AZƏRBAYCAN
RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ -
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN
ETMİŞDİR
Müsəlman
Şərqində ilk demokratik respublikanın elan edilməsinin
100 ilinin 23 ayı müstəqillik, 71 ili
istila-fasilə dövrüdür. Vətəni
tərk edib mühacirət həyatı yaşayan mücahidlər
müstəqilliyin yenidən qələbəsi uğrunda
mübarizələrini qətiyyətlə davam etdirmişlər.
Mühacirət mətbuatı bu, istila-fasilə
dövrünün canlı salnaməsidir. Nəzərdən
keçirək.
(Əvvəli
ötən şənbə sayımızda)
MUXTAR
BOLŞEVİK YAVƏLƏRİ
(İmtiyazlı
bolşevik boşboğazları)
Bakıda
intişar edən “Komunist” qəzetəsinin
İstanbul müxbiri qəzetəsinə göndərməkdə
olduğu basmaqəlib müxabirələrindən (məktublarından),
Oktyabr ixtilalının ildönümü münasibətilə
yazdığı məktubuna bolşevik bəzi “bayram hədiyyələri”
dəxi əlavə eyləmişdir.
Yeni gəlmiş general konsul Qreqori yoldaş “Sovet
bayramını təbrikə gələn müsafirləri
qarşılamış... müsafirlər miyanında
bütün konsoloslar, Türk professorları və mətbuat
müntəsibləri varmış... internasyonal
çalınmış, böyük mərasim olmuş...” falələ-təfalələ
(falçının ucuz uydurmaları). Bayram
müxabirəsinin mükəm-məlliyyəti
üçün olacaq ki müxbir bütün bu “fövqəladə”likləri
xəbər verməklə iktifa etməmiş, bir də
ötə-bəriyə saldırmışdır. Məgərsə bolşevik bayramının ahəngini
pozanlar varmış.
“Mərasim
hərarətlə davam edərkən - müxbir yazıyor -
burada (yəni İstanbulda) bulunan Müsavat töküntüləri
qalibiyyət və müvəffəqiyyət zövqü ilə
dalğalanan bayraqlarımızın (yəni rus
bayrağının) kölgələrindən qaçmaqda, həqiqəti
görməmək üçün gözlərini
qapamaqdaydılar...” (“Komunist”, ¹ 268)
“Qalibiyyət
və müvəffəqiyyət zövqü ilə
dalğalanan” qızıl rus bayrağının kölgəsinə
sığınan zavallı müxbir “töküntü” deyə
zənn etdigi adamların, həqiqəti görmədiklərindən
degil, gördüklərindəndir ki, qanlı istila
paçavrası altına girməyən fədakarlar
olduğunu görmək imkanında degildir. Biz
onun vəziyyətini anlarız.
Vətənin istiqlalını, millətinin hürriyyətini
müdafiə edən həqiqi hər vətənpərvər
kibi, bir müsavatçı dəxi hər türlü məhrumiyyət
və məşəqqətə təhəmmül edər, fəqət
“Komunist” müxbirləri kibi, düşmən
bayrağının kölgəsinıə
sığınmaq səfalətinə qətiyyən
düşməz.
Azərbaycan milliyyətpərvərligi ilə
qızıl Rus istilası altındakı müqəddəs
mücadilənin keçirdigi mutənəvvi səhifələrin
künh (məna) və mahiyyətinə müttali olmayanlar nəzərində
sadə söyüş söymək ehtiyacından mütəvəllid
(doğulan) rəzil bir çıxışma kibi
görünən bu həzyanın, bizcə əsl saiqi daha səfilanədir. “Komunist” qəzetəsinin
İstanbul müxbiri növündən buradakı Sovet müəssisələrində
hizmət edən bir qaç zəvat dəxi biliyoruz ki dəröhdə
etdikləri vəzifə “Müsavat mühacir”lərinin
müqavimətini gövşətmək və kəndilərini
Sovet bayrağına ilticayə təşviq etməkdir.
Aylardan bəri davam edən bu sistematik səy və mücadilələrinin
boşuna sərf olunmış bir əmək olduğunu
görmək acısı ilə olacaq ki şimdi “Komunist”
müxbiri “Sovet bayrağından qaçan bu Müsavat
töküntülərinə” hücum etməklə, həm
çekist ruhlu qarelərinə “bayram hədiyyəsi” veriyor,
həm də “inadçı” müsavatçılardan, kəndisi
ilə arqadaşlarının düçar olduqları
müvəffəqiyyətsizligə müqabil intiqam
almış oluyor.
Zavallı
adamcığaz!..
Azəri
(M.Ə.Rəsulzadə)
“Yeni
Qafqasiya”, 16 dekabr 1926, ¹ 5-6
AZƏRBAYCAN
KÖYLƏRİNDƏ SİYASİ FƏALİYYƏT
Bakı qəzetələri Azərbaycanda icra olunan
köy sovetləri intixabı münasibətilə Azərbaycan
köylüsündə müşahidə olunan siyasi fəaliyyətdən
bəhs edib duruyorlar. Bu məsələ yalnız mətbuatı
deyil, Ali Sovet müəssisə və idarələrini də
olduqca məşğul etməkdədir. Hətta
mətbuatın bu məsələ ilə layiq olduğu qədər
məşğul olmadığı Sovet amirlərinin tənqidinə
belə məruz qalmışdır.
Hər
şeydən əvvəl bu dəfəki Sovet intixabatı
münasibətilə Azərbaycan köylərində nəzəri-diqqəti
cəlb edən şey, əvvəla köylərin əskisi
kibi atil (tənbəl) bir vəziyyət almayıb seçkilərə
əksəriyyətlə iştirak eyləmələri, ikinci
də qadınların Sovet seçkiləri ilə ciddiyyətlə
əlaqədar olduqları olmuşdur.
Sovnarkom (Xalq vəkilləri heyəti) rəisi Musabəyovun
bəyanatından anlaşıldığına görə
köylülərin 100-də 80-ni seçkilərdə
iştirak eyləmişlərdir. 100-də 80 Sovet siyasətində
görülmüş bir miqyas degildir. Daxili
Rusiyada belə köylülərin seç-kilərdə əzəmi
əlaqə və iştirakı 100-də 40-45% nisbətində
olunca məmnuniyyəti mucib oluyormuş. Bunun
üçün Azərbaycan Komunist Firqəsinin
başçısı Mirzoyan, hökumət rəisinin verdigi
bu məlumatı şübhəli bulmuş, doğru isə
bu “hadisə” yalnız Azər-baycanda degil, hər tərəfdə
mucibi iftixar bir vaqeədir, deməklə heyrətini bəyan
eyləmişdir.
“Komunist”
ilə “Bakinski Raboçi” qəzetələrinin nəzəri-diqqəti
cəlb etməyən sütunları diqqətlə təqib
olunduqda köylərdəki bu “fəaliyyətin” pək də
bolşevik idarəsi lehində olmadığı seziliyor. Anlaşılır ki, köy artıq Komunist Firqəsi
tərəfindən şüursuz bir sürü kibi
sürülmək dövrünü atlamış, kəndisini
bizzat idarə etmək, hakimlərini mümkün olduğu qədər,
tənqid eyləmək iqtidar və əzmini göstərməgə
başlamışdır. Çox yerdə
Komunist namizədləri əleyhinə ələnən
(açıqcasına) çıxılmış, bəzi
yerlərdə hətda seçki mübarizəsi ərbədə
(qalmaqal) və mönəziə (sözləşmə) dərəcəsini
bulmuşdur. Bittəbii, komunistlərin əleyhində
vüqu bulan çıxışları xəbər verirkən
Bakı qəzetələri təfsir və təvcihdən dəxi
saxlanamıyorlar. Məsələn, Hil
köyündə komunistlərin seçki ictimaından tərdini
(uzaqlaşdırılmasını) tələb edən
zatın əski qoçulardan ibarət olub vaxtilə Komunist
Firqəsinə girmək istəmişkən rədd edilənlərdən
olduqlarını təsrih eyləmək
unudulmamışdır. Kiş
köyündə dəxi bir köylünün komunistlərlə
müəllimləri seçməmək təklifini, bu
adamların oruc tutmaması ilə dəlilləndirdigi göstərilmişdir.
Cəbrayıl qəzasında komunist namizədləri əleyhində
bəyanatda bulunan köylüləri “Komunist” qəzetəsi
“mübəlliğə” deyə təşxir ediyor, komunistlərə
lehdarlıq edən bir “yoxsul”un Məhəmməd nam bir qolçomaq
“mübəlliğə” tərəfindən
döyüldüğü təsbit olunuyor, bəzi yerlərdə
hətta orta hallı köylülərlə halı yerində
köylülərin birləşərək “mübəlliğə
sinfindən ibarət namizədlər listəsi” tərtib
etdikləri belə vaqe olmuşdur. “Qolçomaq”
təbiri ilə “mübəlliğə” sinifinin komunist
istilahında komunist əleyhdarlığı edənlərə
ələm olan mübəlliğlərdən olduğu ilə
bu istihların məxsus bir mənada qullandığı dəxi
nəzərdən uzaq bulundurulmasın. Köylülərin
komunist idarəsinə qarşı duyduqları kin,
Qızıl Ordu nifrətligində bulunan gənc köylülərə
qarşı dəxi izhar olunmuşdur. Şöylə
ki, Cəbrayıl qəzasında Dabbağlar qəryəsində
qızıl əskərlikdən övdət edən gənc
köylülərin seçilməsi üçün şiddətli
nümayişlər və propağandalar icra edilmişdir.
Ağalı köyünün rəisi əski
ehtiyatla Sovetə seçiləcək əzanın bir listesini
tərtib ilə köylülərə təqdim etmişsə
də, köylülər bu listedəki namizədlərin
hamısını rəddilə istədikləri adamları
seçmişlərdir. Eyni qəryədə
əhalidən rüşvət almaqla məruf bulunan bir
hökumət məmurunun seçki listesindən
ixracını köylülər tələb eyləmişlərdir.
Kürd Mahmudlu və Riğdilo köylərinin
Komunist Firqəsinə mənsub olan rəisləri əhalinin
nifrətinə mucib olduqlarından bütün səylərinə
rəğmən intixab olunmamışlardır (“Komunist”, ¹77).
Komunistlər əleyhinə mütəvəcceh bu kibi
hadisələr “Komunist” səhifələrində çox
görülüyor. Komunist müxbirlər müşahidə
etdikləri bu hadisələri, qələm kəndi əllərində
olduğu üçün, əksərən köylülərin
geriligi və təəssübü ilə izah edərlər.
Məsəla filan köydə komunistləri oruc
tutmadıqları və namaz qılmadıqları
üçün intixab etməmişlərdir deyə yazarlar.
Digər bir yerdə də namaz vaxtı gəlincə
köylülərin seçkiyi tərklə ibadətə
getdiklərini və namazlarını qıldıqdan sonra təkrar
seçkiyə gəldiklərini istehza edərlər.
Bütün bu izah və istehzalara rəğmən Azərbaycan
köylüsündəki fəaliyyətin komunistlər əleyhində
bir hərəkat mahiyyətində olduğu seziliyor. Şöylə
ki, Əliheydər Qarayev Komunist firqəsinin köy işlərinə
aid dəvət etdigi xüsusi məşvərət əsnasında
köylülərin komunistlər əleyhində olduğunu
etiraf etmək məcburiyyətində qalmışdır
(“Komunist”, ¹ 82). Gərçi o bu müxalifətin
Komunist Firqəsini degil, bəzi komunistlərin şəxslərini
tövcih edildigini təvil etmək surətiylə
“arxasını yerə verməyincə” da, bir az
aşağıda firqə təşkilatları ilə mətbuatının
seçkilərə lazım olduğu qədər əhəmiyyət
vermədiklərindən şikayət etməklə bu
müxalifətin pək də şəxslərə mütəvəcceh
olmadığını zimnən anlamış oluyor. Qarayevin nitqindən köylərdəki firqə
qisminin “mübəlliğə” ilə mücadilələrində
qeyri mütəşəkkil bir vəziyyətdə
qaldıqlarını öyrəniyoruz. Bu
sözü komunist şivəsindən hər kəsin
anlayacağı sadə lisana tərcümə edərsək,
bu dəfəki seçkilər əsnasında kafi dərəcədə
komunist demoqojisi ifa edilmədigindən şikayət
olunduğunu anlarız.
Bu dəfəki seçkilərdə köylü
qadınların da ayrıca fəaliyyət əsəri
göstərdikləri müşahidə olunmuşdur. Köy sovetlərinin
bəzi yerlərdə 100-də 50-si qadınlardan mütəşəkkil
olunduğunu Sovnarkom rəisi kəndi bəyanatında təsbid
eyləmişdir. Bir çox köylərdə
Sovet rəisləri belə qadınlardan intixab olunmuşdur.
Qadınlar icti-malarda Sovet əzalığına
kəndi namizədlərini keçirmişlər. Əzanın miqdarı haqqında ərkəklərlə
qovğaya belə çıxmışlardır. Bir çox köylərdə qarılarını təhqir
etmək və döyməklə məruf bulunan Sovet əzaları
qadın seçkicilər tərəfindən
qaralanmışlardır.
Seçki ictimalarında Sovet icraatı şiddətli
etirazlara məruz qalmış, hər tərəfdə
hökumət idarələri tənqid edilmişdir. Hətta
seçki haqqından məhrum edilən sinif ərbabı bu
münasibətlə siyasi nümayiş icrasına belə təvəssül
eyləmişlərdir. Məsəla
Göyçay qəzasında seçki haqqından məhrum
edilən alış-verişçilər, kəndilərinə
rəva görülən bu haqsızlığı protesto etmək
üzrə seçki günü dükanlarını qapayaraq
tətil elan eyləmişlərdir (“Komunist”, ¹ 87). Bakı civarında vaqe bəzi köylərdə belə
komunistləri seçki meydanından tərd etmək hadisəsi
vüqu bulmuşdur.
Bu
münasibətlə toplanan “Komunist müşavirəsi”
köy işlərini uzun-uzadiyə müzakirə edərək
ciddi bir səfhəyə girən köy fəaliyyətinin
önünə keçmək və əhali arasında
müşahidə olunan ədəmi-məmnuniyyəti tədil
etmək üçün çarələr aramış və
nəticədə:
1- Rusiya
köy kooperatiflərinə məxsus olan nzamnamənin Azərbaycana
qeyri-qabil tətbiq olunduğuna, 2 - Köydə yapılacaq
icraat planının müvafiq olmadığına, 3 - Məhəlli
Sovet idarələrinin Sovet əleyhdarı məmurlarla
bulaşdığına, 4 - Banklarla köy kooperatifləri
arasındakı münasibətin təbii
olmadığına, 5 - İpək idarəsi, pambıq idarəsi
kibi müəssisələrlə köy kooperatifləri
arasında münasibətin qeyri-kafi olduğuna və nəhayət
6 - Kooperatif məmurlarının ləyaqətsiz və kifayətsiz
olduqlarına hökm etmişlərdir.
Bütün bunlara bir də ərazi məsələsinin
hala tamamilə həll və təsviyə edilməyib topraq
inqisamı işinin köylülərin iştirakı olmadan
məmurlar vasitəsilə icra edildigini də əlavə etməlidir. Bu zəmində
vüqu bulan köylü şikayətlərinin hədd və
hesabı yoxdur. Fəaliyyət göstərən
köyə qarşı komunist diktatorluğu yuxarıda tədad
etdigimiz iqtisadi və idari bir taqım yarım tədbirlərdən
maəda bir də siyasi tədbirə əhəmiyyət verməkdədir
ki, köy əhalisinin zəngin və füqəra namilə
ikiyə bölmək, ikinciləri birincilər əleyhinə
süni surətdə təhrik etməkdən ibarətdir.
Bundan başqa Bakı ilə Gəncə təşkilatının
əmələ, digər təbirlə qeyri-türk
ünsürləri də təzyiq olunmaqdadır.
Azəri
(M.Ə.Rəsulzadə)
“Yeni
Qafqasiya”, 15 may 1926, ¹13
İRANDA
CÜMHURİYYƏT
Şərq dərin bir inqilab keçiriyor. Əsirlərdən
bəri bəqa bulmuş (davam etmiş) müəssisələr
yekdigəri əqəbindən (arxasından)
çöküyor. Dün Qərb ilə
Şərq üçün pək böyük bir büm
(ölkə) xeyulasını (xəyallarını) təşkil
edən xilafət bu gün tamamilə qalxdı, dün
Osmanlı imperatorluğunun ta ibtidasından bəri
hökmüran olan bir sülalə isqat olundu. Bu gün də sıra İrana gəlmişdir.
Daraların, Xosrovların məmləkəti
cümhuriyyət propağandasına tutulmuşdur. Hətta
bir qaç gün əvvəl şəhərimizdəki
İran səfərətxanəsində novruzu təsid məqsədilə
toplanan iranilər, cümhuriyyəti alqışlamaq
üçün hazırlandılar və avans olaraq
alqışladılar belə...
Novruz
bayramında cümhuriyyət təsidi!
Əsrimizin bundan daha rümuzi (rəmzi) bir
şüarı olamaz. Novruz iranilərin qaç min sənələrdən
bəri təsid etdikləri milli bir gündür. Bəşəriyyətin
ən ibtidai bir bayramı olub, təbiətin təcəddüdünü
istiqbaldan ibarət bulunan bu günün iranilərcə digər
bir ismi də “Novruzi Sultanı”dır: Sultana, yəni
hökümdar və şaha nisbət edilən bu bayram ənənəsi
iranilərin əfsanəvi şahlarından ta Cəmşidə
qədər varır. İslamiyyəti qəbul
eylədikdən sonra dəxi İran zehniyyəti bu bayramı
Həzrəti Əli əleyhissəlamın yövmi
cülüsü deyə təqdis edər. Məlum olduğu üzrə, qədim iranilər
padişahlarını üluhiyyət dərəcəsində
müqəddəs bilirlərdi.
Şərqin bütün böyük hökumət və
mədəniyyətlərində əsil olduğu kibi,
İran mədəniyyətinin əslini də monarşi
ümdəsi təşkil edər. İranın ən
böyük abideyi-mədəniyyəti “Şahnamədir”.
Şahnaməyə hakim olan ruh, ismindən də
bəlli olduğu kibi, şahpərəstlikdir. Şahpərəstlik İran tarixinin ruhudur. Midiya sərdarı Artabanın yunanlı bir filosofa
söylədigi söz, İran tarixinin hüdutu-əsliyyəsini
təşkil eyləmişdir. Artaban demişdir ki: “Biz
iranilər padişahımızın əmirlərinə tabe
olmağı sizin hürriyyət dediginiz anarşiyə tərcih
edəriz”.
Hər sənə təbiətin təcdüdünü
elan edən Novruz, qaç min sənəlik müddəti-ömründə,
Artaban furmulunu tamamilə ilğa edəcək bir hadisəyi bu
günə qədər qeyd edəməmişdir. Novruzun infisal
(qeyd edilməyən) günləri olmuşdur və zaman
olmuşdur ki, iranilər Novquz ayinini gizli olaraq icra eyləmişlərdir.
Fəqət Cəmşidin ismini zikirdən mən
edilən iranilərin ilk fürsətdə yapdıqları
şey Firidunu taxtına isad etməkdən ibarət
olmuşdur.
Şimdi
olduğumuz inqilabatın əzəmətini bununla qiyas edəlim
ki, İran, min sənələrdən bəri təqdis etdigi
şahlığa “Dəf ol!” demək üçün
şahanə bir gün intixab etmək istəmişdir.
lll
Novruz,
İran və şah kəlmələri yan-yana gəlincə
nəsir yazmaq etiyadında bulunan bir qələm belə, istər-istəməz
şeirdən, “Şahnamə”dən bəhs etmək istər,
fəqət iş cümhuriyyətə gəlincə bunun təşaürlə
(şairlik iddiasında olmaqla) pək də həll olunacaq bir
məsələ olmadığı əlbəttə təqdir
olunur.
İran qəzetələri cümhuriyyət
propağandasına germi (səy) vermişlər, qaç
zamandır ki, bu xüsusda məqalələr nəşr
ediyorlar. Bunlardan bir qismi Qacar sülaləsini qaralamaq, şah
ilə vəliəhdi tərzil (rüsvay) etməklə məşğuldur.
İranın bütün bədbəxtligi Qacar
sülaləsinə ətf olunuyor. Digər
qismi isə, hər tərəfdə cümhuriyyət elan
olunduqdan sonra tabeətilə iranilərin də cümhuriyyət
tərzi idarəsini qəbulda muztar (çarəsiz)
qalacaqlarını iləri sürüyorlar. Hər iki tərəfcə də təsəvvür
olunuyor ki, Əhməd Şah atılır, onun yerinə
cümhuriyyət idarəsi elan olunursa, İran həmən təriqi
tərəqqidə sürətli qədəmlərlə irəliləyəcək.
Əksər İran qəzetələrinin
yazdığına görə “Əgər Əhməd
Şah Avropada səyahət edəcəgi yerdə Əmir
Əmənullah Xan kibi işinin başında olub məmləkəti
ilə əlaqədar olsaydı ehtimal ki vəziyyəti
sarsılmazdı. Əgər həmcivar dövlətlərdə,
bilxassə Türkiyədə, inqilab böylə bir sürətlə
iləriləməyə idi. Tehran
cümhuriyyətçiləri də bu qədər əcələ
etməzlərdi”.
Avropayı bir zehniyyətlə təsəvvür edəcəgimiz
cümhuriyyət idarəsinin, yalnız İran degil, iranlı
bir qəzetənin pək mühiq bir etirafı vəchilə,
İrandan fərsənclərlə iləridə olan
Türkiyədə belə, həqqilə tətbiq
olunacağı üçün pək çox sənələr
bəkləmək lazım gələcək.
Ən mütəkamil bir şəkli hökumət olmaq
həsəbilə cümhuriyyət şayani-təbrikdir. Mötəqidati-(dindar)
siyasiyyəmiz miyanında cümhuriyyət üknumu dəxi
bulunduğundan Şərq məmləkətlərində bu
üsuli-idarənin təəssüs etdigi gün bizim üçün
bayramdır. Əsrimiz icabı dərin bir
həyəcan və geniş bir hərəkati-milliyyəyə
tutulan Şərq üçün əcnəbi
istilasını atmaqla bərabər kəndini fəlc bir hala
qoyan əski müəssisatını yıxmaq dəxi fərzdir.
Bu mücadilədə kəndinə rəhbər
olan sinif, məmləkət daxilindəki istehsal qüvvətləri
və bu qüvvətləri əsri üsullarla tənzim edə
bilən zümrədir. Halbuki millətlərin
başında duran sülalələr inhitat (tənəzzül)
və fitrət (durğunluq) dövrünün icabına
görə məmləkəti əcnəbiyə qarşı
müdafiə degil, onları ram etmək ənənəsinə
sadiqdirlər. Hələ feodal bir təşkilati-ictimaiyyə
ilə yaşamaqda olan İranda, müxtəlif vilayətlərin
birər şahı məqamında bulunan xanların əcnəbi
sərmayəsinin vasiteyi-hüsulu olduqları əmsiləsi
ilə sabitdir.
Əsri və
qüvvətli bir İran hökuməti vücuda gətirmək
üçün 3 şey lazımdır: 1) Ordu təşkili.
2) Mədəni bir məcəllənin tədvin (qüvvədə
olan qanunları sistemə salma) və tətbiqi. 3) İran
köylüsünün sərbəsti və tərfihi
(rifahını yüksəltmə).
Birinci maddə haqqında Rıza Xanın məşkur
(yaxşı) təşəbbüsləri vüqu bulmuşdur. İran
ordusunun təsisinə başlanmış və kəndisindən
bəklənən ilk nəticə dəxi əldə
edilmişdir. Məmləkətdə məhəlli
qüvvətlərə istinad edən sərkeşlər
tamamilə mərkəzə tabe və hökumət nüfuzu
hər tərəfə cari olmuşdur.
İkinci maddənin islahı isə İranın ən
müzmin (köhnəlmiş) bir dərdinə təmas etməkdir. Mədəni
bir məcəllə tədvini, İran üləması ilə
mücadilə etməkdir. İranda ədliyyə
deyə bir müəssisə varsa da, ədalət tamamilə
molla, axund və müctəhid deyilən din üləmasının
əlindədir. Bu zümrənin nə surətlə
icrayi-ədalət eylədigini “İranşəbr” məcmuəsi
“Türkiyədə bundan 40 sənə müqəddəm tədvin
olunan “Məcəlləi-Əhkami-Ədliyyə” üzərinə
icrayi ədalət edilməkdə ikən bizim məmləkətdə
camüş şərait bir müctəhid olmadığı
halda, hər molla və hər axund kəndiligindən bir
hökmi-məxsus verərək kəndi ictihadı ilə digərinin
verdigi hökmü nəqz (ləğv) ediyor” - deyə təsvir
və buna təəssüf ediyor. Yalnız ədalət
degil, qüvveyi təşriyyə (izah etmə) belə din
üləmasının kontroluna tabedir. İran
məşrutiyyət qəvanini-əsasiyyəsində mündəric
maddeyi-məxsusəyə binaən Məclistən keçən
hər hankı bir qanun, Məclis əzasından 5 müctəhidin
rəyi inziməm (əlavə) etmədikcə rəsmiyyət
kəsb edəməz. Şimdiki intixablarda
belə üləmadan bir qismi bu maddənin bilaşərt və
qeyd icrayi-hökm eyləməsini tələb etməkdə
imiş.
3-cü
maddə həll edilməyincə kəndisinə cümhuriyyət
degil, cümhuriyyətdən daha ali və
daha mütəkamil bir isim versəniz belə həqiqi bir
hakimiyyəti-milliyyə təsis ediləməz. Kəndi vətəndaşları miyanında
hüquqi-siyasiyyə, qəzaiyyə və sərbəstiyi məsaidə
müsavata malik bulunmayan bir fərd bulununcaya qədər
cümhuriyyətdən və xalq hakimiyyətindən bəhs
olunamaz. Halbuki İran köylüsü həqiqətən
zikr etdigimiz bu hüquqdan məhrumdur. Böyük
mülkdar məzrəəsində (əkin yerində)
çalışan köylü yalnız mülksüz və
torpaqsız qalmaya məhkum degildir. Mülkdar
onu yalnız iqtisadən dəxi istismarla qalmaz, köylüyə,
sözün hər mənası ilə təhəkküm edər.
Kəndisini döyər, həbs edər,
mühakimə edər, bir əsir və qul kibi kəndi
faydasına çalışdırır. Böylə
qüruni-vüstai (orta əsr) bir hal davam etdikcə əsri
bir şəkli-hökumət elanı ilə iktifa etmək
şübhəsiz ki kafi gəlməz.
Cümhuriyyət elanı, sözün mədluli
(aydın olan) həqiqisinə görə, tam bir demokrasinin təsisi
deməkdir. Demokrasinin təəssüs etdigi bir yerdə
köylü ilə mülkdar, xan ilə rəiyyət,
“şah ilə gəda” nəzəri qanunda müsavi
olmalıdır. Məmləkətdə
yalnız bir hökumət olmalı, bir qanun və bir ədalət
təəssüs etməlidir.
İran qəzetələri cümhuriyyət
lüzumundan, şahın siyyati-əməlindən (pis işlərindən)
bəhs eylədikləri sırada, vəhdəti milliyyə lüzumundan
və bunun təmini üçün lisan vəhdətini tərvicindən
bəhs ediyorlar.
Bir dövlət təsisi üçün harsi və mədəni
təşəbbüslərin lüzumuna qane olmaqla bərabər
qeyd etmək zəruriyyətindəyiz ki, bu vəhdəti hər
şeydən əvvəl iqtisadiyyatda, millətin, təbiri caiz
isə, maddi ictimaiyyatında aramalıdır. İran
Cümhuriyyəti köylünün maddi səfalətini dəf
və müxtəlif qitaəti məmləkətlər
arasındakı iqtisadi təcərrüdü (geriliyi) rəf
etməzsə, müxtəlif sinif arasındakı təsanüdü
təmin edəməz. İranda səfalətə
məhkum yüz minlərcə köylülərlə,
yüzlərcə köylərə malik mürəffəh
(gen bolluqda yaşayan) mülkdarlar durduqca qüvvətli bir
xalq hökumətinin təsisi qabil olamaz və arzu olunan vəhdəti-milliyyə
dəxi pək çox müşkülata uğrar.
Tədad etdigimiz (saydığımız) bu əsaslı
islahatın həqiqi İran millətpərvərlərinin də
əxzi amalı olduğuna qaneyiz. Səmimi cümhuriyyətpərvərlər
bu kibi məsələlərin həllini əlbəttə istəyəcəklərdir.
Bu məsələlər həll olunmadıqca nə
İran Cümhuriyyəti təəssüs edər, nə də
əsri bir İran milləti vücud bulur.
Bütün bunları nəzərə aldıqda
cümhuriyyət tətbiqatının İranda Türkiyədən
daha müşkül olacağını təqdir etməliyiz. İran
liberalları həqiqi cümhuriyyət proğramını tətbiq
edərkən qarşılarında sülaləyə mənsub
şahzadələrlə bərabər böyük
mülkdarlar sinfi ilə üləma sinfini dəxi
bulacaqlardır.
İrandakı üləma sinfinin eyni zamanda mülkdar
olduğunu dəxi nəzərə alırsaq bu iki sinfin nə
dərəcədə sıxı bir ittihad təşkil edəcəklərini
təxmin edə biliriz. Rıza Xan diktaturasından yedikləri zərbənin
təsiri ilə müxtəlif İran əşirət bəylərinin
dəxi bu müqabil inqilab zümrəsinə iltihaq edəcəklərini
təxmin etməlidir.
Məəmafih cümhuriyyət tərəfdarları da
zəif degildirlər. İranın ən mütərəqqi
sinfini təşkil edən tüccar sinifi bu kibi islahatın ən
hərr (hərarətli) tərəfdarıdır. Məmləkətin
qüvayi-istehsaliyyəsini fəlc bir hala qoyan bu müəssisatın
bir an əvvəl dəf edilməsi onun mənafei
iqtizasındandır. Üləmadan irticaya tərəfdar
olanları yalnız böyük rütbəli “müctəhid”lərdir.
Məşrutiyyət hərəkatında
olduğu kibi bu dəfə də ufaq üləma ilə tələbei
ülumun hərəkatı milliyyə lehində
olacağı təxmin oluna bilir. Sonra İran, az da olsa, münəvvərin zümrəsinə
malikdir. Bu zümrənin tərəqqi lehində
olacağı mühəqqəqdir. Cümhuriyyətin
ən böyük qüvvəti isə Rıza Xanın təşkil
eylədigi əskəri qüvvətdir. 40
mini təcavüz edən bu qüvvət vəziyyətə
hakimdir. Şahın bu surətlə
süqutu işbu qüvvətə qarşı
aldığı mütəhasim (düşmənçilik)
bir vəziyyətdən iləri gəlmişdir. Rəvayət olunuyor ki, Tehranda cümhuriyyət lehinə
alınan bu sərkarlara belə şahın məmaliki əcnəbiyyədə
Rıza Xan əleyhinə bir taqım intriqalar çevirdiginin
çox təsiri olmuşdur.
lll
Cümhuriyyət elanının İranda, Türkiyədən
daha çox məvaneyə (maneələrə) məruz
qalacağı haqqında sərd eylədigimiz mülahizat son
günlərdə İrandan alınan havadisələrlə dəxi
təyid olunmaqdadır.
Novruz günü cümhuriyyətin elanı bəklənməkdə
ikən Novruzu mütəaqib alınan teleğraflar pək
mütənasib xəbərlər gətirdilər. Bu xəbərlərdən
sərih olaraq anlaşılan bir şey varsa o da Tehranın
cümhuriyyət lehində və əleyhində olaraq 2-yə
inqisam etmiş olmasından ibarətdir. Hər
tərəfdən cümhuriyyəti tərviç
üçün teleğraflar gəlməkdə və yeni
iftitah edən Məclisdə əksəriyyət firqəsi
cümhuriyyət lehinə bir təqrir verməkdə ikən,
məbusan dairəsinin cümhuriyyət əleyhdarları tərəfindən
işğal edildigi haqqında heyrətəngiz bir teleğraf
dəxi bütün qəzetələri dolaşdı. Tehran soqaqlarında yekdigərinə müxalif bulunan
partilər arasında qanlı müsadimələr vüqu
bulduğu dəxi xəbər verilməkdədir.
Cümhuriyyətçilərin nə kibi
şüarlarla hərəkət eylədiklərini biliyoruz. Bunlar hər
şeydən əvvəl Qacariyənin əleyhində olub
Əhməd Şahın Qiyan tacını firəng
şaposunu təbdil etdigini təşhir ediyorlar. Cümhuriyyət əleyhdarı bulunan zümrənin
nə kibi şüarlarla hərəkət eylədigini bilmək
üçün Tehrandan Moskvada müntəşir “Pravda” qəzetəsinə
çəkilən bir teleğraf şayani-qeyddir. 9 mart tarixilə çəkilən bu teleğrafda
“cümhuriyyətçilərin geniş xalq kütləsini kəndi
lehlərinə cəlb üçün tərtib eylədikləri
mitinqin əqim (nəticəsiz) qaldığı” xəbər
veriliyor. Cümhuriyyət əleyhdarlarının
təşviqi ilə cümhuriyyətçi natiqlərə
söz söyləmək imkanı verilmədigi kibi
cümhuriyyətçilərin təşviqi ilə qapanan
bazar, dükan cümhuriyyət əleyhdarlarının təzyiqi
ilə təkrar açılmışdır. Müxbirin söyləməsinə görə
cümhuriyyətçilərin bu ədəmi müvəffəqiyyəti
kəndilərinin ingilis tərəfdarlığı ilə məşhur
olan zəvatdan ibarət bulunması imiş.
Tehrandakı siyasi cərəyanların əskidən bəri
ingilis və yaxud rus qütbünə mənsub görülmək
etiyadınca bu teleğrafa nəzərən cümhuriyyət əleyhdarlarının
rus hesabına hərəkət etməsini təxmin etmək
icab edər. Rus mətbuatının cümhuriyyəti məşrut
(şərtli) bir sürətdə iltizam etməsinə rəğmən
Rus diplomatiyasının zatən əskidən bəri Rıza
Xan islahatına pək o qədər tərəfdar
olmadığını bilməz degiliz.
Sanki həvadis cümhuriyyət məsələsinin
yalnız hal şəklində nəticəpəzir olduğunu
bildirməkdədir. Məclis, şahı hal və 2
yaşındakı oğlunu nəsb eyləmişdir. Bittəbii kiçik yaşlı şaha niyabət
(vəkillik) etmək üçün naibüs-səltənə
(hökmdarı əvəz edən) intixabını bəkləmək
icab edər.
Şu surətlə
intixab olunacaq naibüs-səltənənin bir az
sonra rəisi cümhura tərki mövqe edəcəgi isə
mühəqqəqdir.
M.Ə.(Rəsulzadə)
“Yeni Qafqasiya”, 11 şaban (1 aprel) 1924, ¹13
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.-
2018.- 22 dekabr.- S.20-21.