Ünsiyyət
Məmməd Oruca
Yaxşı ki, sən varsan bu gen dünyada
Doğmadan doğmasan, həyansan yada.
Sənin
mərhəmətin elindən
böyük
Özündən ağırdır daşıdığın
yük...
Burdan Amerikaya əl uzadardın,
Yazıçı Eminlə məktublaşardın.
Yaxşı yadımdadır o yazışmalar:
Çiçəyin üstünə
qar yağırdı,
qar...
Mən Emin qardaşı indi anıram,
Qürbətdə yanana mən də yanıram.
Ovutmaq istədin onun dərdini,
Necə ovudasan yurd həsrətini?
İndi
də sən bizə gəlib-gedirsən
Yollarda nə qədər vaxt itirirsən...
Bu gün yenə gəldin, şahmat oynadıq,
Emini, Əhədi, Rövşəni
andıq...
Yenə
çay dəmlədin
öz evin kimi,
Qovdun qəlbimdəki
nisgili, qəmi.
Mənimçün havadır, sudur ünsiyyət,
Ünsiyyətdən doğur dosta məhəbbət...
10 Dekabr, 2018.
Səyavuş MƏMMƏDZADƏ
525-ci qəzet.- 2018.- 22 dekabr.- S.17.