"... və bütün
qaranlıq otaqlar"ın təqdimatı olub
Dekabrın 15-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən "Açıq kitabxana"da şair, publisist Tural Turanın "...və bütün qaranlıq otaqlar" adlı şeirlər kitabının təqdimatı keçirilib.
Mədəniyyət Nazirliyi, Milli Kitabxana və Azərbaycan Yazıçılar Birliyinin
birgə təşkilatçılığı
ilə keçirilən
təqdimat mərasimində ziyalılar,
tanınmış yazıçılar,
gənc şairlər,
oxucular və media nümayəndələri iştirak
ediblər.
Yazıçı Kənan Hacı Tural Turanın ədəbi fəaliyyəti haqqında məlumat verib, kitabda yer alan şeirlər haqqında fikirlərini bölüşüb. Deyib ki, bu, müəllifin sayca beşinci kitabıdır. Kitabda şairin son illərdə qələmə aldığı poetik nümunələr yer alıb. Yaradıcılığında sərbəst və heca vəznləri üstünlük təşkil edən gənc şairin şeirləri daha çox kosmopolit və bəşəri ideyaları özündə cəmləşdirir.
Tədbir boyunca müəllif
yeni kitabda yer alan şeirlərinin bəzilərini
səsləndirib.
Qonaqlardan Azər Qismət, Tural Mirzəliyev, Cavid Babayev, Bənövşə Məmmədova, Seyran İsmayıl, Elməddin Behbudov, Əfsanə Ələsgərli, Ulucay Akif, Fuad Cəfərli, Tural Cəfərli, İltimas Səmimi, Emil Rasimoğlu, Hikmət Nikbin və başqaları çıxış edərək, T.Turanın yaradıcılığı barədə öz fikilərini bildirib, müəllifə bundan sonrakı ədəbi fəaliyyətində uğurlar arzulayıblar.
Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən T.Turan bundan sonra da öz üslubuna sadiq qalacağını və yeni poetik nümunələrlə oxucuların görüşünə gələcəyini söyləyib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 18 dekabr.- S.7.