"Qala"
Tarix-Etnoqrafiya Qoruğu
30 yaşında
Dünən "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yaranmasının 30 illiyi münasibətilə "Qala Abşeronun Tarixi-Etnoqrafik İrsi" adlı tədbir keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbiri qoruğun direktoru Məlahət Fərəcova
açaraq qoruqda 30 il ərzində
görülmüş işlər
barədə məlumat
verib. Bildirib ki, "Qala"
Dövlət Tarix-Etnoqrafiya
Qoruğu daima dövlət tərəfindən
qorunan böyük əhəmiyyətli abidələrimizdəndir.
Qoruq unudulmuş, qədim adət-ənənələrin etnoqrafik material kimi bir yerdə cəmləşməsi, öyrənilməsi
kimi çox əhəmiyyətli bir missiyanı yerinə yetirir.
"İçərişəhər"
Tarix-Memarlıq Qoruq İdarəsinin Elmi-Mədəni
Mərkəzinin direktoru
Cavid Kazımov qoruq əməkdaşlarını
təbrik edib, onlara gələcək işlərində uğurlar
arzulayıb.
Tədbirdə
kənd ağsaqqalları iştirak edərək tarixi irs
haqqında danışıblar.
Sonra milli musiqili proqramı təqdim edilib. Eyni zamanda,
qonaqlar Bakı kəndlərinə məxsus
olan milli yeməklərimizdən sayılan
düşbərənin hazırlanması
və ocaq üstündə bişirilməsi
prosesində iştirak
ediblər.
525-ci qəzet.-2018.-19 dekabr.-S.7.