İsrailli dramaturq "Məna axtarışında"

BEYNƏLXALQ MUĞAM MƏRKƏZİNDƏ İDO NETANYAHUNUN PYESİ ƏSASINDA TAMAŞA GÖSTƏRİLİB

Beynəlxalq Muğam Mərkəzində tanınmış İsrail yazıçı-dramaturqu İdo Netanyahunun eyniadlı pyesi əsasında səhnələşdirilmiş "Məna axtarışında" tamaşasının premyerası olub.

Tamaşaçılar yaradıcı kollektivin üzvlərini - dramaturji cəhətdən mürəkkəb olan bu pyesi səhnədə uğurla təcəssüm etdirən rejissor İlqar Safat, Xalq artistləri Lyudmila Duxovnaya Məbud Məhərrəmov, aktyorlar Azər Aydəmir Rumiyə Ağayevanı sürəkli alqışlarla qarşılayıblar.

Tamaşanın premyerasında İsraildən bu əlamətdar hadisə üçün Bakıya gəlmiş pyesin müəllifi İdo Netanyahu xanımı iştirak ediblər.

Beynəlxalq əlaqələr üzrə ekspert, İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr" təşkilatının rəhbəri Arye Qut qeyd edib ki, İsraillə Azərbaycan arasında strateji münasibətlərin tarixində ilk dəfə olaraq Beynəlxalq Muğam Mərkəzində tanınmış İsrail dramaturqunun pyesi səhnələşdirilib.

A.Qut deyib: "İsrail vətəndaşı kimi minnətdarlıq qürur hissi ilə qeyd edirəm ki, Azərbaycanın rəhbərliyi ölkədə yaşayan bütün icmaların, o cümlədən, yəhudi icmasının adət-ənənələri həyatına dünyada analoqu olmayan qayğıkeş səmimi münasibət göstərir. Odlar yurdunda əsrlərdən bəri azərbaycanlılar yəhudilər qardaş kimi yaşayır, onları ortaq tarix tale birləşdirir. Azərbaycan sivilizasiyalar, dinlər mədəniyyətlər arasında dialoqun əsl örnəyidir. Tolerantlıq multikulturalizm Azərbaycan cəmiyyətinin əsas dayaqlarından biridir.

İsraildə yaşayan həmvətənlərimiz heç bir vaxt Azərbaycanı unutmurlar. Bura bizim evimizdir. Bu pyesin tamaşası növbəti mədəniyyət körpüsü, xalqlarımız ölkələrimiz arasında əlaqələrin inkişafına yeni təkandır".

İsrailli ekspert mədəniyyət sahəsində bu tarixi layihənin həyata keçirilməsində əməyi olanların hamısına təşəkkür edib.

Tamaşanın quruluşçu rejissoru İlqar Safat "Nərimanfilm" kinostudiyasının dəstəyi ilə həyata keçirilən bu layihəni mühüm mədəniyyət hadisəsi adlandırıb. O qeyd edib: "Tamaşanın baş qəhrəmanı tanınmış psixoloq, görkəmli alim Viktor Frankldır. O, Holokost dəhşətlərini yaşayıb, dörd faşist düşərgəsinin əzablarından keçib psixologiyada loqoterapiya kimi güclü istiqamət yaradıb. Xocalı soyqırımını yaşayan Azərbaycan xalqı Holokost faciəsini çox yaxşı anlayır".

İsrailin Azərbaycandakı səfiri Dan Stav ölkələrimiz arasında münasibətlərin yüksək strateji səviyyədə olduğunu vurğulayıb. Diplomat əlavə edib: "Tarixən Azərbaycan tolerant ölkə olub, burada yəhudi xalqının nümayəndələrinə böyük hörmətlə yanaşırlar. Tanınmış İsrail dramaturqu İdo Netanyahunun bu pyesinin tamaşası mühüm tarixi hadisədir. Biz bu pyesdə mənim xalqımın keçdiyi ağır sınaqları və yaşadığı faciələri Viktor Franklın həyat prizmasından anlaya biləcəyik. Biz Azərbaycanın İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə böyük rolunuverdiyi töhfəni heç bir zaman unutmayacağıq. Həyatlarını insanların dinc gələcəyinə fəda etmiş 350 min igid oğul və qızların rəşadət və qəhrəmanlığı daim yaddaşlarda qalacaq. Azərbaycan faşizmin dəhşətli zülmündən xilas olan bir çox yəhudi üçün əsl Vətən olub".

Premyeradan sonra İdo Netanyahu gördüyü səmimi münasibətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O qeyd edib: "Mən çox gözəl quruluşa görə rejissor İlqar Səfətə, həmçinin, mənim xalqımın faciəsini ustalıqla tamaşaçılara çatdıran aktyorlara təşəkkür edirəm. Azərbaycanda olduğum bir neçə gün ərzində qədim və müasir memarlıq, özünəməxsus mədəniyyət və adət-ənənələr, tolerantlıq və xalqınızın qonaqpərvərliyinin şahidi oldum. Azərbaycan rəhbərliyinin yəhudi icmasına diqqət və qayğısını çox yüksək qiymətləndirirəm. Bu, dünyada dialoq və qarşılıqlı anlaşmanın örnəyi kimi qəbul oluna bilər. Hamınıza təşəkkür edirəm! Qoy dünyada bir daha müharibələr olmasın!"

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2018.-25 dekabr.-S.8.