim komissiyası Məclisi-Məbusanın
üçüncü iclasında Parlamanın 1920-ci il yanvar ayınadək məxaric
smetasını iclasa təqdim etmişdi. Smeta bu qərar ilə
tərtib verilmişdir:
Dəftərxanə
müdiri ayda 2500 manat
Onun
müavini “___” 2.000 “___”
Şöbə
müdirləri (2) hərəsi “___” 2.000 “___”
Parlaman sədri
katibinə “___” 2.000
“___”
Kargüzarlar
(5) hərəsi “___” 1.400 “___”
Dilmanclar
(2) hərəsi “___” 1.400
“___”
Mühasib “___” 1.500 “___”
Vəznədar “___” 1.200 “___”
Müqəyyidlər
(2) hərəsi “___” 1.000 “___”
Dəftərxanə
xidmətçilərinə (5)
“___” 750 “___”
Stenoqraf
rusca (4) “___” 1.200 “___”
“_______”
türkcə (6) “___” 1.200 “___”
Katib
rusca “___” 1.200 “___”
“_______”
türkcə “___” 1.500
“___”
Reminqtonçu
(2) “___” 750 “___”
Kvestor “___” 1.200 “___”
Onun
müavinləri (2) “___”1.200
“___”
Ləvazim
müdiri “___”1.000 “___”
Xidmətçilər
(10) “___” 550 “___”
Telefonçu
(2) “___” 550 “___”
________________________
Cümlətan
yekunu ayda 55,750 manat
ildə 669.000 “____”
Bundan əlavə
dəftərxanə məsarifi üçün 100.000 manat
Vəqti-müəyyənədən
artıq çalışanlara 15.000 “___”
Fövqəladə
məxaric yol pulu 30.000
“___”
Xidmətçilərə
bəxşiş
61.675 “___”
______________________
Cümlətanı 206.675 manat
Şurayi-Milli
əsasına məaş
gündə 100 manat
Hesabilə
17 günün mükafatı 74.800 “___”
Parlaman əzasına
gündə 100
“___”
Parlaman əzasına
ezam və sairə 100.000 “___”
Hər sesiya
ibtida və sonunda
Parlaman əzasına
yol xərci 120.000 “___”
Parlaman sədrinə
nümayəndəlik
əcri
olaraq ildə
30.000 “___”
Onun 2
müavininə ildə 36.000 “___”
1918-ci il təşrini-sanisinin 15-dən
1919-cu il qanuni-sanisinin 1-nədək
13 ay
yarım müddətində ümumiyyətlə
________________________
Parlaman məxarici 4.942.000 manat
Smeta əhəmiyyətsiz təbəddülat ilə qəbul
edilmişdir.
“Azərbaycan”,
16 dekabr 1918, ¹67
Parlaman ətrafında
Lənkərandan
parlaman Məclisi-Məbusanı rəisi naminə böylə
bir məktub alınmışdır:
Şura hökumətinin təqibindən qaçaraq doğma yurdundan ayrı düşmüş olan biz qaçqınlar Azərbaycan üfüqündə tülu edib mü-sibətzədə vətənimizə mədəniyyət, tərəqqi və nəşvü-nüma yolları göstərən işıqlı yıldızın nümayan olması münasibətilə parlaman sədrini təbrik edəriz. Ulu tanrı müsəlmanlara rəhm edərək, bolşeviklər zülmündən xilasları həqqindəki dualarını eşitdi. Türk milləti kəndi müqəddəratını kəndi əlinə almaq kibi hüquqi-bəşəriyyədən istifadədən ibarət olub da uzun müddətdən bəri bəs-lədigi arzusuna nəhayət nail oldu. Azərbaycan gələcək tərəqqisinə, müstəqbəl nəşvü-nümasına kəndi qüvvəsi və parlaman şəxsinə milli nümayəndələri himmətilə nail olacağına ümidlə tam istiqlal aldı. Şimdi biz azərbaycanlılar üçün yeni bir gözəl tarix başlanıyor ki, müttəhidən əl-ələ verib çalışarsaq əziz Azərbaycanımızı tazəliyəcək, yeniləşdirəcəkdir. Xəlq müntəxəbləri ilk dəfə olaraq yığışmışlar ki, məmləkətdə qanuna riayət, həyat və əmlakı müdafiə, nahiyənin mədəni tərəqqisi, ticarət və sənayenin nəşvü-nümasına səbəb olacaq dinc fəaliyyət əsası qoysunlar. Şəxsinizdə xəlq nüamyəndələrini təbrik və təhniyyətlə bilafərq milliyyət Azərbaycan vətəndaşlarının müsalimətlə işləmələrinin tərəqqi və inkişafiyyətini arzu, möhkəm dövlət qanunu tərtibi və mətin, qəvi, vahid Azərbaycan Xəlq Cümhuriyyəti təsisinə ümid etdigimizi parlamana bildirmənizi rica edəriz. Kətbi-müqəddəsədə deniliyor ki: “İmanınız dərəcəsində səadət veriliyor”. İncil-şərifin bu sözləri həyatımızda həqiqət olaraq meydana çıxdı: biz Azərbaycanın var olacağına qəvi imanla inanıyorduq - var oldu da. Binaənileyh qəvi qəvi hürriyyətin məhkumiyyətə qələbə çaldığı bu əziz gün azərbaycanlılar qəlbində parlaq istiqbala iman nuru daha parlaq bir surətdə ləmələnsin. Amin.
Lənkəran cəmiyyət müvəkkili Teymur bəy Bayraməlibəyov, “Müsavat” firqəsinin Lənkəran şöbəsi sədri Yusif bəy Bayra-məlibəyov, Astara icra komitəsi sədri məşhədi Xəlil Rzayev, “Hümmət” fəhlə firqəsi rəisi Ağa Məhəmmədov, “Hümmət” katibləri Ağa Axundov və İbrahim bəy Bayraməlibəyov, “Müsavat” katibi hacı Ağa Məhəmmədov, Lənkəran bələdiyyə rəisi Daşdəmirov.
Lənkəran
“Azərbaycan”,
12 dekabr 1918, ¹63
Azərbaycan
Parlamanının birinci illiyi
Azərbaycan Parlamanının birinci illiyi doldu. 104 iclas əqd
edən Parlaman tamam bir yaşına girdi.
Azərbaycanın
birinci Parlamanı, birinci istiqlaliyyət səhi-fəsinin
birinci və müstəsna bir təməssül istişarəsini
göstərdiyin-dən bu feyzənfeyz səneyi-dövriyyənin
bu günündə bizim də bir az tovqif,
bizim də bir illik tarixə ircai-nəzər etməkliyimiz
lazım gəliyor.
Azərbaycan
Parlamanının açıldığı gün, öylə
günlərdən idi ki, bütün milləti həm təhyic,
həm də tədhiş ediyor, iki haləti-ruhiyyə mütəzad
bir surətdə yekdigərilə çarpışıyor
idi:
- Ümid
və tərəddüd!
Bir tərəfdən
ingilis komandanlığının qeyri-müəyyən siyasəti,
digər tərəfdən Biçeraxov alaylarının
qeyri-qabil təhəmmül sərkeşliyi və bunlardan
hasil olan ruh düşkünlüyü ancaq bir məlcə və
pənah buluyor idi ki, o da Azərbaycan Parlamanı, Azərbaycan
millətinin o məbədi-istiqbal və ümidi idi. Hər millətin öylə dövrləri
vardır ki, ani və fövqəladə bir surətdə
vicdan təzahüratını meydana çıxarar.
İki hadisə arasında qalmış, bir dövri-fitrətin
qorxunc anla-rında bulunmuş millətlər, birdən-birə
öz-özlügünü fövt etmiş bir halda
görür, istehqari-həyat, istehqafi-mövt kimi ruhun ən
şədid və bariz təhliyatına qeyri-ixtiyari bir surətdə
munis olur. Bu anlar xəlqedici anlar olduğu kibi, məhvedici dəmlərdir
də.
Prussiya da
bir zaman Napoleonun şiddətli yumruq və zərbələri
altında gözəl Berlini - o bütün Prussiyanın
paytaxtını qeyb etdigi zaman prussiyalılar əqllərindən
çıxmış, milli həyəcan və qələyanları
həddini aşmış, ümid və etimaddan əsər
qalmamış, pərişan bir halda çalxalanmaqda
bulunmuş idilər ki, millətinin hissi və fikirlərinə
tərcüman olan professor Fixte bütün Berlin cəmaətini
Berlin darülfünununun zalına toplaraq demiş idi:
“Almanlar!
Bugünki uğradığınız fəlakət,
nə fəsadlarda şədid və faş olsa da bizi almanca
düşünməkdən, almanca dərdlərimizi söyləməkdən
kimsə mən edəmməz. Fəlakət
və məğlubiyyət keçici şeylərdir. Fəqət
milliyyətimiz, dilimiz layəmutdur, məhv olmaz; heç
olmazsa bu günlərdə gözlərimizdən axacaq
yaşlar almanca düşünmək və dərdləşməgi
bizə ögrətsin ki, mövt millətimiz, layəmut
dilimiz hüzurunda təsirsiz qalsın, bir dəfə daha millət
və milliyyətimizi diriltsin...”
Azərbaycan Parlamanı da o fəlakətli dəmlərdə
o mütərəddid və mübhəm zamanlarda bir şeyə
müvəffəq olmuş idi ki, o da lisani-milli ilə hər
təsirini, hər fikrini söyləmiş, millətin həyəcan
və hissiyyati-ümumiyyəsini bir mərkəzə toplayaraq
tərcüman olmuş idi.
Fəqət günlər keçdikcə işlər də
dəgişiyor, bir dəfə bir imani-milli və siyasi ilə
başlanılan əməl səmərəsiz qalmadan iləriliyor
idi.
Parlamanın ilk cələsələrilə onu təqib
edən cələsələr arasında hakim olan əfkar və
əqidə etibarilə bir ayrılıq görülüyor
idi. Dün ümidsiz və istiqlala şübhəli
baxanlar bu gün ümidvar oluyor. Sönük
fikirlər yerinə aydın məfkurələr amil olmağa
başlıyor idi. Çünki tarixdə
öz məhvərində dönərkən hökmlər
vermək və millətin arzu və əfkari-ümumiyyəsinə
görə bir üfüq çizmək məcburiyyətində
qalıyor idi.
Parlaman həqiqətən Azərbaycan istiqlaliyyəti
tarixində böyük bir mövqe tutdu. Oradan
çıxan qərarlar, oradan söylənilən əsaslı
fikirlər, möhlik və müxatirəli zamanlarda yüksələn
protestolar, həyəcanlar həp bütün millətin vicdan
və məfkureyi-ümumiyyəsinin bir məkəsi idi.
Bizim Parlaman həyatında şayan tənqidçilər
də yox degil, fəqət heyəti-ümumiyyəsilə
Parlaman işində səbatkar, şüarında mətin, əzmində
də şədid idi.
Həqiqətdə, Azərbaycanda icrayi-hökumət edən
və xəlq arasında fikri-hökumət və istiqlaliyyəti
qüvvətləndirən Parlamanımız idi. Bu bir illik təcrübə
Azərbaycan üçün böyük müvəffəqiyyətlə
qurtarmış bir imtahan idi. Çünki bir çox bədbinlər
də görmək istəməsələr belə
parlamentarizm denilən əql və fikirlə iş görmək
üsulu Azərbaycanda kafi dərəcədə əhatə
və vüsətlə tətbiq edildi. Məmləkətin
şəraitinə görə bundan ziyadəsini istəməsini
ya bilməmək, yaxud da boş bir amal sahibi olmaqdan ibarətdir.
Parlaman haki-miyyəti hökumət hakimiyyətindən
hər zaman üstün qaldı, hökumət Parlaman
qarşısında daima müxatib və məsul oldu.
Məmləkətin bütün ehtiyacati-qanuniyyəsini
mümkün mərtəbə təminə
çalışan Parlaman 120-yə yaxın əsaslı və
mühüm qanunları qəbul etmişdir ki, burada tədad
etmək faidədən xali degildir.
Maliyyə nəzarətindən 82 qanun layihəsi
Parlamana gəlmiş, 55-i qəbul edilmiş.
19-u komisyonlarda hali-müzakirədə bulunmuş, 5-i
Parlaman tərəfindən müzakirə edilmək üzrə
olmuş, 3-ü də rədd edilmişdir. Ən
çox maliyyə qanunlarının Parlamana gəlməsi
göstəriyor ki, dövlətin həyati-ümumiyyəsində
olduqca bir fəaliyyət mövcuddur. Çünki
maliyyə qanunları bilxassə hökumət
makinasının başlıca bir çərxini təşkil
etməsinə görə məmləkətin fəaliyyəti-ümumiyyəsində
ona görə müqayisə etmək icab edər. Bununla
bərabər iqtisadi böhranın da bəzi fövqəladə
məsarifi cəlb etməsini nəzərə alırsaq maliyyə
qanun layihələrini bir az mötədil
bir surətdə mühakimə etməgə məcburuz. Binaənileyh maliyyəmizin islahı məsələsi
dövlətin əsaslı məsələsini təşkil
ediyor ki, bunu da gələcəkdən gözətləyə
biliriz.
Ədliyyə
nəzarətindən də 31 qanun layihəsi gəlmiş,
14-ü Parlaman tərəfindən qəbul edilmiş, 6-sı
Parlaman tərəfindən müzakirə edilmək üzrə
bulunmuş, 10-u komisyonlarda olmuş, 1-i də rədd
edilmişdir.
Ədliyyə
nəzarətindən bir il zərfində
bundan artıq qanun layihəsi Parlamana gəlməməsi
mucibi-təəccüb degildir. Çünki
hüquq və ədliyyə müntəsibləri məmləkətimizdə
azdır. Halbuki ən çox möhtac
olduğumuz şey böylə bir ədliyyə islahat və tənsifatı
olmasına görə bundan sonra bu cəhətə diqqət
və əhəmiyyət vermək icab edər. Daxiliyyə
nəzarətindən 24 qanun layihəsi gəlmiş, 14-ü
qəbul edilmiş, 1-i Parlaman tərəfindən dərdəsti-müzakirə
bulunmuş, 6-sı komisyonlarda olmuş, 3-ü də rədd
edilmişdir.
Daxiliyyə nəzarətinin məmləkətimiz həyatında
nə böyük əhəmiyyət və mövqei
olduğunu hər fərd qəbul ediyor. Şu halda daxiliyyə təşkilatını
bir an əvvəl ikmal və tənsiq etmək
üçün bizzat Parlamanın da mütəşəbbüs
olması lazım gəliyor. Hər halda, daxiliyyə
nəzarətinin yenə olduqca gözə çarpan bir təşkilatı
meydana gətirməsi göstəriyor ki, ələlümum bu
cəhətdə biz müstəid məmurlar və ciddi
qanunlar çıxara biləcəgiz.
Xariciyyə nəzarətindən ancaq 2 qanun layihəsi gəlmiş,
1-i qəbul, 1-i də rədd edilmişdir. Xariciyyə nəzarətindən
bundan ziyadə qanun gözlənəməz idi. Çünki daha bizim siyasəti-xariciyyəmiz
işləyəcək bir hal almamışdır. İstiqlaliyyətin hər tərəfdə təsdiqinə
və iştə olan bu təşkilatı biz bundan sonra
gözətləyə biliriz.
Səhhəti-ümumiyyə nəzarətindən də
6 qanun gəlmiş, 2-si qəbul edilmiş, 3-ü komisyonlarda,
1-i də Parlaman tərəfindən dərdəsti-müzakirədir.
Səhhəti-ümumiyyənin halı məmləkətimizdə
məlumdur.
Bunu islah və tənsiq etmək ciddən
lazımdır. Əlbəttə, bundan sonra bu cəhətə
fəzlə əhəmiyyət verilir.
Posta və teleqraf nəzarətindən Parlamana 8 qanun
layihəsi gəlmiş, 5-i qəbul edilmiş, 1-i dərdəsti-müzakirədir,
1-i də komis-yonlardadır.
Posta və
teleqraf və telefon cəhətilə Azərbaycanda təşkilat
nöqsan bir halda olmaqla bərabər, bir il
zərfində milliləşdirmək, bir çox yerlərdə
posta şöbələri açmaq işi
görülmüşdür ki, olduqca qiymət və əhəmiyyəti
vardır. Bununla bərabər bu idarə daha bir
çox islahat və tənsiqata möhtacdır.
Təriq və məabir nəzarətindən də 2
qanun layihəsi gəlmiş və Parlaman tərəfindən
qəbul edilmişdir. Təriq və məabir cəhətilə
fəal və “daimi” nazirimizin çalışmasını hər
kəs bilir. Bu zat təriq və məabir nəzarət
və işlərini islah və idarə etməgi üzərinə
daimi bir məşğuliyyət saydığı
üçün bu cəhətin təmin olunacağına
ümidvar ola biliriz.
Ticarət və sənaye nəzarətindən də
Parlamana 2 qanun layihəsi gəlmiş, 1-i komisyonlarda, 1-i də
Parlaman tərəfindən qəbul edilmişdir. Ən
çox islahata möhtac bir idarə də ticarət və sənaye
nəzarətidir. Bu zamana qədər idarənin
mucibi-tənqid bir halda qalmasına bir çox ümumi səbəblər
varsa da, hər halda bundan sonra daha müvafiq qanun layihələrilə
məmləkətin sərvəti-ümumiyyəsini tənzim
etməgə cəhd etməsi bütün Azərbaycan
namına intizar edilən bir işdir.
Nafiə nəzarətindən də 7 qanun layihəsi gəlmiş,
2-si qəbul, 4-ü rədd, 1-i də komisyonlardadır. Nafiə
işləri də layiq olduğu dərəcədə
böyük bir əhəmiyyəti haiz olmamaqla bərabər
bəzi islahat və təşkilat da lazım gəlməkdədir.
Hərbiyyə nəzarətindən 9 qanun layihəsi gəlmiş,
7-si qəbul, 2-si də rədd edilmişdir.
Hərbiyyə nəzarətinin əhəmiyyətini tərifə
hacət varmı? Əlbəttə, bütün qüvvət
və gücümüzün mərkəzi oradadır.
Onun üçün də hərbiyyə nəzarətinin
yeni-yeni qanun layihələri məmləkətimizin
qüvvayi-hərbiyyəsi cəhətilə böyük əhəmiyyəti
olacağından bütün azərbaycanlılar bundan
müstəfid olacaqdır.
Hərbiyyə nazirimizin qeyrət və əzmi məlumdur.
Binaənileyh:
ümidimiz də qüvvətlidir.
Məarif
nəzarətindən Parlamana 19 qanun layihəsi gəlmiş,
7-si qəbul edilmişdir, 10-u komisyonlarda, 1-i Parlaman tərəfindən
müzakirə edilmək üzrə, 1-i də rədd
edilmişdir.
Məarif nəzarətindən mühüm bir qanun layihəsi
də buna daxildir ki, o da Azərbaycan Darülfünununa aiddir. Bu qanun layihəsi
pək ziyadə şayani-əhəmiyyət olduğu kibi, digərləri
də məarifi-ümumiyyə nöqteyi-nəzərilə
mucibi-faidədir. Fəqət məarif nəzarətindən
bir çox şeylər də gözləniyor ki, onların
başlıcası ibtidai məktəblərin
çoxaldılmasıdır. Məmləkətin
tərəqqiyi-irfanı təmin edildigi nisbətdə bu cəhətin
qövldən-felə gətiriləcəginə ümidimiz
vardır.
Nazir də məarif işlərində fəal bir
simadır.
Təftişat nəzarətindən küllən ancaq 1
qanun gəlmiş, o da komisyonlardadır. Bizim təftişat nəzarətimiz
əsasən maliyyə nəzarətinə tabe olduğu
üçün maliyyə islahatı dərəcəsində
bu nəzarətin bir iş görə biləcəyi
aşkardır.
Ziraət və əmlak nəzarətindən Parlamana 11
qanun layihəsi gəlmiş 3-ü qəbul edilmişdir. 6-sı
komisyonlardadır. 1-i mövqeyi-müzakirəyə
qonulmaq üzrədir. 1-i də rədd
edilmişdir.
Ziraət və əmlak nəzarətindən bir
çox qanun layihələri gözə-tilməlidir. Bilxassə
topraq məsələsi və ixtilaflı topraq davaları həqqində
ciddi qanunlar lazım gəliyor. Parlamandakı
bilümum fraksiyonlar bir topraq məsələsini qəbul və
təsdiq etmələrinə görə bu nəzarətin
işi çox artmalıdır.
Məsai nəzarətindən 1 qanun layihəsi gəlmiş
və Parlaman tərəfindən qəbul edilmişdir.
Halbuki fəhlələrə və işçilərə
məxsus ehtiyaclar üçün qanun layihələri icab
etməkdədir. Bütün Azərbaycanda fəhlə həyatı
mucibi-diqqət bir məsələdir.
Fəhlələrin məişətlərini islah etmək
lazımdır.
Heyəti-ümumiyyəsilə Parlamanın bu bir illik həyati-məsai-sində
205 qanun daxil olmuş, 113-ü qəbul edilmiş, 16-sı rədd
edilmiş, 60-ı komisyonlarda tədqiq edilmək üzrədir,
17-si də Parlaman tərəfindən dərdəsti-müzakirədir.
Əlbəttə, Parlamanın 104 iclasında bu qədər
bir fəaliyyət Parlaman həyatımız üçün
təsirpəzir ədd oluna bilər.
Yuxarıda tədad edilən qanunlardan başqa bizzat
Parlaman tərəfindən tənzim edilmiş bir 15 qanun layihəsi
də vardır ki, bu cümlədən Məclisi-Müəssisan
intixabatı qanunu da mövcuddur.
Şu halda bu bir illik Parlaman həyatını biz təbrik
və təq-dirlərlə yad edə biliriz.
Parlamanın səbatkar və cavan və eyni zamanda
qüvvətli bir məfkurə sahibi bulunan birinci rəis
müavini doktor Həsən bəy Ağayevin namını da
burada zikr etməmək və ona həqiqi bir millət sədri
deməmək əlimizdə degildir.
Həsən bəy ilə bərabər bütün
Parlaman fəaliyyətlərində cavanmərdanə
çalışan “Müsavat” fraksiyonu da eyni təhsin və
səmimi təvəccöhlərə müstəhəqdir.
Əlbəttə,
bir millətin təyini-müqəddərat və
hüquqi-siyasiyyə-sindən doğmuş ali
bir müəssiseyi-təşriyyə nə qədər
müşkülatlar içərisində də olsa sönmədən
parıldar və yaşar.
Çünki:
“Bir şəm ki həqdən yana, heç bad ilə
sönməz!”
Ə.H.
“Azərbaycan”,
9 dekabr 1919, ¹340
(Ardı
var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2018.- 15 dekabr.-
S.20-21.