AY Bəniz
ƏLİYAR
Şairə, Azərbaycan
Yazıçılar Birliyinin üzvü
Bir az insanlardan qaçmaq,
Bir az özünü dinləmək...
Bir az torpağı qoxlamaq,
Getmək və
geri dönməmək...
Gözlərin varmı görməyə?
Əllərin varmı?
Yoxlamaq.
Bir az pıçıldamaq eşqə,
Bir az özünə ağlamaq.
Qaçıb,
qaçıb lap uzaqdan
Bir daşa çaxmaq özünü.
Ağıl üstündə itirib
Tapmaq,
bu axmaq özünü.
38... 39..,
Hələ var 40-ıma bir
az.
Bir adam həsrəti
boyda
Yolları qarğımaq bir
az.
Bu yazı belə yazılıb,
Bu yazıya pozu da yox.
Bir ümidin adı yoxsa,
Demək elə özü də yox.
lll
Ay sarı ağaclar, sarı ağaclar,
Sizi qızıl
payız nə hala saldı?
Sizə
boz küləklər
dinclik vermədi,
Yamyaşıl rənginiz solduqca soldu.
Sarı
yarpaqsınız indi bir ətək,
Tənha qu misallı yaralısınız.
Gözü yolda qalan həsrətlilərtək,
Günbəgün, anbaan saralırsınız.
İnanmağı gəlmir adamın,
sanki
Bir vaxt yaşıl olan siz deyildiniz.
Siz ki günəş altda oynayan, qaçan
Sapsarı ətəkli qız deyildiniz.
Vallah, bu dünyanın işi, gücü yox,
Mövsüm dəyişməyə nə
ehtiyac var?
Sarıya
sarılıb solur rənginiz,
Ay sarı ağaclar, sarı ağaclar!..
lll
Hərdən mənə elə
gəlir,
Divarın da qulağı var.
Söz desəm eşidə bilər,
Sual versəm
cavablayar.
Bitməz
ki sözlər, suallar,
Öz-özünlə qalanda tək.
Cavab verirsə divarlar,
Üstəlik, dili var demək.
Bu nədi, qalmışam yenə
Od ilə su arasında.
Ömrün yarısı boş
keçdi,
Röya aldı yarısın da.
Bitməyə azacıq qaldı,
Ürək boyda qəm olmadım.
Bir yara da açıq
qaldı,
Üstünə məlhəm olmadım.
Bir qəlbdə odam, çox heyf,
Bir qəlbdə
yarımtəsəlli.
Bir gözdə ümidəm,
bəlkə,
Bir gözdə də yaşam, bəlli...
Öz-özümlə
tək qalanda
Divarlar dönüb olur - Sən!
Divarların qulağına
Nə deyim ki, eşidəsən?
Ötən gecə darıxan
Günü boş-boş vurdum
başa,
Gecə keçir, darıxıram.
Saat 2 tamam olub,
3-ə keçir, darıxıram.
3 keçəcək, 4 olacaq,
Bu da ayrı dərd olacaq.
Bu gedişdə fərq yox ancaq,
Necə keçir, darıxıram.
Bilinməz bu dərdin yaşı,
Yavaş-yavaş aşıb daşır.
Fikrim neçə mənzil aşır,
Küçə keçir, darıxıram.
Ünvanı, adı bir cürdü,
Yandırır, odu bir cürdü.
Da dıram, dadı bir cürdü,
Acı dadır,
darıxıram.
lll
Şeir
yazıb qoxlayıram sonra sözləri,
Ətrin gələr, deyə bəlkə, nəsə gəzirəm.
Gözüm onsuz yollardadır
yüz ildən bəri,
Qulağım da həsrət qalıb səsə, gəzirəm.
Şairliyi öz-özümə etmişəm peşə,
Sözün huyu, bax, büsbütün
hopub canıma.
Bir-bir üzüb hərfləri
çəkirəm şişə,
Əl-ayağım qana batır, sözün qanına.
Calayıram bir-birinə günləri
xoşbaxt,
Misraların sehri ilə aşıb daşıram.
Başqa
işim yoxdu daha, yazdığıma bax,
Söz içindən
söz çıxarıb
şeir qoşuram.
Mənimçün də yazılmamış neçə
söz qalıb,
Poeziya vurğunudur
sevən ürəyim.
Saat yenə üçü keçdi, dördə az qalıb,
Eşikdə də dekabrın acı küləyi.
Mənim
şeirə düz bir ömür sədaqətim var,
Məndə yoxdu "təbi axtar, ilhamı gözlə".
Hər kəs indi öz
qulpundan çıxanı
yazar,
Hamı yazsın, tükənməz
ki, bitməz ki sözlər.
Qələmimlə daşıyıram dünyanın
yükün,
Sözlər üstə yavaş-yavaş
ətrin solacaq.
Səhəri də dirigözlü
açacam yəqin,
Səndən yenə bir xatirə
- Şeir qalacaq.
lll
yeri boş qalan yelləncək,
alım qadanı, qadanı...
daha bu yollardan əl çək,
gəlməz adamın,
adamın.
nə oğula, uşağa bax,
nə gəlinə, qıza, yellən.
ağırlığın-uğurluğun
tökülsün payıza,
yellən.
küləklər yellədər
səni,
yağışlar damar başına.
yellənmək də yüngüllükdü,
yellən elə öz xoşuna.
kimsə sormaz əhvalını,
kimsə soruşmaz
yaşını.
uyma bu vaxta, vədəyə,
yellənməklə qat başını.
lll
belə uzun yolçuluqdan
dönmüşəm
hardan-haraya.
yollar çıxıb
üzüqara,
adamlar girib araya...
deyirəm,
nə əsən külək,
nə bulaqlar inciməsin,
gah burnuma ətrin gəlib,
gah da qulağıma səsin.
hardasa bir zümzüməsən,
nəğmələr qoynundan
axır.
adını burda çəkmirəm,
adaşların çoxdu
axı...
sən yadların məhrəmisən,
mən də sənə bir cür yadam.
xəyalın yoldaşdı
mənə,
onu da yormuşam, adam.
lll
Dolu ikən için, çölün,
Yazmaq niyə
çətin olsun?
Yaz, amma yazdığın sözə
Bir azca hörmətin olsun.
Hər günün ömürdə
qonaq,
Eşqin
üzünə olma ağ.
Sözə əmanət kimi
bax,
Tanrıdan nemətin olsun.
Bu gedən yolçu kim görən?
Gedənə varmı qəlb verən?
Qapında "qonağa" hürən
Ağzıqara itin olsun.
Təkliyə həssasdır adam,
Dostu
dost bil, yadı nadan.
Tək qalanda xəyallardan
Yorulmayan atın olsun.
Evin olmasa da olar,
Təbin
olmasa da olar,
Kəbin
olmasa da olar,
Bir saf məhəbbətin olsun.
lll
İnsanlar var, insanlar,
Ürək qoyur hər yerdə...
Sevgi gəzən, ruh gəzən
İnsanlar var bir dəə...
Söz-söz sətirə sızan,
Qismətin özü yazan,
Ömrün yolların azan
İnsanlar var bir dəə...
Xəyalları qarışıq,
Dostla rına yaraşıq,
Həm şair, həm də aşiq
İnsanlar var bir dəə...
Az-az içindən solan,
Sevinc libası yalan,
Peşəsi sevmək olan
İnsanlar var bir dəə...
Yalanlarında doğru,
Həm sevgi, həm də ağrı,
Hər işdə
İnsan
oğlu
İnsanlar var bir dəə...
UNUTDUĞUN BİRİ
sinən altda ürəkmidir döyünən?
kim yatırıb, xəbəri yox, oyada...
barmağını dişləyirsən
yenə də,
unutduğun biri varmı, qayıda?
yaman yerdə saxlamısan atını,
bir yuva qur, dilək bağla, gəl ind i...
sevişdiyin, tamsındığın
qadının
bir üzü qız, bir üzü
də gəlindi...
bu durnalar nə vaxtdı ki, payızdı,
gözlərinin qatarından
köçübdü...
baxışlarım əllərinə
susuzdu,
dur bir çay qoy, sevişməkdən keçibdi...
bir kəs bilməz, sevdiyimsən gizlicə,
nə olsun ki, baxammıram gözünə.
nə bilirsən, bəlkə elə bu gecə,
gəldim səni
qaytarmağa özünə.
PƏNCƏRƏDƏ QARA
PƏRDƏ
Pəncərədə qara pərdə - tənhalığın
gecəsi,
Ölüb-ölüb diriləsən,
məəttəl qala
dörd divar...
Xəyallarla dolub-daşa evlərinin
küçəsi,
Bir az çıxıb
gedə səndən,
darıxasan, nə ki var...
Gözündəki oddan qaça, içindəki yalandan,
Alov düşüb
sarmaşıqtək tuta
yenə hər yanı.
Gözlərinin yolçuluğu bitə
dar bir dalanda,
Görəsən ki, o başından
arzuları boylanır...
Əlçatmazlıq sindromu yaradasan özünçün,
Ətrafında bərkidəsən, bağlayasan
telləri.
"Tam yetişdim" deyən zaman bitə, tükənə gücün,
Toxunmağı istəyəsən... susub baxa əllərin...
Gecə
boyu ağlamaqla öldürəsən özünü,
Bir az yatıb
öz-özünlə bitirəsən
davanı.
Səhər qalxıb bir nöqtədən toplayasan gözünü,
Görəsən ki, baxışların dəlib keçib tavanı...
Əl atasan o tavandan düşən işıq
ucuna,
Yavaş-yavaş, tənbəl-tənbəl dikəldəsən belini,
O işıqdan çəkib
bir az
bağlayasan saçına,
Toplayasan,
qoşa-qoşa ovuclayıb
əlini...
Göylər susa, yerlər baxıb ağızdolu qışqıra,
İşıqucu, ümid kimi, gözlərindən getməyə...
O dəlikdən nur şəklində qızıl
qanın fışqıra,
Ürəyini kipləyəsən, kipləyəsən
bitməyə...
525-ci qəzet 2018.- 21 dekabr.- S.7.