Türkiyənin "Temrin" jurnalının yeni
sayı Sabirə həsr olunub
Türkiyədə çıxan "Temrin" jurnalının 93-cü sayı görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirə həsr edilib.
Şairin altı şeiri orijinal versiyada Azərbaycan əlifbasında
oxuculara təqdim olunub.
Xalq yazıçısı Anar
"Yüz on il sonra Molla Nəsrəddin",
Nazim Nəsrəddinov
"Mirzə Ələkbər
Sabirin müəllimliyə
gedən əzablı
yolu", Alxan Bayramoğlu "Mirzə Ələkbər Sabirin həyatı və yaradıcılığı (1862-1911)",
Dr. Ömər Kiçikmehmətoğlu
"Dahi şair Mirzə Ələkbər
Sabir", Əbdülqədir
Özkan "Mirzə
Ələkbər Sabirdən
150 il sonra", akademik İsa Həbibbəyli "Molla Nəsrəddin ədəbi
məktəbi və Molla Nəsrəddinçilik"
adlı məqalələrində
şairin şəxsiyyətini
və poeziyasını
geniş şəkildə
şərh edirlər.
Bundan başqa, dərgidə beş önəmli
müsahibə də şairin ədəbi fikri və yaradıcılığı
haqqında maraqlı faktları önə çıxarır. Bunlardan ilk müsahibə
Salman Mümtazın M.Ə.Sabirlə olan söhbətidir.
Ömər Kiçikmehmətoğlu isə Xalq rəssamı
Arif Hüseynov, M.Ə.Sabirin nəvəsi,
Sabir Fondunun rəhbəri Sevda Tahirli, professor Ziyadxan Əliyev və şair, yazıçı,
Sabir Şeuir Günlərinin təşkilatçısı
Əjdər Olla müsahibələrini
oxucuların ixtiyarına
verir.
Ruslan
Dost Əlinin təqdimatında
"Böyük şəxsiyyətlərin
Mirzə Sabir haqqındakı sözləri"
və Rəşad Sahilin təqdimatında
"Mirzə Ələkbər
Sabirin ölümündən
ön beş
gün öncə yazdığı vəsiyyət
məktubu" tarixi faktlar kimi jurnalda
öz yerini alıb.
Azərbaycan Mədəniyyət naziri Əbülfəs Qarayevin
"Temrin" dərgisinin
Türk dünyası
mədəniyyətinin inkişafında
göstərdiyi dəyərli
xidmətlərə görə
baş redaktor Şərəf Yılmaza
ünvanladığı təşəkkür
məktubu da sonda oxucularla paylaşılıb.
ŞAHANƏ
525-ci qəzet 2018.- 26 dekabr.- S.7.