Xoreoqrafiya Akademiyasında elmi-praktiki seminar
Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində
(BXA) “Üzeyir Hacıbəyli
və onun davamçılarının yaradıcılığında
xalq çalğı
alətlərinin ifasında
seçilmiş rəqs
nümunələrinə elmi-praktiki
aspektdən yanaşma”
mövzusunda elmi-praktiki
seminar keçirilib.
Xoreoqrafiya Akademiyasından bildirilib
ki, seminarda Bakı Musiqi Akademiyasının (BMA) prorektoru,
Əməkdar incəsənət
xadimi, professor Gülnaz
Abdullazadə, Xalq artisti, professor Ramiz Quliyev, BXA-nın professor-müəllim heyəti, tələbə və qonaqlar iştirak ediblər.
Tədbirdə BXA-nın prorektoru,
professor Sonaxanım İbrahimova
çıxış edərək
professional musiqimizin banisi,
dahi bəstəkar Üzeyir Hacıbəylinin
həyat və yaradıcılığından və milli musiqi
mədəniyyətimizin inkişafındakı
müstəsna xidmətlərindən
danışıb. G.Abdullazadə dahi bəstəkarın yaratdığı zəngin
musiqi irsi, təkrarsız yaradıcılığı
haqqında tədbir iştirakçılarına məlumat
verib.
Seminarda Xalq artisti Ramiz
Quliyev, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Əhsən Əhmədov, dosent Nuridə İsmayılzadə
və BMA-nın elmi-tədqiqat laboratoriyasının
böyük elmi işçisi Rauf Bəhmənli çıxış
ediblər.
Tədbir Xalq artisti Ramiz
Quliyevin dahi bəstəkarın yaradıcılığından
seçilmiş nümunələrin
ifası ilə yekunlaşıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2018.- 15 dekabr.- S.13.