Anar Sumqayıt Dövlət Universitetinin qonağı oldu
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarla Sumqayıt Dövlət Universitetində (SDU) keçirilən görüş ədəbiyyatsevərlər üçün son dərəcə maraqlı olub.
AZƏRTAC xəbər verir ki, AYB-nin Sumqayıt bölməsinin SDU ilə birgə keçirdiyi "Müdrik ömrün akkordları" adlı tədbir Anarın 80 illik yubileyinə həsr edilib. Görüşdə AYB-nin Moskva bölməsinin rəhbəri,
"Ocaq" cəmiyyətinin,
"Luç" Ədəbi Yaradıcılıq Assosiasiyasının sədriTofiq Məlikli, yazıçının oğlu, Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, ali məktəbin kollektivi, həmçinin şəhər ədəbi mühitinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xalq yazıçısı universitetdəki Heydər Əliyev Mərkəzi ilə tanış olub. Ümummilli liderin burada sərgilənən zəngin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən foto-video materiallar və kitablara baxıb, xatirə kitabına ürək sözlərini yazıb.
Akt zalında davam edən görüşü SDU-nun rektoru, professor Elxan Hüseynov açaraq görkəmli yazıçının həyat və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycan ədəbiyyatının tanınmış simaları - Xalq şairləri Rəsul Rzanın və Nigar Rəfibəylinin yadigarı AnarAzərbaycan ədəbiyyatının inkişafında böyük əməyi olan istedadlı yazıçı, əsl ziyalıdır. Ədəbiyyatımızın zənginləşməsində Anarın mühüm xidməti olduğunu vurğulayan E.Hüseynov qeyd edib ki, Anarın əsərləri təkcə Azərbaycanda deyil, Türkiyə və Avropa ölkələrində dəmaraqla qarşılanır. Rektor Xalq yazıçısı Anarı əlamətdar yubileyi münasibətilə təbrik edərək ona böyük yaradıcılıq uğurları arzulayıb və kollektivin hədiyyəsini təqdim edib.
"Anar təkcə yazıçı deyil, rejissor, ssenarist,
sənətşünas, tərcüməçi, publisist, folklorşünas,
ədəbiyyatşünas və ictimai xadimdir. Onun qələminin məhsulu olan "Ağ liman",
"Dantenin yubileyi",
"Beşmərtəbəli evin altıncı
mərtəbəsi", "Anlamaq dərdi",
"Adamın adamı", "Mən, sən, o və telefon",
"Ötən ilin son gecəsi", "Otel otağı", "Gürcü familiyası"
və digər əsərləri
ədəbiyyatımızın gözəl
nümunələridir", - deyə Sumqayıt
Şəhər İcra Hakimiyyəti
başçısının birinci müavini Teymur Səmədov
vurğulayıb. O, yazıçını 80 illik yubileyi münasibəti
ilə şəhər ictimaiyyəti adından təbrik edib.
Universitetin Filologiya Kafedrasının müdiri, professor Avtandil Məmmədov
və professor, filologiya elmləri doktoru Rafiq Yusifoğlu Anarın
çoxşaxəli yaradıcılığından
söhbət açıblar.
Azərbaycan
Yazıçılar Birliyinin Sumqayıt
bölməsinin sədri Gülnarə Cəmaləddin yubileyin təşkilində
əməyi olanlara təşəkkürünü
bildirıb. O, bu kimi layihələrin
məhz tələbə auditoriyasında keçirilməsinin
əhəmiyyətindən danışaraq
yaradıcılığı ilə Azərbaycan
ədəbiyyatında yeni bir səhifə açan, müasir bədii-fəlsəfi, ictimai-siyasi və
elmi-mədəni fikrimizin tanınmış
və nüfuzlu nümayəndəsi olan Anara şəhər
ziyalıları adından təbriklərini
çatdırıb.
Tədbir boyunca
səhnədəki monitorda Anarın həyat və
fəaliyyətini əks etdirən fotolar nümayiş olunub.
Universitet tələbələrinin ifasında yubilyarın
şeirləri səslənib, sözlərinə
yazılmış mahnılar ifa edilib.
AYB Sumqayıt
bölməsinin nəzdində fəaliyyət
göstərən Sabir Sarvan adına Uşaq Poeziya
Teatrının üzvləri yazıçının
"Sayların sərgüzəşti" hekayəsi
əsasında işlənmiş səhnəcik təqdim
ediblər. İstedadlı yazıçı Hafiz
İmanəzərlinin səhnələşdirdiyi,
Əməkdar artist İzaməddin Bağırovun quruluş
verdiyi səhnəcik maraqla qarşılanıb.
Sonda ədib
tələbələrin çoxsaylı suallarını
cavablandırıb, onlara xoş arzularını
çatdırıb.
525-ci
qəzet 2018.- 18 dekabr.- S.7.