"Akademik,
xalq və caz
musiqisi"nə yekun vuruldu
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən (BMA) "Akademik, xalq və caz musiqisi" respublika festivalına yekun vurulub.
Tədbirdə BMA-nın rektoru,
professor Fərhad Bədəlbəyli çıxışı
edərək festivalın
əhəmiyyətindən söz açıb.
"Bu,
BMA-nın "Xüsusi
pedaqoji hazırlıq"
kafedrası və elmi-eksperimental laboratoriyası
- məktəb-studiya kollektivinin
birgə iştirakı
ilə akademiyada ilk dəfə təşkil olunan və keçirilən qeyri-adi festivaldır", - deyə
rektor vurğulayıb.
Fərhad
Bədəlbəyli festivalın
təşkilatçıları, müəllifləri və
təşəbbüskarları - məktəb-studiyanın direktoru,
professor Tərlan Seyidov
və "Xüsusi pedaqoji hazırlıq"
kafedrasının müdiri,
dosent Elnarə Məmmədovanın zəhmətini
xüsusi qeyd edib.
Bildirilib ki, festival musiqi incəsənətinin üç
əsas istiqaməti -
klassik, xalq və caz musiqisinə
həsr olunub.
"Festivalın məqsədi
musiqi məktəblərinin
klassik repertuarına daxil olan proqramlardan
əlavə ifaçılıq
bacarığının ahəngdar
inkişaf yollarını
özündə cəmləşdirən
kamil və universal musiqiçi yaratmaqdan ibarətdir. Buna görə
də biz məqsədyönlü
şəkildə festivalın
şərtlərinə əlavə
olaraq çoxəsrli
Azərbaycan xalq musiqisi və XX əsrin əvvəllərində
yaranmış nisbətən
gənc caz sənəti nümunələrinin
ifası üzrə tələblər irəli
sürdük. Bir
yarış çərçivəsində
çox geniş üslub cərəyanlarının
əhatə edilməsinə
baxmayaraq, bir çox iştirakçılar,
xüsusilə mürəkkəb
bir vəzifənin öhdəsindən yüksək
səviyyədə gəldilər",
- deyə Tərlan Seyidov bildirib.
Festivalda
Azərbaycanın 13 bölgəsinin
musiqi məktəbləri,
orta və ali musiqi
təhsili müəssisələrindən
130 gənc musiqiçi
iştirak edib. Festival
dörd nominasiya üzrə keçirilib:
"Fortepiano", "Simli alətlər" , "Nəfəs və zərb alətləri",
"Vokal".
Peşəkar münsiflərin yekdil rəyi ilə Bakı, Sumqayıt, Bərdə və Neftçaladan olan 17 gənc musiqiçi laureat adını qazanıb.
Sonda laureatlar
Qala-konsert proqramı ilə çıxış
ediblər.
525-ci qəzet.-2018.-19 dekabr.-S.7.