Milli Kitabxanada yeni tədbirlər
Dekabrın 27-də Azərbaycan Milli Kitabxanasında Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günüdür" adlı geniş kitab sərgisi açılıb.
Sərgidə Azərbaycançılıq, diasporalarla iş, diasporalara dövlət
qayğısı, Azərbaycan
mədəniyyətinin dünya
mədəniyyətinə inteqrasiyası,
multikulturalizm, tolerantlıq
haqqında 200-dən çox
kitablar və dövri mətbuat materialları nümayiş
olunub.
Həmin
gün daha bir tədbir isə Mədəniyyət
Nazirliyi, F.Köçərli
adına Respublika Uşaq Kitabxanası və Milli Kitabxananın birlikdə hazırladığı
"Mikayıl Rzaquluzadə.
Biblioqrafiya" kitabının və eyniadlı elektron məlumat bazasının təqdimatına
həsr edilib.
Milli Kitabxananın
direktoru Kərim Tahirov görkəmli tərcüməçi, nasir,
şair Mikayıl Rzaquluzadənin ədəbi
yaradıcılığı, tərcümə fəaliyyəti
haqqında geniş söz açıb. F.Köçərli
adına Respublika Uşaq Kitabxanasının direktoru
Şəhla Qəmbərova
çıxışında "Uşaq ədəbiyyatı
xəzinəsindən" seriyasından
tərtib olunmuş
"Mikayıl Rzaquluzadə.
Biblioqrafiya" adlı kitabın
Azərbaycan uşaq ədəbiyyatına böyük
töhfələr vermiş
görkəmli yazıçının
anadan olmasının
115 illiyinə həsr
edildiyini bildirdi.
Direktor biblioqrafiyada nasirin ədəbi-ictimai fəaliyyətinin
1923-2018-ci illəri əhatə
edən kitablarda, dərsliklərdə, dövri
mətbuatda nəşr
olunmuş əsərlərinin,
tərcümələrinin əks olunduğunu qeyd edib.
ADPU-nun professoru Zahid Xəlil çıxışında
biblioqrafiyanın böyük
yazıçı, tərcüməçi,
maarifçi, ziyalı
Mikayıl Rzaquluzadənin
həyatını, yaradıcılığını,
pedaqoji fəaliyyətini
mükəmməl əks
etdirən bir tədqiqat işi olduğunu bildirib.
Professor Rafiq Yusifoğlu
Mikayıl Rzaquluzadənin
orta məktəblərdə
tədris olunan ədəbiyyat dərsliklərinin
hazırlanmasında yaxından
iştirak etdiyini, onun müəllifliyi ilə tərtib olunan dərsliklərin pedaqoqlar tərəfindən
yüksək qiymətləndirildiyini
söyləyib.
Uşaq ədəbiyyatı tədqiqatçısı
Füzuli Əsgərli
Mikayıl Rzaquluzadəni
Azərbaycan uşaq ədəbiyyatının korifeyi
adlandırdı və
yazıçının tərcümə
fəaliyyətindən danışıb.
Yazıçılar Birliyinin Uşaq şöbəsinin müdiri
Qəşəm Nəcəfzadə
ədibin uşaqlar üçün yazdığı
dəyərli əsərlər
haqqında, onların
orta məktəb dərsliklərində tədrisi
ilə bağlı geniş məlumat verib.
Daha sonra Salman Mümtaz
adına Azərbaycan Respublikasının Dövlət
ədəbiyyat və
İncəsənət Arxivinin
direktoru Könül Nəsibova, uşaq yazarı Solmaz Amanova, kitabın tərtibçisi, Əməkdar
mədəniyyət işçisi
Nazilə Tahirova çıxış edərək
göstəricinin ədəbiyyatşünas
alimlər, tədqiqatçılar
üçün dəyərli
mənbə olacağını
söyləyiblər.
Ədibin
ailəsi adından nəvəsi Aytən Rzaquliyeva
yazıçının yaradıcılığına verilən
dəyərə, bu yeni nəşrə görə hər kəsə
minnətdarlığını bildirib.
Daha sonra "Mikayıl Rzaquluzadə" adlı zəngin elektron məlumat bazası təqdim edilib.
Sonda tədbir
iştirakçıları Milli
Kitabxananın fondunda mühafizə edilən,
Mikayıl Rzaquluzadənin ədəbi-bədii
yaradıcılığını əks etdirən geniş kitab sərgisi ilə
tanış olublar.
525-ci qəzet 2018.- 28 dekabr.- S.8.