Şair Nazim Muğanlının yaradıcılıq gecəsi oldu

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair Nazim Muğanlının yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə tanınmış ziyalılar, N.Muğanlının qələm dostları, incəsənət xadimləri, oxucular media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən şair, tərcüməçi, ədəbiyyatşünas Ənvər Əhməd Nazim Muğanlının ədəbi fəaliyyətindən söhbət açıb, onun poeziyasının məziyyətlərindən danışıb.

Bildirilib ki, Ağdamın Muğanlı kəndində doğulmuş, boya-başa çatmış ədib "Əgər haqqım varsa", "Özgə yer Vətən sayılmaz?” "Yurdum mənim, dərdim mənim" kitabları ilə ədəbi ictimaiyyətin diqqətini cəlb edib. Vətən, yurd həsrəti ilə qovurulan şairi ömrünün bu çağında da Şuşa Xocalı yanğısı, Qarabağ nisgili rahat buraxmır. Çünki onun əzəli-əbədi dədə-baba yurdu, uşaqlığını, gəncliyini yaşadığı bu müqəddəs torpaqlar hələ düşmən tapdağındadır.

Daha sonra çıxış edən alim sənətkarlar - Təhsil Mütəllimov, Aydın Kazımov, Elçin Hüseynbəyli, Oqtay Mirqasımov, Oqtay Rza, Tahir Talıblı başqaları şairin yaradıcılığından söz açıb, onun poeziyası şəxsiyyəti haqqında fikirlərini bölüşüblər. Çıxışçılar şairin Vətən sevgisindən doğan misralarını ürək ağrısı ilə qələmə aldığını bildiriblər. Həmçinin, çıxışlarda N.Muğanlının Vətənimizin ayrılmaz parçası olan, musiqi beşiyi Qarabağın yoxluğuna həsr edilmiş ürək göynədən şeirləri ilə yanaşı, sabaha ümidlə, arzu ilə köklənmiş poetik nümunələrindən təqdirlə söz açılıb.

Tədbirdə Əməkdar artist Azad Şükürov şairin şeirlərindən seçmələr səsləndirib.

Sonda Nazim Muğanlı tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib, kitablarını imzası ilə oxuculara təqdim edib.

 

ŞAHANƏ

525-ci qəzet  2018.- 21 dekabr.- S.7.