Aşıq Əmrahın 110 illiyi qeyd edildi
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri Əmrah Gülməmmədovun anadan olmasının 110 illiyi qeyd edilib.
Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı
ilə keçirilən
tədbir R.Behbudov adına Dövlət
Mahnı Teatrında baş tutub.
Əməkdar mədəniyyət işçisi
Elxan Məmmədlinin
aparıcılığı ilə keçən tədbirdə ustad aşığın həyat
və yaradıcılığından
söz açılıb.
Qeyd edilib ki, Əmrah Gülməmmədov 1908-ci ildə
Borçalıda - Gürcüstanın
indiki Marneuli rayonunun Kəpənəkçi
kəndində anadan olub. İkinci Dünya müharibəsində
iştirak edib. Sənətin sirlərini dövrünün
tanınmış sənətkarı
olan Məsim Bəyazitlidən öyrənib.
1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti
ongünlüyünün ən
fəal iştirakçılarından
biri də məhz Aşıq Əmrah olub. O, Azərbaycan aşıqlarının
III (1961) və IV (1984) qurultaylarında
iştirak edib.
Ozan-aşıq sənətində Əmrah
Gülməmmədovun ən
böyük xidmətlərindən
biri sazı təkmilləşdirərək 11 simli etməsidir. Təkrarsız
və bənzərsiz
ifası ilə yaddaşlara hopan Aşıq Əmrah 1987-ci
il martın
11-də vəfat edib.
Tədbirdə respublikamızın müxtəlif
bölgələrindən və
ustadın vətəni
Borçalıdan gəlmiş
aşıqlar Əmrah
Gülməmmədovun sözlərinə
yazılmış mahnıları
və ona ithaf olunmuş şeirləri səsləndiriblər.
ŞAHANƏ
525-ci qəzet.-2018.-19 dekabr.-S.7.