"Limanlar ağlayar, gəmilər gedər..."
“Səndən gələn xoşdur mənə,
Ya gül göndər, ya da tikən.
Mehrin də xoş, qəhrin də xoş,
Ya xələt
ver, ya da
kəfən”.
Əhməd Yəsəvi
Deyəsən, zənglərim sənə
xoş olmur
Sənin susmağınnan çox xoş oluram.
Mən göz düzəldirəm,
üstə qaş olmur,
Gözümü tökürsən bihuş
oluram.
Asıla
qalmısan kipriklərimnən
Gözümdə sıxılmış bir damcı yaşsan
Ağrı göyərəcək, dərd cücərəcək
Qəfil tufan kimi haraya
düşsən.
Bitər
gözlərində ayrılıq,
bitər
Yoxsa bir lal, dibsiz güman
kimisən.
Limanlar ağlayar, gəmilər gedər...
Gəmisi qayıtmaz liman kimisən.
lll
Oxuyammadığın bir kitab kimi
Sirridi, şam
olub əriyən gecəm.
Bu açılan səhər
billur qab kimi
Düşüb əllərinnən çiliklənəcəm.
Bir ümid cücərməz
gələn sabaha
Demə yaddaşımda, sən daha varsan.
Daha bir yad girər...
Könlünə daha...
Təzədən bir yeni yadın
olarsan.
Sonra köhnələrsən, unudularsan,
Sonra tənha
qalan qadın olarsan.
Sıxar
duyğumuzu könül
darlığı
Nə ismarıc yolla,
Nə də yol gözlət
Dolan o sevdalar məzarlığını
Gözüyün bir damcı yaşını gizlət.
lll
Bitili qara daşıydım
Çox
yurddan-yurda daşındım
Qəriblik çəkdim aşındım
Yenə də üzü daş qaldım.
Bu dünya sərxoş dünyadı
İşi tamam boş dünyadı
Gördüm ki, çaş-baş
dünyadı
Mən özüm
də çaş-baş
qaldım.
Yeyir kimi, yemir kimi
Nə gözləyir demir kimi
Bir ot basmış
qəbir kimi
Söküldüm, içi boş qaldım.
lll
Çevir ki, içini astar üzünə
İçində gizlənən için talansın.
Haraya gedirsən bu kəm ağılnan
Karvanın basılsın, köçün
talansın.
Nə gördük götürək
düzdən-əyridən
Yüyən önnən gəldi,
yəhər böyürdən
Özünnən qabaqda yalan səyirdən
Ağıllın görk olsun, bicin talansın.
Ələyin fırransın, külün
ələnsin
Bir torba götürüb, dağlar dilənsin
Dişi
qannı qurdun qana bələnsin
Qoyunun qırılsın,
keçin talansın.
Bəxt
harda cırnadı,
tale kəc oldu
Ölüm də deyəsən,
bir az
gec oldu
Bir müdrik dedi ki, gəldik heç olduq
Ay Tahir, heç olan heçin talansın.
lll
Aşıq Əli bir zəngində: Ay Tahir qağa, o gün üzünə demədim,
nəəman sınıxıfsan,
özünə fikir ver - günyədən düşmə, - dedi.
Nə gözə, nə qaşa vaxt baxan deyil
Qış gəlib qapının
ağzını alıb
Ay Əli, bu xına,
o xına deyil
Yaş gəlib,
qapının ağzını
alıb.
Nə səksən addayıb, nə yetmiş gedib
Ağıl göməşiyib, huşdan-huş
gedib
Gözdən nur çəkilib,
dişdən-diş gedib
Leş gəlib
qapının ağzını
alıb.
Ovumu bərədən qaçırdım,
getdi
Bəxt
bir yol gülmüşdü
uçurdum, getdi
O dolu illəri keçirdim getdi
Boş gəlib
qapının ağzını
alıb.
Çox
itlər hürüşdü,
karvannar keçdi
Cavannıq mənim də əlimnən uçdu
Verəsim beşiydi, alasım
üçdü,
Beş gəlib qapının ağzını alıb
Gəl dağı arana daşıma indi
Gözəlmi çıxacaq qarşına
indi
Demə
nə daş salım başıma indi -
Daş gəlib
qapının ağzını
alıb.
lll
Bu ömrə biçilən bir yazıdımı,
Yazıla-yazıla ayazıdımı?!
Dünya
tərs dəyirman boğazıdımı,
Ölü atılan var, diri qayıdır.
Arşınçı arşında bezini görür.
Əyrilik əyridə izini görür.
Hər kəs gəlib məndə özünü
görür
Hər kəs dəyib mənə, geri qayıdır.
İçim gennən gəzən
qıraqlar kimi
Başımnan tökülür qınaqlar
kimi
Üzünə baxılan qonaqlar
kimi
Dərdin biri gedir, biri
qayıdır.
lll
Uzaqda yurd qoxusu var.
Neçə bələn, dağ ayırır.
Təzə qürbət qorxusu var.
Gözlərim qürbət səyriyir.
Yanır,
yanır...
İçim qürbət havasına.
Yenə
içimə çəkilləm,
Çıxıb göyümə çəkilləm
Yenə məni qınasalar.
Qat-qat qürbətlər görünür,
Durub göz-gözə
qalalı.
Nə var ağrıdan anarı,
Nə var qürbətdən bəlalı.
Gəldi,
bu da son, çatdı
Qürbət çıxmadı içimnən.
Keçdi karvannar da getdi
Tək mənmi
qaldım köçümnən?
lll
Enibdi tanrıdan, haqdan
Dərddi, yenə bizə gəlir.
Gedən
aldanışa gedir,
Gələn elə duza gəlir.
Mayası
qudurub nəfdən
Kefcili bayılıb kefdən
Azrayılla dörd tərəfdə
Kişilər üz-üzə gəlir.
Beləcə dörüb, törəyib
Qurdu qəmgin,
quşu qərib.
Bizi yiyəsizmi görüb
Ölüm üstümüzə gəlir.
lll
Qaşımıznan göz arası
Olumuna, qalımına şükür
Gecəynən gündüz arası
Gediminə, gəliminə şükür.
Bizi yenə div aparır,
Nağıllar gəlib aparır
Keflər
alladıb aparır
Biz çəkən zülmünə
şükür.
Bir az çalpaşıq
veribsən,
Suynan, işıqnan veribsən
Dəryadan bir qaşıq
veribsən
Bir qaşıq
elminə şükür.
Taxt yazdığın taxtsız
olmur,
Baxt yazdığın
baxtsız olmur.
Ölüm heç vaxt vaxtsız olmur,
Vaxtlı-vaxtsız ölümünə şükür.
lll
Nə qədər ki,
ürəklərdə daşlar
var
Gözümüzdən töküləsi
yaşlar var
Aşkardan da o tərəfdə
aşkar var,
Min gizlin var, hər aşkarın içində.
Görən varmı, Nuhdan qalsın, ölməsin,
Qəvi tale bir kimsəyə gülməsin.
Bilən
bilsin, bilməyənlər
bilməsin
Oturubdu pir, aşkarın içində.
Günnən-günə yol azdırdı bələdim
Yaxşı nədi, yaman nədi, bilmədim
Ömrü-günü xəlbirlədim,
ələdim
Mətəl qaldım bir aşkarın içində.
lll
Bəxtində bir kişi
vardı,
O kişini sən öldürdün.
Bilmədim bilə-biləmi,
Bəlkə bilmədən öldürdün?!
Günü ölümə açılar
Kişi
ölümnən asılar
Məni
içimnən acılar
Yoxsa, sən
gendən öldürdün?
Tanrım,
adamı dərd oyar,
Dərdin
özü də bir boya
Sənin
adına dünyaya
Gəldiyim gündən öldürdün.
lll
Təsbeh dənəsidi əlində
- sevgin
Nə qədər
çevirə, çəkə
bilərsən.
Başına fırlada bilərsən
məni,
İstəsən başınnan əkə bilərsən.
Bu oyun nəyimə gərəkdi, sonda
Günümü göynətsin, içimi
yesin
Gözümnən bir uzun yol çəkdi sonda
Gözümün içini qurd kimi yesin?
Bu qara sevdada bir
gün boğulsam
Demirəm, yazıqla, istə
sən məni
İşdi, bu dünyada bir də doğulsam,
Bir də öldürərsən, istəsən,
məni.
Mən kiməm...
Hər dürlü halıma
sevin
Tanrı
sevdalısı, bir eşq dəlisi
Sənin
əllərində çevikdi
sevgin
Sevgin - əllərində
təsbeh dənəsi.
lll
“Ələstdə
“bəli” deyən sübhana baş endirir...”
Aşıq Ələsgər
Addadım, keçdim özümnən
Tapdım düşüncəmdə səni.
Su kimi axıb üzünnən
Gördüm təkdə, cəmdə səni.
Gəlirsən gizli, açdıqca
Sirsən,
sehirsən açdıqca
Mən özümü tanıdıqca
Tanımışam həm də səni.
Ya çatmazda, çatardayam,
Ya gendəyəm, ya dardayam
Heç
bilməsəm də hardayam
Çağırram hər dəmdə səni.
lll
Sevgindi qəzəb köpürür
Dönüb özünə qayıdır.
Ruhları tanrı üfürür
Sonda özünə qayıdır.
Hər şey qayıdır özünə
Hər zərrə tamına çəkir
Ölümdü, sevgidi, dərddi
O da adamına çəkir.
Dünya sirrədən sıyrılıb
Hələ sirrərə tablaşır
Kişi qadınnan ayrılıb
Gəlib qadında tamlaşır.
Tahir TALIBLI
525-ci qəzet.- 2018.- 22 dekabr.- S.22.