Elçinin "Baş" romanı İtaliyada işıq üzü
gördü
Xalq yazıçısı Elçinin son illər Azərbaycan ədəbiyyatının böyük uğuru kimi qiymətləndirilən "Baş" romanı xarici ölkələrdə geniş yayılmaqdadır.
Son dövrdə əsər
Türkiyə, Almaniya,
Rusiya, Misir, Moldova və digər ölkələrin məşhur
nəşriyyatları tərəfindən
nəşr edilib, bir sıra xarici
mətbuat orqanlarında
dərc olunub.
Bu nəşrlər ədəbi
tənqidin diqqət mərkəzində olub, mətbuat "Baş"
romanını ancaq milli ədəbiyyatın deyil, ümumiyyətlə
müasir dünya nəsrinin hadisəsi kimi işıqlandırıb.
Bu günlərdə
İtaliyanın "Roma-Sandro Teti Editore" nəşriyyatı
"Baş" romanını italyan dilində nəfis tərtibatla çap edib. Əsəri Olqa Mazzina tərcümə
edib. Kitabın tərtibatı Laura Perettiyə məxsusdur.
"Baş" romanı ABŞ, İngiltərə və Çex Respublikasında da nəşrə hazırlanır.
ŞAHANƏ
525-ci qəzet.-2018.-19 dekabr.-S.7.