Aşıq Şəmşir haqqında kitabların təqdimatı keçirildi

Dünən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Aşıq Şəmşir. Biblioqrafiya", "Dədə Şəmşir ərməğanı", "Dədə Şəmşirin sənət dünyası" "Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər" kitablarının təqdimat mərasimi olub.

Nəşrlər Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası, Azərbaycan Aşıqlar Birliyi, "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin birgə təşkilatçılığı ilə çap edilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov deyib ki, bu il Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin 125 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd edilib.

Vurğulayıb ki, qədim saz havalarının dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı, yaradıcılığı boyunca xalqın duyğu düşüncələrini, ana yurdun təbiət gözəlliklərini vəsf edib. Ustad aşıqlardan çox şey görüb-götürən Aşıq Şəmşir şifahi xalq ədəbiyyatımızın dərin bilicisi, mahir dastan ifaçısı olmaqla yanaşı, həm bədii yaradıcılığında Vətən sevgisini, torpağa, yurda məhəbbətini ön plana çəkib. Bu mənada, görkəmli el sənətkarının həyat yaradıcılığına həsr edilmiş bu nəşrlər gələcək nəsillərin mənəvi-psixoloji tərbiyəsində mühüm rol oynayacaq.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Aşıq Şəmşirin yaradıcılığı haqqında geniş məlumat verib. Bildirib ki, ustad aşıq 1893-cü ildə Kəlbəcər rayonunun Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri dostu olub. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başlayıb.

Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, bayatı, rübai, qəzəl müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə yazılı şifahi poeziyamızın ən vacib cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaradıb.

Şəmşirin qeyri-adi səsi çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilib, ustad sənətkarın orijinal ifaçılığı şairliyi müqayisəedilməzdir. Nadir istedad fitrət sahibinin lent yazıları bu günümüzədək gəlib çatıb. M.Qasımlı söyləyib ki, Dədə Şəmşirin yaradıcılığına həsr edilmiş kitabların işıq üzü görməsi əslində, onun irsinin gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Aşıq Şəmşirin həyat yaradıcılığına həsr olunmuş "Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir", "Saxla izimi, dünya", "Dədə Şəmşir yaddaşlarda" kitabları bu günədək oxucular tərəfindən rəğbətlə qarşılanıb. "Aşıq Şəmşir. Biblioqrafiya", "Dədə Şəmşir ərməğanı", "Dədə Şəmşirin sənət dünyası", "Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər" kitabları da rəğbətlə qarşılanacaq, hətta Şəmşir irsinin öyrənilməsi araşdırılması üçün elmi tədqiqat mənbəyi olacaq.

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev vurğulayıb ki, Aşıq Şəmşir irsinin öyrənilməsi və onunla bağlı respublikamızın bütün regionlarında silsilə tədbirlərin təşkil olunması təqdirəlayiq haldır: "Ulu öndər Heydər Əliyev deyirdi ki, görkəmli şəxsiyyətlərimizlə bağlı tədbirlərin keçirilməsi, həm də ona xidmət edir ki, onları dünya tanımalıdır. Bu gün tarixi şəxsiyyətlərimizin xatirəsi əziz tutulur, onların yaradıcılığına dövlət səviyyəsində ehtiram göstərilir. Əlbəttə, XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Şəmşir yaradıcılığı da bu sırada qərarlaşır".

Çıxış edən digər natiqlər Aşıq Şəmşir yaradıcılığından və yeni nəşrlərin önəmindən bəhs ediblər. Tədbir çərçivəsində qonaqlar "Aşıq Şəmşir - 125" adlı kitab sərgisi ilə tanış olublar.

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2018.-26 dekabr.-S.7.