Bakıda "Müşfiqli
dünya" gecəsi
Dekabrın 21-də Heydər Əliyev Sarayında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqə həsr olunmuş "Müşfiqli dünya" adlı ədəbi-bədii gecə keçirilib.
Tədbir Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında imzaladığı
müvafiq Sərəncama
əsasən təşkil
olunub.
"Mədəniyyət" kanalının və Heydər Əliyev Sarayının birgə təşkil etdiyi konsertdə hökumət üzvləri, Milli Məclisin deputatları, tanınmış elm və
mədəniyyət xadimləri,
eləcə də poeziyasevərlər iştirak
ediblər.
Bildirilib ki, Mikayıl Müşfiqin şəxsiyyəti
milli şüur və vətənpərvərliyin
timsalı, yaradıcılığı
isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə
vətənpərvərlik hisslərinin tərbiyəsində
əvəzsiz xəzinədir.
Müşfiq 1908-ci il iyunun 5-də Bakının
Dağlı məhəlləsində,
ziyalı ailəsində
dünyaya göz açıb. 1902-ci ildə Xızıdan Bakıya köçən
atası müəllimlik
edib, "Vüsuqi"
təxəllüsü ilə
şeirlər yazıb.
Körpə ikən anası
Züleyxanı, altı
yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının
himayəsində böyüyüb.
Mikayıl Müşfiqin
ilk mətbu əsəri
olan "Bu gün"
şeiri 1926-cı ildə
"Gənc işçi"
qəzetində, "Duyğu
yarpaqları" adlı
son şeiri isə
1937-ci ildə "Ədəbiyyat
qəzeti"ndə dərc
edilib.
Mikayıl Müşfiq qısa ömür yaşamasına
baxmayaraq, orijinal əsərləri ilə Azərbaycan ədəbiyyatında
dərin iz qoydu, qədim və qüdrətli Azərbaycan poeziyasında
öz yolunu yaradıb. Mikayıl Müşfiq 29 illik
kiçik ömrə
sığışmayan böyük
sənət uğurları,
qeyri-adi yaradıcılığı
ilə bu gündə insanları düşündürür, heyrətləndirir
və sevindirir.
Konsertdə şairin sözlərinə
bəstələnən nəğmələr
səsləndirilib.
Ədəbi-bədii gecədə Xalq artistləri Zaur Rzayev, Gülyaz
Məmmədova, Nazpəri
Dostəliyeva, Gülyanaq
Məmmədova, Əməkdar
artistlər Anar Şuşalı, Almaz Orucova, Lalə Məmmədova, Babək Niftəliyev, Azərbaycan Televiziya və Radiosunun solistləri Zabitə Alıyeva, Arzu Əliyeva, Sərxan Bünyadzadə,
Pərviz Qasımov, Səbinə Ərəbli,
Ayşən Mehdiyeva, Məmməd Nəcəfov,
Nadir Qafarzadə, Günay
İmamverdiyeva, Abgül
Mirzəyev, Aytən Məhərrəmova, Könül
Məmmədli və V.Mustafazadə adına
"Sevil" vokal
instrumental qrupu çıxış
ediblər.
ŞAHANƏ
525-ci qəzet.-2018.-25 dekabr.-S.7