Azərbaycan muğamı Floridada səsləndi
Florida Beynəlxalq Universitetində
Azərbaycan muğam gecəsi keçirilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Amerika Mədəniyyət
Assosiasiyası tərəfindən
təşkil olunmuş
tədbirdə ABŞ-ın
muğam üzrə məşhur mütəxəssisi
Cefri Verbok bu musiqi janrı
haqqında məruzə
ilə çıxış
edib.
Tələbə auditoriyası qarşısında
çıxış edən
musiqiçi Azərbaycan
muğamının tədqiqatı
ilə bağlı qırx illik təcrübəsindən danışıb.
O,
musiqinin digər məşhur janrları ilə müqayisədə
muğamın incəliklərini diqqətə
çatdırıb və onun qeyri-adiliyini vurğulayıb.
Türk,
İran və yəhudi icma nümayəndələrinin,
universitetin tələbə və müəllim heyətinin
iştirak etdiyi tədbirdə C.Verbok tarda və kamançada
bir neçə muğam əsərini ifa edib.
Xatırladaq
ki, 1971-ci ildən Azərbaycan musiqisinə vurulan Cefri Verbok
bütün ömrünü muğamlarımızın xaricdə
təbliğinə həsr edib.
O,
ABŞ-ın və İsrailin muzeylərində, kolleclərində,
universitetlərində və ictimai mərkəzlərində
yüzlərlə konsert və mühazirə təşkil
edib.
525-ci qəzet 2018.- 20 dekabr.- S.7.