Şuşa Dram Teatrının yenidənqurmadan sonra açılışı oldu
Dekabrın 24-də Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyət göstərdiyi (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon S.S.Axundov küçəsi 6) binanın əsaslı tikinti və yenidənqurmadan sonra açılış mərasimi keçirildi.
Tikinti və yenidənqurma işləri
Mədəniyyət Nazirliyi
yanında Mədəni
İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə həyata keçirilib.
Açılış mərasimində çıxış
edən mədəniyyət
naziri Əbülfəs
Qarayev ölkəmizdə
mədəniyyət sahəsinin
inkişafı istiqamətində
həyata keçirilən
işlərdən danışdı. Bildirdi ki, Prezident İlham
Əliyevin sərəncamına
uyğun olaraq “Savalan” kinoteatrı təmir olunaraq Şuşa Dövlət
Musiqili Dram Teatrına
verilib: “Şuşa teatrının açılışı
ölkə başçısının
doğum gününə
böyük bir hədiyyədir. Çünki görülən bütün işlər Prezident İlham Əliyevin təşəbbüsü,
diqqət və qayğısı ilə həyata keçirilib.
Fürsətdən istifadə edərək
doğum gününü
münasibətilə dövlət
başçımıza bütün
mədəniyyət ictimaiyyəti
adından təbriklərimi
çatdırır, cansağlığı
və uğurlar arzulayıram”.
Əbülfəs Qarayev vurğuladı ki, bu mədəniyyət
ocağı xalqımızın
yaralı yeri olan Şuşanın adı ilə bağlıdır. Binanın girişində də teatrın burada müvəqqəti olaraq yerləşdirildiyi qeyd olunub: “Bu heç də təsadüfi deyil. Biz Ali Baş Komandanın rəhbərliyi
ilə öz doğma torpaqlarımızı
azad edəndən sonra Şuşa
teatrı da əvvəlki məkanında
fəaliyyət göstərəcək.
İnanıram ki, o gün
uzaqda deyil”.
Nazir bildirdi ki, yüksək
səviyyədə həyata
keçirilən tikindi
işləri nəticəsində
80 nəfərdən çox
insanın çalışdığı
Şuşa teatrı öz qapılarını teatrsevərlərin
üzünə açır.
Teatrın yaradıcılıq potensialı böyükdür.
Bütün çətinliklərə baxmayaraq, teatr bu illər ərzində
öz fəaliyyətini
davam etdirməyə, yeni-yeni tamaşalar hazırlamağa müvəffəq
olub.
Əbülfəs Qarayev qeyd etdi
ki, Azərbaycanda bütün teatr binaları təmir olunur, yeni avadanlıqla
təchiz edilir. Gələn
il İrəvan
Dövlət Azərbaycan
Dram Teatrının yerləşdiyi
binanın da təmirinə başlanılacaq:
“Prezident İlham Əliyevin tapşırığına
əsasən, artıq
layihələndirmə işləri
görülüb. İqtisadiyyat və Maliyyə nazirlikləri lazımi sənədləri hazırlayıb.
Binada təmir işləri işləri yəqin ki, gələn ilin sonunadək yekunlaşacaq”.
Nazir sonda bir daha teatrın
kollektivini təbrik edərək, onlara gələcək işlərində
uğurlar arzuladı.
Tədbirdə çıxış edən Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov teatrın binasının təmir və yenidən qurulmasını yüksək qiymətləndirdilər. Vurğuladılar ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində həyata keçirilən bu cür layihələr xalqımızın mədəniyyətinin inkişafına öz müsbət təsirini göstərir.
Qeyd edək ki, teatrın binasının mövcud hissəsi 2 mərtəbəli, yeni inşa edilmiş hissəsi isə 4 mərtəbəlidir. Burada vestibül, inzibati otaqlar, qrim otaqları, mətbəx və digər texniki xidmət otaqları, həmçinin 110 nəfərlik tamaşaçı zalı yaradılıb. İkinci mərtəbədə professional səs, işıq operatorları və kinoproyeksiya otaqları yerləşdirilib. Səhnə yenidən qurulub və müasir mexaniki avadanlıqlar quraşdırılıb. Video-müşahidə, yanğından xəbərvermə, yanğınsöndürmə sistemləri yaradılıb və ərazidə 200 m3 tutumu olan yanğın və içməli su anbarı tikilib.
Bina yeni telekommunikasiya sistemləri
ilə təmin edilib. Binanın ətrafında 900 kvadratmetr ərazi abadlaşdırılıb, ağac
və gül kolları əkilib.
525-ci qəzet 2018.- 26 dekabr.- S.7.