Kim daha çox xoşbəxt ola bilər?!   

 

 

İçimizdəki narahatlığı mətnə daha asan çeviririk, nəinki xoşbəxtliyi. Xoşbəxtliyi paylaşmaqda sanki paxılıq. Bəlkə mətnlərdə xoşbəxtliyin nazik üfüq xətti kimi görünməsinə səbəb budur. Onu təqdim etmək bizə yaddır.

 

Mətnlərdə (ya da dostlarınıza danışdığınız sıradan bir əhvalatda) Qərb təfəkkürü ilə düşünmək şərqli olmaq arasındakı seçiminiz sizin xoşbəxtliyi necə qədər ifadə etmə bacarığınızı göstərir. Bu, xislətdir. İnsan xisləti təkliyi qəhərlənməyi sevir. Buna onu məcbur ediblər. Birinci dəfə cənnətdən qovmaqla, ikinci, üçüncü, milyonuncu dəfə öldürməklə, öldürtməklə. Ona görə o, xoşbəxtliyi tapanda qorxur. Xoşbəxt olmaqdansa, ümid etməyi seçir. Çünki ümid sonsuz gözləmədir. Darıxmaq nəyəsə (bəlkə elə xoşbəxtliyə) çatmaq cəhdidir. Mübarizə etmək feilindən yoğrulan insan üçün - bizim üçün bundan gözəl ola bilər?!

Xoşbəxtliyin qərbli şərqli sifətlərindən danışırdıq. Amma bu, bir o qədər önəmli məsələ deyil. Ona görə yox ki, hər iki düşüncə sistemi üçün xoşbəxtlik mücərrəd xəyali mənasını konkretləşdirib. Ona görə ki, biz hansı tərəfdə (hansı təxəyyüldə) olmağımızdan asılı olmayaraq onu yaşamağa tələsirik. Xoşbəxtliyə canlı orqanizm kimi baxa bilmirik. Onu əzizləmirik. Onu yaşayıb bitirmək, ardınca tez bitdiyi üçün təəssüflənmək istəyirik. Qərbli bu məsələni zamana hərəkət kimi deyil, faydalılıq əmsalı kimi baxmaqla həll edib. Onun üçün fərqi yoxdu, xoşbəxtdi, ya yox. O, kədərini , sevincini yaradıcılığa çevirməyə hazırdır. Onun üçün sənət mövzusunda toxunulmayacaq heç yoxdur. Belə olan halda o, nəyisə gizləmək məcburiyyətində qalmır. Şərqli isə təbiət ananın qucağında bu həzzi yaşayır bir gün bədbəxtlik baş verərsə, bunu son kimi dəyərləndirir. Şərq mədəniyyətində (məsələn, yaponlarda) hətta bu ölüm üçün alqoritm hazırlayanlar da tapılıb.

Xoşbəxtlik tərəfsizdir. Sevgi nifrət arasında seçim etmir. Bu seçim onun üçün heç ifadə eləmədiyi üçün özü rahatdır. Sadəcə bizi gözləyir. Nifrət edən biri xoşbəxt ola bilir. Necə deyib Kyerkeqor: “Nifrət, uğursuzluğa məhkum olunmuş sevgidir”.

Yəni nifrət sevginin şəkildəyişməsidir, yalnış seçimidir. Xoşbəxtlik sevgi sözü ilə sinonimdir. Deməli, həm nifrətlə.

Alber Kamü məşhur ilə yox arasındaessesində xoşbəxtliyə bu cür bir izah verir: “O, tamamilə bizimdir. Biz bəzən ona əxlaqsızlığı da şamil edirik

Görəsən, niyə əxlaqsızlığı?

Burada xoşbəxtliyin qədər xüsusi qədər bizim olduğunu göstərmək istəyib müəllif. Bizim üçün o - xoşbəxtlik sadəcə özümüzün duyduğumuz bir həzdir. Kamyu nihilizmə bu cür çarə tapmışdı. Bizim olmayanların yoxluğuna, bizim olanların varlığına sevinmək lazımdır. Düstur bu qədər sadə imiş, sən demə.

Ədəbiyyat öncə tərbiyələndirmək, sonra xoşbəxt etmək, sonra da göstərmək üçün özünü kitablara məhkum elədi. Hadisələrin özünün necəliyi deyil, onların müəllif tərəfindən cür danışılması daha önəmli oldu. Bu gün axı ədəbiyyat suallara cavab tapmır, o, suallar verir. Xoşbəxtlik bu suallar siyahısının ilk sətirlərindədir. Biz necə xoşbəxt ola bilərik?!

Yazıçı, təhkiyəçi həmişə alternativ olanı düşünür. Kədərlidirsə, xoşbəxt olmaq haqqında düşünəcək. Xoşbəxtdirsə, kədərli bir sükut axtaracaq ( buna ehtiyacı olduğunu da qeyd edəcək, amma xoşbəxtlik üçün bu ifadəni çox az işlədir). Deməli, bizim xoşbəxtlik haqqında səhifələri doldura bilməməyimizin bir səbəbi kədərimizi, əzabımızı tanımamağımızdır. Ya da bütün hisslər bizim uydurduğumuz bir illüziyadır. Bizim düşündüyümüz an mövcud olur. Biz görmək istəyəndə görünür, sonra yoxa çıxır.

Həyatımızın bu qədər sürətli, bu qədər monoton, bu qədər rəngsiz olduğu bir zamanda nəyə görə balıq tutarkən zamanın sakitliyindən, kitab oxuyarkən yeni insanlar yeni talelər kəşf etməyin marağından, retro mahnıların nostalgiyasından, filmlərin həzzindən, parklardakı uşaqların gülüşlərindən, dənizin mürgülü sahili oyatmaq istəyindən özümüzə xoşbəxtlik düzəltməyək? Buna ehtiyacımız var. gülümsəmək üçün milyonlarla səbəbin olduğu dünyada hər kəsin qaşqabaqlı gəzməyi bir az qəribədir. Avtobus dayanacaqlarında, metrolarda, kassanın qarşısında uzanan növbədə, səkidə atdığınız hər addımda dodaqlarınızın azca yanağınıza tərəf sürüşməsi adamları qədər sevindirə, pozitivə kökləyə bilər.

Bəs ədəbiyyat? O, təkcə zövq formalaşdırmır axı. Həm şüurun fərdi xarakterini kütləviləşdirməyə xidmət edir. Yazıçının fərdi üslubu kütlənin düşüncə tərzinə çevrilir. Ona görə   o - yazıçı ən kədərli hadisəni belə ümidli (heç olmasa ümidli) təqdim etməyi bacarmalıdır. Məşhur yazıçı Orhan Pamukun sevilən bir romanındakı kimi. Məsumiyyət muzeyiəsərində Füsun obrazının acı sonluğu oxucuya elə bir tərzdə təqdim olunub ki, sanki o səhnəyə qədər oxuduqlarımız elə bunun üçün imiş. biz o ölümə kədərlənmirik. Çünki ölümdən sonra böyük bir sevginin varlığını özündə saxlayan əşyaların sərgiləndiyi muzeylə bizi tanış edir yazıçı. Ya da Kazuo İşiquronunMəni heç vaxt tərk etmədramında dostların taleləri bizi üzmür. Yazıçı onların daha ağır keçmişini bizə danışıb çünki. Bu kimi onlarla roman adı çəkmək olar. Bu romanlarda sevgi xoşbəxtliyi axtarmaq da olar. Amma əllərimizin içindəki  xoşbəxtliyə öncə o qədər doğmalaşmalıyıq ki, digərlərini dost kimi bağrımıza basa bilək. Kiminsə xoşbəxtliyi bizi özümüzə acındırmamalıdır. Ya da kiminsə kədəri ilə təsəlli tapmamalıyıq.

Nə qədər tədirginlikdən, ağrılardan yazmaq asan olursa, xoşbəxtlikdən də eləcə rahatümidli bəhs etmək gərəkdi. Yağış yağırsa, çətir açmadan şəhərin payına düşən damcılardan ovcunuza yığıb damcılardakı əksinizə gülümsəyib baxın. Siz bu yağışın ən yaxşı hekayəçisi ola bilərsiniz. Bütün ağrılarımızı sentimental deyil, ümid rəngində yaradıcılığa çevirib yarışaq bəlkə?! Kim daha yaxşı xoşbəxtliyin şəklini çəkər, ya da hekayəsini qurar, ya da mahnısını oxuyar?! Kim daha çox xoşbəxt ola bilər?!

 

 

Rəvan CAVİD

 

525-ci qəzet.- 2018.- 22 dekabr.- S.19.