Yazıçı Gülzar İbrahimovanın yubileyi qeyd edildi

 

 

Yasamal rayon Heydər Əliyev Mərkəzində rayonun Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə tanınmış uşaq yazıçısı, "Sehrli dünya" jurnalının baş redaktoru Gülzar İbrahimovanın ("Gülzar nənə") 60 illik yubileyi qeyd olunub.

MKS-in direktoru, tədbirin təşkilatçısı aparıcısı Lətifə Quliyeva yubilyarı təbrik edib, onun yaradıcılığı haqqında ətraflı məlumat verib.

Bildirib ki, ömrünün 40 ildən çoxunu uşaqların maariflənməsinə sərf edən, uşaq ədəbiyyatının dəyərli nümunələrini yaradan yazıçı Azərbaycanı qarış-qarış gəzərək, bütün bölgələrdə görüşlər keçirib.

Tədbirdə yazıçının keçirdiyi bu görüşləri əks etdirən videogörüntü maraqla qarşılanıb.

Əməkdar jurnalist Flora Xəlilzadə internet resurslarının geniş yayıldığı bir dövrdə uşaqlara rəngli, şəkillərlə süslənmiş nağıl kitabları, onların disklər şəklində təqdim edilməsini alqışlayıb, bunun körpələrə böyük töhfə olduğunu bildirib. Milli atributlarımızın, əfsanəvi nağıl qəhrəmanlarının yeni ampulada təqdimatının təqdirəlayiq hadisə olduğunu vurğulayan F.Xəlilzadə bütün körpələrin "nənə"si olmaq səadətinin hər kəsə qismət olmadığını söyləyib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) şöbə müdiri, şair Qəşəm Nəcəfzadə, Ağa Musa Nağıyev adına "Milli dəyərlərin qorunması" İctimai Birliyinin sədri Dilarə Nağıyeva, şairlər Oqtay Rza, Zərəngiz Qayalı, yazıçı-publisist, tədqiqatçı Zöhrə Əsgərova başqaları Gülzar İbrahimovanın uşaqlara təqdim olunan "Tənbəlin nağılı", "Tülkü balası", "Su pərisi", "Dünyanın ən güclüsü" onlarla digər kitablarının, son dövrdə nəşr etdirib, təqdimatlarını keçirdiyi "Dostlaşmış nağıllar", "Sehrli televizor", "Əli Güllü, bir Durna balığının nağılı" kitab disklərinin körpələrimizin maariflənməsində böyük rol oynadığını bildiriblər.

"Gülzar nənə" adını qazanmağın bir şərəf olduğunu söyləyən natiqlər, onun Abdulla Şaiq, Teymur Elçin, Xanımana Əlibəyli, İlyas Tapdıq, Zahid Xəlil, Məstan Günər digər tanınmış uşaq ədəbiyyatının görkəmli sənətkarlarından sonra ən məhsuldar yazıçı olaraq uşaqların sevimlisinə çevrildiyini diqqətə çatdırıblar.

Çıxış edənlər Gülzar İbrahimovanın həm körpə fidanların maariflənməsi üçün MKS-in nəzdində yaradılmış Mirzə Şəfi Vazeh adına şeir dərnəyinə başçılıq etdiyini vurğulayıblar. Bu yolda da onun fədakarlığını diqqətə çatdıran qələm dostları körpələrin "Gülzar nənə"sinə şərəfli çətin yolda uğur arzulayıblar.

Tədbirdə Yasamal rayonunun azyaşlı məktəbliləri, yubilyarın şeirlərini ona həsr etdikləri şeirləri səsləndiriblər.

Tədbirdə yubilyara Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, AYB-nin Yasamal rayon Heydər Əliyev Mərkəzinin fəxri diplom qiymətli hədiyyələri təqdim olunub.

Həyatda uşaqlarla işləməkdən zövq aldığını deyən Gülzar İbrahimova ona göstərilən diqqətə görə sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

525-ci qəzet.- 2018.- 27 dekabr.- S.8.