Doğma diyarrəsm müsabiqəsinin yekun sərgisi

 

 

Bakı Xətai Sənət Mərkəzində elan edilənDoğma diyaradlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya Radio VerilişləriQapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Xalq rəssamları Arif Hüseynov, Ağali İbrahimov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və başqaları çıxış edərək müsabiqə və sərginin əhəmiyyətindən söz açıblar. Bildiriblər ki, uşaqlarda estetik zövqün formalaşması, onların bədii yaradıcılığının stimullaşdırılması, ətraf mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsi, eləcə də vətənə məhəbbət hisslərini aşılamaq məqsədilə keçirilən müsabiqəyə 700-dək uşaq 1800 əsərlə qatılıb. Sərgidə 12 yaşa qədər 165 uşağın 170 işi və 12-17 yaşarası 135 yeniyetmənin 140 işi nümayiş edilib. Müsabiqədə uşaqlar yaşadığı yerin (şəhərin, rayonun, kəndin) təbiət mənzərələrini, tarixi abidələrini, mətbəx nümunələrini, səciyyəvi geyim tərzini, qəhramanlarının obrazlarını və s. öz duyğuları ilə tablolarında əks etdiriblər.

Sərgilənən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olundular. Həmçinin, sərgidə ayrı-ayrı təşkilatların müxtəlif nominasiyalar üzrə diplomları təqdim edilib.

 

525-ci qəzet.- 2018.- 22 dekabr.- S.13.