Azərbaycan
Respublikasının Prezidenti 2018-ci ili Azərbaycan Xalq
Cümhuriyyəti İli elan etmişdir
Şirməmməd
Hüseynov
Müsəlman Şərqində
ilk demokratik respublikanın elan edilməsinin 100 ilinin 23 ayı
müstəqillik, 71 ili istila-fasilə dövrüdür. Vətəni tərk edib mühacirət
həyatı yaşayan mücahidlər müstəqilliyin
yenidən qələbəsi uğrunda mübarizələrini
qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə
dövrünün canlı salnaməsidir. Nəzərdən
keçirək.
(Əvvəli ötən şənbə
sayımızda)
TÜRK HARSI VƏ
MİLLİYYƏTÇİLİGİ ƏLEYHİNDƏ
BİR NÜMAYİŞ AZƏRBAYCAN KOMUNİST
FİRQƏSİNİN XVI BAKI KONQRESİ
Son posta ilə alınan Bakı qəzetələri Azərbaycan
Komunist Firqəsinin Türk hars (qoruyucusu) və mədəniyyətçiliginə
qarşı yeni bir təbiyə (hazırlıq) ilə təərrüzə
keçdigini göstərməkdədir. Altı sənədən
bəri, durmadan davam edən bu təərrüzün bundan bir
qaç zaman əvvəl yeni bir həmlə və şiddətlə
tazələndigi haqqında məlumatımız vardı.
Son günlərdə aldığımız məlumat
yenidən minlərcə vətəndaşın, bilxassə gənc
və milliyyətpərvər Azərilərin ümumi surətdə
tövqif (həbs) edildikləri mərkəzində idi. Şimdi Bakıda müntəşir türkcə
“Komunist” qəzetəsindən məhfuz (hifz edilmiş) vəsiqələrlə
bu təərrüzün nə kibi manevralarla pərdələndirilmək
istəndigini və zavallı türk gəncliginin hansı məfkurə
və ideallar naminə təzib (əzab verilməsi)
olunduğunu təsvir edə bilmək imkanındayız.
Bu dəfə iniqad (təşkil) edilən Bakı Sovet
Konqresi gündən-günə qüvvətlənən
Türk milliyyətpərvərliginə qarşı
nümayiş yapmaqda yalnız daxildəki müxalifət
qüvvətlərini təhdidlə qalmamış, eyni
zamanda, xaricdə yüksələn protesto sədalarını
susdurmaq üçün də müəssir (iş görən)
olmaq istəmişdir. Təsirin qüvvətli və tam olması
üçün nümayişə fövqəladə mütəntən
(təntənəli) bir şəkil verilmiş, məsələ
haqqında daxiliyyə komisarı Bağırov, Azərbaycan və
Sovetlər icra heyəti rəisi Ağamalıoğlu, firqə
katibi Ruhulla Axundov ilə komisarlardan Əliheydər Qarayev,
Bakı Komitəsi katibi Mirzoyan ilə Qasımov məruzatda
bulunmuş və məsələyi “ətrafı ilə təhlil”
eyləmişlərdir.
Türk
Ziyalıları Haqqında
Məsələyə Mirzoyan ilə Qasımovun “Türk
ziyalıları” haqqındakı raporu ilə
başlanmışdır.
Eyni
“Komunist” qəzetələrindən müqtəbəs
(götürülmüş) fikirlərə istinadən, dəfələrlə
vüqu bulan nəşriyyatımıza görə, bu qisim
komunistlərin də daxil olduğu halda, Azərbaycan Türkləri
arasında idarələrin, bilxassə Bakıdakı müəssisələrin
milliləşdirilməsinin ədəmi-məmnuniyyəti mucib
olduğu və bu xüsusda Komunist Firqəsinə
qarşı şiddətli müxalifət təşkil
edildigi məlumdur.
İşbu
müxalifəti qeyd edən Mirzoyan ilə Qasımov
raporlarının “Türk Ziyalılar” haqqında
ünvanını daşıyan qismində (“Komunist”, 29 yanvar,
¹ 30) bir çoxlarının “Türklərin işə cəlb
edilmədigi və milli məsələ haqqında yalnız
boş sözlə iktifa edildigi” deyə söylədiklərini
nəql etdikdən sonra, bu ittihamın haqlı
olmadığını bəyan ilə “Sovet idarəsinə
dost olmayan ziyalıların belə işə cəlb edildiklərini”
dava ediyorlar. Bu kibi şayiələr həqiqətin
inikası degil, “düşmənlərin meydana
atdığı” bir iftira imiş. Bu
düşmənlər “ziyalılarla Sovet hökumətini
vuruşdurmaq istiyorlar”mış. Yalnız
düşmənlər degil müftəkilər
(iftiraçılar) miyanında “ufaq burjuazi mühitindən
çıxma firqəçi yoldaşlar” da varmış.
Böylələrinə firqə
sıralarında “çox vaxt təsadüf olunuyor”muş.
Bunlar “bəzən” firqə əleyhində
“çıxışlarda dəxi bulunuyorlar”; onların ən
böyük vəzifəsi də “firqə əleyhində
intriqa çevirmək və və arxasında söylənmək”
imiş.
İştə
bu “firqə əleyhində söylənən və
arxasında intriqalar çevirən komunistlər”ə bir misal
olmaq üzrə rapor bizə Rızazadı namında bir
“yoldaş”dan və bunun “Zarya Vostok” nam rusca “Komunist” qəzetəsinə
göndərdigi məktubdan bəhs ediyor.
Müxalif türk komunistinin bir tipini təşkil edən
Rızazadə əvvəlcə firqə özəklərindən
birinin katibi imiş. Bədə (sonra) katiblikdən
çıxarılaraq Tiflisə getmiş, oradan da Moskvaya
göndərilmişdir. Rızazadə Tiflisdə
müntəşir “Zarya Vostok” qəzetəsinə
“Müsavatçı dili ilə” yazdığı məktubda
diyormuş ki:
“Bizim (yəni bolşeviklərin) işimiz Azərbaycanın
əsas əhalisi, yəni Türk xalqı ilədir. Türk
xalqı Şərqin ən məzlum və geridə
qalmış millətidir (!) Bu xalqda
proletar duyğusu degil, ufaq burjua duyğusu belə kafi dərəcədə
oyanmamışdır. Bu xalq nədən
isə, təsadüfi olaraq, Oktyabr inqilabından sonra,
azadlıq almış və guya müstəqil olaraq idarə
edilməgə başlamışdır. Bu
xalq inqilaba (yəni bolşevik inqilabına) təsadüfi
olaraq iltihaq (meyl) etdi. O yolunu şaşırmış
qoyun kibi sürüyə qarışdı və yola
düşdü”.
Bu müqəddimədən sonra Rızazadə,
anlaşılan, Bakı Komitəsinin “milliləşdirmə”
xüsusundakı ehmallarından bəhs eyləmiş (ki,
burasını “Komunist” qəzetəsi ancaq bir ima (işarə
ilə keçiyor) və atidəki (aşağıdakı)
mütaleləri (müddəaları) dərmiyan eyləmişdir:
“... Bunların
həpsini gördükdə, istər-istəməz, kəndinə
böylə bir sual verirsək: Doğrudandamı Bakı Komitəsi
Azərbaycanı türkləşdirmək istiyor? Nə qədər müəssif (təəssüflü)
olsa da etiraf etməlidir ki, bu suala verilən müsbət
cavabların həpsi məsəldir. Zira bu
məsələ ilə kimsə maraqlanmıyor, kimsə Azərbaycanı
türkləşdirmək üçün
çalışmıyor. Türk komunistləri
kadrosu yaradılmıyor. Bakı Komitəsi
meydandakı bilnisbə dəyərli komunistlərindən belə
istifadə etmiyor. Onlardan yalnız müxtəlif
qruplaşma zamanlarında istifadə olunuyor. Azərbaycandakı rəhbər işçilər
yalnız intriqa, qruplaşma və bir-birilə mübarizə
və post qavğası yapmaqla məşğuldurlar. Ölkənin sənayeləşməsinə və
mədəniləşməsinə əhəmiyyət
verilmiyor”.
Rapor
sahibləri, bittəbii, nifrət və hiddətlə
qarşıladıqları bu məktub sahibinin firqə içərisində
münfərid (iftiraçı) bir şəxs
olmadığına qanedirlər. Və bu bir “tip”dir. “Bu tiplərlə
qətiyyətlə və şiddətlə mübarizə
etməlidir” diyorlar.
Müsavatçıların
fəaliyyəti
Bolşeviklər kəndi firqəvi müəssisələrinə
qədər soxulan müxalifətin həqiqi amalını həyatın
təbii müqtəziyatından (qayda-qanunundan) görəcəklərinə
bütün qəbahəti siyasi müxaliflərinə təhmil
edərlər.
Bu, kəndilərinə məxsus bir
taktikadır. Bu dəfə də eyni
üsula müraciət ediyorlar. Məgərsə,
Rızazadələri belə Müsavat propağandası ihzar
və iğfal ediyormuş. Daxiliyyə komisarı və
Azərbaycan “Çeka”sı rəisi Bağırov, bu məsələyi,
baxınız, nasıl anlatıyor: (“Komunist”, ¹ 302)
“Nisan
inqilabından sonra, dışarı atılmış
müsavatçılar Azərbaycanın sovetizə edilməsindən
3 gün keçməmiş kəndi tərəfdarlarını,
dağılmış qüvvələrini, gizli özəklərini
toplamaq və mümkün olursa, Şura hökuməti əleyhinə
işlətmək istiyorlar. Onlar o vaxtı ki
Menşevik Gürcüstanı ilə münasibət yaratmaq
istiyor və hətta hayasızlığı o dərəcəyə
yetiriyorlar ki bizim əskəri qüvvələrimizə dəxi,
gizli olaraq soxulmaq fikrinə düşüyorlar və bu qitələrdə
özəklərini təsis etmək fikri ilə
çalışıyorlar”.
Mütəəddid
(hədsiz) ixtarlara rəğmən,
müsavatçıların və onların nüfuzu
altında bulunan bir qisim münəvvərlərin sovet əleyhindəki
fəaliyyətlərindən geri qalmadıqlarını zikr
etdikdən sonra, Bağırov sözünə davamla, diyor ki:
“Onlar, yalnız “Yeni Qafqasiya” ilə iqtifa etməyərək
fəaliyyətlərini gənclər içərisinə və
müəssisələrimizə dəxi təşmil etmək
istiyorlar. Gəncləri konferanslar vasitəsilə tərbiyə
etməgə çalışıyorlar. Bu
məqsədlə onlar, gənclərin tərbiyəsi
üçün münasib təlimat nəşr ediyorlar.
Bəzi müəllimlər və bəzi
münəvvərlər, əllərində Müsavat ruhunda
tənzim edilmiş təlimatnamələr olduğu halda
işlərini genişlətiyorlar”.
Bağırovun
təsnifinə görə “bu təlimat” 2 türlü
imiş: məktəblilərin tərbiyəsi ilə ümumgənclərin
tərbiyəsi. Bağırovun Konqredə iqtibasən
oxuduğu təlimatnamə atidəki məqsədləri təqib
ediyormuş:
“1 - İstiqlal məfkurəsinin möhkəmləşməsi;
2 - Türklərin birləşməsi fikri; 3 - Rus
istilasına qarşı nifrət hissi bəsləmək; 4 -
Ümumi siyasi hazırlıq”.
Eyni zamanda təlimatda türk çocuklarında “islamiyyət
ruhu oyatmaq, ruslara qarşı kin və nifrət bəsləmək
üçün hər vəsiləyi istifadə etmək” də
tövsiyə olunuyormuş.
Bağırova görə bu təlimata sadiq qalan müəllimlər
“coğrafiya dərsində İslamçılıq və
Türkçülük ruhundan, tarix dərsində Türklərin
keçmiş zəfərlərindən” bəhs
ediyorlarmış.
İş bununla da qalmıyormuş. Müsavatçılar,
natiqin söyləməsinə görə, istifadə etmədik
bir fürsəti qaçırmıyorlarmış. Onlar Türkoloji konqresini də istifadə eyləmişlərdir.
Və bu qurultayda yeni əlifba əleyhinə
şiddətlə mübarizə aparılmasına qərar
vermişlərdir.
Bolşeviklər
sadə lisana tərəfdar iki müsavatçının buna
müxalifət etdikləri kibi səfsətələrdən
sonra, Bağırov nitqinə şu surətdə davam ediyor:
“Onlar bizim şu və ya bu səbəbdən dolayı zəif
olan müəssisələrimizə soxulmaq istiyorlar. Kəndi
üzvlərinə “mümkün olduğu qədər mətbuat
və məktəblərə soxulunuz! - deyə
direktiv veriyorlar. Mərkəzi komitələrinə
mənsub 4 zatı yaxalaya bildik. Şimdiki
halda məhbus bulunan bunlardan birisi firqəvi (yəni Komunist
firqəsi), digəri iqtisadi müəssisədə,
3-cüsü əmələ sindikasında, 4-cüsü də
Sovet mətbuatında çalışıyordu. Mətbuatımızda onların adamları var idi.
Mümkün olduğu qədər onlar Maarif
Komisarlığından istifadə ediyorlar. Yalnız
müəllimləri degil, maarif müfəttişlərini də
qullanıyorlar. Məhbuslar miyanında
böylələri vardır. Kəndilərinə
sorulduğu zaman komisarlıq hesabına
çalışmanın daha əlverişli olduğunu
söyliyorlar. Məlum a, təsərrüf
(qənaət) ediyorlar. Həm kəndi
paralarını sərf etmiyor, həm də hökumət
hesabına məmləkət-məmləkət dolaşaraq təşkilatlarını
təsis və fəaliyyətlərini təzyid ediyorlar.
“Bununla da qalmıyorlar. Min bir türlü hiylələrlə
kəndi üzvlərini Komunist firqəsi sıralarına
soxuyorlar. Şu surətlə firqə
daxilində təşəddüd (bərkimə) və iftiraq
(dağılma) cərəyanlarını təhrik ediyorlar.
Müxtəlif firqə əzasının bağırıb
çığırması firqə əleyhinə müxalifət
bayrağı açması, gümanımca bu fəaliyyətin
təsiri ilə hasil oluyor. Rızazadəni
dəxi bu sıraya idxal etməlidir”.
Bədə (sonra) Bağırov Rızazadənin kəndi
idarəsində bulunan “Çeka”da hizmət etdigi
haqqındakı ifşaatı tərdif (təqif) ediyor. Böylə
bir adamı tanımadığını iləri
sürüyor. Məəmafih (təəssüf)
bu kibi müxalif komunistlərin vücudunu o da inkar etmiyor və
böylələrinin ufaq burjuazi mühitindən
çıxan komunistlər arasında yetişdiginə nəzərən,
ufaq burjua ailəsindən yetişən komunistləri kəndilərini
təhqiq və tədqiqə dəvət ediyor. “Ufaq burjua təsirindən qurtulmağa
çalışmalıyız” diyor.
Bağırova görə Komunist firqəsi “dəmir
hasarla çevrilmişdir”. Fəqət hasar dəmirdən
olmasa belə “ixtisaslı hırsız bu hasardan
aşmasını da bilir!” İştə
bu “mütəxəssislərə” fürsət verməmək
üçün Bağırov “milli siyasətimizi tənqid
etməyiniz” diyor.
Məktəblər
və dərs kitabları
Məhud (aşna) Əliheydər Qarayev Milliyyət və
Türkçülük “təhlükə”sinin məktəblər
və dərs kitablarındakı cəbhəsini tənvir eyləmişdir
(işıqlandırmışdır) (“Komunist”, ¹ 3). Bu tənvirə görə
Sovet Maarif Komisarlığı tərəfindən nəşr
olunan “Qiraət kitabı”nda Abdulla Şaiq, Hüseyn Cavid kibi
şairlərin “Komunist dini”nin naslarına
(insanlarına) müğayir “küfürlər” (kafirlik)
varmış. Məsələn Abdulla Şaiq:
“Dinsizlik ilə kəsb edilən bir
mədəniyyət,
İnsanlığın ən türlü bəliyası
(şeytanı) degilmi?”
diyormuş. Hüseyn Cavidin də “Qoca bir Türkün vəsiyyətləri”
nam parçası bu kitaba daxilmiş Bu parçada şair
“Haq yoldan şaşmayınız! Allah haqdır
və ədaləti sevər, rikar olmayın!” kibi şeylər
yazaraq “Vicdan bizim üçün əbədidir. Türk bu ruhla doğmuş və bununla
yaşıyor” diyormuş.
Qarayevə görə bu kitabda proletar ruhuna uyğun tək
bir şeir yoxdur. “Hüseyn Cavid proletar şairi degil, burjua
şairi, burjua əyanı və kapital nökəridir!”
Halbuki böylə bir “kafiri” mədh ediyor.
Onu tələbəyə “əziz şairimiz”
deyə təqdim ediyormuş.
Sonra Türkiyədən cəlb olunan müəllimlərdən
İsmail Hikmət bəyin “Türk ədəbiyyatı tarixi”
namilə yazdığı əsər şiddətlə tənqid
olunuyor. Bu “Türk tarixi” degil “Türkiyə tarixidir”
deniliyor. Məhməd Emin kibi “Sultan və saray şairi”nin məruf mənzuməsi bu əsərdə
yer bulmuşdur. Caizm Bolşevik Maarif
Komisarlığının nəşr etdigi bir kitabda Azərbaycan
çocuğuna:
“Bən
bir Türkəm dinim, cinsim uludur,
Sinəm, özüm atəş ilə doludur.
İnsan
olan Vətəninin quludur
Türk
övladı evdə durmaz gedərim”
kibi koyu
milliyyətçi fikirlər təlqin edilsin?!
Məktəb
kitablarına yalnız “Türkiyə saray şairləri”nin milli “mənsubla məşbu”
parçaları degil, Sabirin belə “bolşevikcə”
şeirləri degil “tartan partan”ları qoyulmuşdur. “Tartan-partan” deyə yad olunan bu parçalardan
nümunə göstərilmədigi üçün “tənqid”in
bu xüsusata nə dedigi anlaşılmıyor. Hər halda Sabirin milli parçalarından olacaq ki
“internasyonal” Qarayevin xoşuna getməmişdir.
Türkiyədən cəlb olunan müəllimlərdən
bir digəri Xəlil Fikrət bəyin əsəri də
bilxassə təhəyyazə (müvəffəqiyyətsizliyə)
uğramışdır. İslam və Türklərdə Tərbiyə
ünvanını daşıyan bu kitabın hər şeydən
əvvəl Azərbaycan maarif tarixinə aid qeyd olunan bir firqəsi
(fikri) Qarayevin hiddətinə mucib (səbəb) olmuşdur.
Xəlil Fikrət bolşevik düşünüşü
xaricində “ağa-ağ, qaraya-qara” demək cəsarətində
bulunmuş, kitabının bir yerində demişdir ki: “18-ci
ildə Çar hökuməti devrildikdən sonra müstəqil
Azərbaycan Cümhuriyyəti təşkil edildi. Bu dövr “Müsavat” dövrü adlanır.
Milli Müsavat hökuməti ancaq iki il
sürdü. Bu 2 ildə aşağı məktəblərin
sayı artırıldı. Lakin bu
dövrdə milli hökumətin bütün fikri
aşağı məktəblərə verilmiş
olduğundan, başqa məktəblərə lazımınca əhəmiyyət
verilməmişdi”.
Qarayev “Bu doğrudurmu? Yox bu böhtandır, iftiradır”, -
deyə təvanəsindən (özündən)
çıxıyor. Halbuki müəllif tarixi həqiqəti
olduğu kibi təsbid eyləməkdən başqa bir şey
yapmamışdır.
Qarayev kitabların dilindən də şikayətlidir. Bu kitablar Azərbaycan
dilini alt-üst ediyorlarmış. “Şimdi,
şöylə, iştə, bən, gəliyorum” kibi
yabançı kəlmələrlə dilimizi
osmanlılaşdırırlarmış. O, “Doğma ana
dilimizi aparmaq istəməyən” müəllim, tərcüməçi,
məmur bizim dostumuz ola bilməz” diyor.
Ona görə mədəni sahədə Azərbaycan
üçün Cənubdan bəklənəcək bir şey
yoxdur, İrandan bizə nə gələ bilər? “Tiryək, dərviş.
Rıza Xan, luleyin (aftafanın bir növü) və
kişmişdən başqa heç bir şey” - deyə cavab
veriyor. Türkiyəyə gəlincə, o da
“heçdir”. Çünki Türkiyə özü hələlik
o yan bu yana vurnuxub bizdən (!) və Qərbdən
bir şeylər öyrənir. Türkiyə də
geri qalmışdır”.
O halda!.. Məsələ vazehdir
(aydındır). “Bircə yolumuz qalır: Rusiya!
“Hazırda bizim kibi Sosyalizm quruluşu ilə məşğul
olanlardan, Şuralar İttifaqından öyrənəcək,
ona istinad edəcəyiz!”.
Bunun üçün də Anadolu Türkcəsinə
yabançı nəzərilə baxan Qarayev, ruscaya iltifat
göstəriyor və bu iltifatı pək mütəcəllidəanə
(parlaq) bir şəkil ilə ifadə ediyor. “Heç qorxmadan təkrar
etməliyiz ki 2 dərəcəli məktəblərdən
çıxan bir adam rus dilini bilmədən
yarım bilikli bir adamdı”.
Rus dilini bilmədən o, öz biliyini təkmil edib
öz ağlına lazımi qidayı verə bilməz. Buna görə
də mən məktəblərimizdə rus dilinin qüvvətləndirilməsini
lazım bilirəm” - deyir.
Bolşevikcə
Provakasyon
Hər dəfə olduğu kibi bu dəfə də bu
provakasyonun Azərbaycandakı müməssili Ruhulla Axundov
olmuşdur.
“Münəvvər hörlük”ü ilə “Müsavat düşmənliyini”
təkrar nümayiş etdirmək fürsətini əldə
edən bu “pəhlivan” bu dəfə, bir az da şəxsinə
aid bir fəqərədən ayrıca hərarət alaraq, tam
bir gürültü ilə təərrüzə (hücuma)
keçmiş “Bolşeviklərin müdarəsindən (bizə
dost olmasından) cəsarət alan Azərbaycan münəvvərləri
(ziyalıları) ilə “Müsavatçılara qarşı
qəti və biəman bir hücum” tövsiyəsində
bulunmuşdur.
Bu qədər hiddət və şiddətini haqlı
göstərmək üçün Axundov daxildə və
xaricdəki müsavatçıların, Sovet hökuməti əleyhində
bir taqım yeni təşəbbüslərdə bulunduğundan
bəhs eyləmişdir. Axundovca bolşeviklər “Son sənələr
əsnasında Müsavat Firqəsi əleyhinə
lazımı qətiyyətlə mübarizə etməmişlərdir.
Onlar bu firqənin (yəni Müsavatın)
halı-hazırda Sovet hökuməti üçün nə
kibi bir təhlükə təşkil etməyə
başladığını kafi dərəcədə təqdir
etməmişlərdir. Axundova görə
“Bu qorxu keçən illərdə yoxduysa da, şimdi
vardır və Müsavat Firqəsinə qarşı ən qəti
bir hücuma keçməlidir”.
Bu qədər
təlaş və hirsə (qəzəbə) lüzum
olmadığını isbat edən arqadaşlarına
qarşı, Ruhullah deyir ki: “Xeyr, vəziyyət təsəvvür
olunduğu qədər bəsid və təhlükəsiz
deyildir”. Ona görə, son zamanlarda Müsavat
Firqəsi “xaricdə və məmləkət içərisində
müəyyən bir hərəkata başlamışdır!
Həm də Müsavat Firqəsi guya ermənilərdən
daşnaqlardan maəda (başqa) bütün əksinqilab və
ağ qvardiyaçı qüvvələri cəlb edərək
işliyormuş”. Gürcüstanda
çalışan yoldaşlar kəndisinə “xaricdəki
gürcü mühacirlərinin arasında da böylə bir hərəkat
görüldüyündən” bəhs eylə-mişlərmiş.
“Görüşüyorlar, anlaşıyorlar,
birləşiyorlar, konferans yapıyorlar!”
Axundovun məqsədi - məxsusla uydurduğu “təhlükə
əlamətləri” bununla qalmıyor. O provakasyonunda daha iləri
gediyor, guya müsavatçılar, Türkiyədə,
İranda daima Sovetlər əleyhinə intriqa çeviriyorlar.
Sovetlər ilə müsəlman məmləkətlərinin
arasını vurmaq istiyorlarmış. Bu məqsədlə
“Zinovyevin” məktubları kibi məktublar
tasarlıyorlarmış”. Fəqət
hankı məktub? O, bundan diplomatca bəhs etmiyor.
Arnaud Əhməd Bedinin Rusiya siyasətinə alət
olduğundan bəhs etmək irtişaya alışqan
Türkiyə zehniyyətinin ən iyi anlayacağı qurnaz
bir ittiham imiş (“Komunist”, dekabr, ¹ 30). Bununla Axundov
yalnız müsavatçıları degil, Türkiyəni də
təhqir ediyor. Türkiyənin sifəti-kaşifəsi
(sirləri kəşf edəni), irtişa (rüşvətxorluq)
alışqanlığı degil, hürriyyət və
istiqlal mücadiləsidir. Ona xitab edə
bilmək üçün bizə Türk millətinin kəndi
milliyyət və istiqlalına mərbutiyyətindən bəhs
etmək kafidir. Sovet qəzetələrindəki
“israf və irticapla (rüşvətxorluqla) mübarizə”
sütunlarına baxsa idi Axundov Türkiyə haqqındakı
bu müqasiəyi ağzına almaqdan bəlkə də
utanardı.
İttixaz (qəbul) etdigi provakasyon üsulunu, Axundov pəhlivan
çox məharətlə qullanıyor. Çiçerin,
Rıza Xan əleyhində nəşriyyatda bulunan “Molla Nəsrəddin”
məcmuəsini ədəbə dəvət etdigi halda “Yeni
Qafqasiya”nın İstanbuldakı nəşriyyatına əhəmiyyət
vermiyor” deməklə məsələyə beynəlmiləl
və diplomatik bir şəkil vermək istiyor. Biz Türkiyə əleyhində nəşriyyatda
bulunmadığımız halda, yoldaş Çiçerin nədən
“inqilabçı Türkiyə hökumətindən
müsavatçıların susdurulmasını istiyor” - deyə
Sovet xariciyəsinə material veriyor.
(“Türkiyə əleyhində nəşriyyatda bulunmayan
Sovet mətbuatının” milli Türkiyə haqqında
müxtəlif zamanlarda nə surətlə hərəkət
etdigi qismi məxsusumuzda mündəricdir).
Axundov yalnız müsavatçılara qarşı
degil, “müsavatçı quyruqçuları” ismini
taxdığı Türk müxalif komunistlərə
qarşı da eyni provakasyon üsulunu tətbiq ediyor. Salifüzzikr
(yuxarıda xatırladılmış) Rızazadənin “Yeni
Qafqasiya”dan mülhəm (ilhama gəlmiş) olduğunu zikr
ediyor. Rızazadə Azərbaycandakı Sovet
inqilabının süni olduğunu dava eyləmiş, bu dava
isə Müsavat davasıdır, “Yeni Qafqasiya”nın
davasıdır. Bu sistemi Axundov, ustadları
Moskva komunistlərindən öyrənmişdir. Onlar da qarşılarına çıxan daxili firqə
müxaliflərini daima menşeviklikdə ittiham və
Trotskinin sözlərilə Danın sözləri arasında
müştəbehlər bulur, bununla əleyhdarlarını “ləkədar”
edərlər.
“Yeni
Qafqasiya”ya qarşı hiddət
Bir sənə əvvəl arizi (təsadüfi) bir səbəbdən
dolayı düçar olduğumuz müvəqqəti tətilimizi
Bakı bolşevikləri bayram etmiş və məcmuəmizin
qapadıldığı ilə müdirimizin İstiklal Məhkəməsinə
verildigini elan etmişlərdi. Bu qədər mütəntən
mərasimdən sonra, bittəbii “Yeni Qafqasiya” ilə
münaqişəyə girmək doğru bir hərəkət
olmazdı. Kəndilərinə “Hanı ya
yalançılar “Yeni Qafqasiya” qapandı demişdiniz deyə
bilərdilər. Bunun üçün də
sükut ediyorlardı. Axundov isə bu
sükutu başqa cürə izah ediyor. “Bəzi
bolşeviklər diyormuşlar ki, kəndilərinə cavab
yazdıqca “Yeni Qafqasiya”çılar atdığınız
daş hədəfə dəyir deyə
qürurlanıyormuşlar. “Öylə isə biz də cavab
vermiyəlim” deyə düşünmüş, bu dəfə
də sükut təbiiy-yəsini təcrübə etmişlərmiş.
Fəqət bu təbiiyyəyi sonuna
götürəcək qədər mətanətləri olmamış,
nəhayət duramamışlar, təkrar partlamışlar
ki, bu gurultulu ictima o partlayışın bir
tırıqqasıdır.
“Yeni Qafqasiya” nədən bu qədər bolşevikləri
qızdırıyor? Onlar bu qədər qəzetələri, məcmuələri,
hökumət və firqə müəssisələrilə hər
türlü vəsaitə malik ikən ayda bir-iki dəfə intişar edən kiçik “bir mühacir məcmuəsinin”
fikri tənqidlərindən nədən bu qədər mütəəssir
oluyorlar? Fikir mücadiləsinə bu qədərmi təhəmmülləri
yox!..
Fəqət
görülüyor ki onlar “Yeni Qafqasiya”nın Sovet sistem və
fikirlərinə və Bakı komunistlərinin milli hars
sistemindəki müzurr hərəkətlərinə
qarşı açtığı mücadilədən ziyadə
Azərbaycan Sovet “ricalının (kişilərinin) möhtərəm
şəxslərinə” təəllüq edən ufaq təfəq
(dini) fikirlərindən mütəəssir oluyorlar.
Azərbaycan
Sovetlər İcra Heyəti rəisi Ağamalıoğlu, məsəla
kəndisinin əcnəbi məmləkətlərə getməsinə
Moskva tərəfindən müsaidə edilməməsi
haqqındakı fikrimizə konqre kürsüsündən ələnən
cavab vermək lüzumunu hiss eyləmiş, məsələyi
uzun-uzadıya anlatmışdır. Bu izahatdan anlıyoruz ki
Ağamalıoğlu həqiqətən də Avropaya getmək
üzrə Moskvaya qədər gəlmiş, fəqət sonra
latın əlifbasını propağanda
üçün Avropa səfərindən vaz keçərək
Krıma əzim olmuşdur. Kəndi dediyi kibi
“Dumansız atəş olmaz!” Məlum a bir kərə
Krıma gedildikdən sonra artıq Avropaya getməyə nə
lüzum?!.
Nədənsə Azərbaycan komunistlərinin Avropa səyahətindən
bəhs etmək heç də xoşlarına gəlmiyor. Məsəla Axundovun Berlinə
göndərildigindən bəhs fikrimiz də adamın hiddətinə
mucib olmuş, fəqət o, Səmədağadan daha diplomat
çıxaraq, səyahətinin səbəbi təliqini (təxirini)
izah etməkdən isə, “Yeni Qafqasiya” müxbirini “ironizə”
etməyi tərcih eyləmişdir. Şübhəsiz
bu daha faydalı və qolaydır.
Türk
Harsı Yalnız Türklərin Degilmiş!..
Bakı
nümayişinin bütün müvafiq nitqlərdə
(müxaliflərdən Eminbəyli namində birisinin isminə
işarı olunuyorsa da söylədikləri zikr olunmuyor) az çox təmas edilən ən səciyyəvi
(xaraqteristlik) nöqtəsi Axundov nitqinin xitamında (sonunda)
bilxassə təsrih edilmişdir (ona söyləmişdir). Bu xatiməyə (sonluğa) görə “mədəni
işlər, məfkurə məsələsi, maarif məsələsi,
geniş Türk kütlələrinin və Türk
proletarlarının içərisində milli mədəniyyət
yaratmaq yalnız türklərin vəzifəsi degildir” (o halda
türklərə xas vəzifə əcəba
hankısıdır?)
Biz, latın əlifbası rusların təsiri ilə
tətbiq olunuyor dediyimiz zaman “Bakı ricalı (kişiləri)”
bizə darılıyorlar. Halbuki Axundov kəndisi diyor ki: “Yeni əlifba
işi yalnız türklərin degil, hamının müqəddəs
borcudur. Türklərin milli mədəniyyəti
(yəni harsı) internasyonal bir işdir. Rus
işçisi, erməni, gürcü, yəhudi və sairənin
işidir”. Kimsəyə sən türk
deyilsən deyə bu iştən çəkil demək
olmazmış.
Mirzoyan yoldaşdan ibrət almalı imiş. O türkcə qəzetə
oxuyurmuş. Ona sən türkcə qəzetə
oxuma deniyilməzmiş. O türklərin milli hars işlərinə
də qarışa bilirmiş.
Axundovun
bu nəzəriyyəsilə Qarayevin İran “lüleyini” ilə
Anadolu “iştə”sindən fayda olmayıb da nicatın ancaq
ruscada olduğunda israr edişini
qarşılaşdırarsanız, Türk harsı ilə
milliyyətçiliyin Azərbaycanda nə kibi böyük bir
təhlükəyə məruz bulunduğunu bizzərurə təqdir
edərsiniz!..
(Ardı
gələn şənbə nömrəsində)
Azəri
(M.Ə.Rəsulzadə)
“Yeni
Qafqasiya” 1 şubat 1927, ¹8-9
SEYRÜ-SƏFƏR
(SƏYAHƏTNAMƏ) QƏRARNAMƏSİ
MÜNASİBƏTİLƏ
Gərək Türkiyə Cümhuriyyəti təbəsindən
və gərək əcnəbilərdən olub Türkiyə
hüdudi-millisi daxilinə gələnlər və
hüdudlardan çıxanların tabe olacağı üsul və
şəraiti təsbid etmək üzrə Daxiliyyə Vəkaləti
tərəfindən tənzim və heyəti-Vəkilə qərarı
ilə təsdiq olunan Seyrü-Səfər Qərarnaməsi nəşr
və mövqei-məriyyətə (istifadəyə)
qoyulmuşdur.
Qərarnamənin
14-cü maddəsində deyilir ki: “Bədəma (bundan sonra)
Türkiyəyə bəyaz rus qəbul ediləməz. Bunlardan müsəlman olanlar, mültəcelər
haqqındakı ehkami-tabeiyyət (tabelik) şərtilə qəbul
olunur.
17-ci maddədə
də böylə təhrir edilmişdir: “Əlyövm
(bugünki) Türkiyədə mövcud mültəce (pənah
gətirən) rus müsəlmanlarının əfradi-ailəsi
qəbul edilir”.
Bu 2 maddənin ehtiva eylədildigi mənadan Bəyaz Rus
mültəcilərdən “Müsəlman olanlar”
üçün xüsusi bir imtiyaz və istisna gözlənildigi
aşikardır. Fəqət böylə olmaqla bərabər
sabiq Rusiya imperatorluğu təbəsindən olan hər
hankı bir müsəlmana “Müsəlman Rus”, yaxud “Rus
Müsəlmanı” demək caizmidir? Sonra
siyasi mültəce olaraq Türkiyəyə
sığınmış azərbaycanlılar, gürcülər
və dağıstanlılar vardır ki, kəndilərini
Rusiyaya təbə bilmiyorlar və “Rusiyalı”
olmadıqlarını bütün cahana qarşı
bağırıyorlar. Bütün bu kimsələr
əcəba Türkiyəcə “Rusiyalı” dəxi degil, rus
millətcisimi ədd olunuyor. Bizim bildigimizə
görə Türkiyə, Qafqasiya hökumətlərinin, əzcümlə
Azərbaycanın istiqlalını tanımışdır.
Kars Müahidəsi, Sovet İttihadının
qurnazlığı ilə felən Keenləmeykin
hökmünə gəlmişsə də Türkiyə
hüquqiyyəsinə görə hökumətdən iskat (təsdiq)
edilməmişdir. Hər halda edilməsi icab edərdi.
Əcəba bir azərbaycanlı, bir gürcü dəxi məskur
Seyrü-Səfər Qərarnaməəsi mövcibincə
“Müsəlman Rus mültəcesi” və yaxud “Rus mültəcesi”mi
tələqqi olunacaq?..
Rus olmayan
bütün ənasir (ünsürlər) ilə birlikdə
Rusiya türkləri dəxi Çar zamanında ikən “Rus
qanunu”, “Rus hökuməti”, “Rus təəbəsi”, “Rus
duması” kibi təbirləri caiz görməyib “Rus” kəlməsi
yerində bililtizam “Rusiya” kəlməsini qullanıyor, bu kəlmənin
qanuniyyət peyda etməsi üçün mücadilə
ediyorlardı. Nə qərib bir təcəllidir
ki, hali-hazırda mövcud Sovet qanuni-əsasiyyəsincə
tamamilə həzf olunan bu “izafət” Türkiyə qəvanini
tərəfindən qəbul və tətbiq olunuyor.
Rusiyanın bu günki ismi-rəsmiyyəsi “Sosyalist Sovet
Cümhuriyyətləri İttihadı” ikən, qəribə
degilmidir ki, Türkiyə istilahati-hüquqiyyəsində “Rus”
ismi hala böyük bir etina ilə müafizə olunub sabiq
Rusiya təhti-idarəsində yaşamış olan Türk və
müsəlmanların hüquq və hissiyyatları belə nəzəri-diqqət
və etinaya alınmıyor.
Bizim anladığımıza görə sabiq Rusiya
imperatorluğu daxilində yaşayan və qismən bu
imperatorluğun ənqazı üzərində
hüquqi-milliyyə və tarixiyyəsindən bilistifadə təkrar
təsisi hakimiyyət edən “Müsəlmanları” bilfeil
himayət etmək istəyən Seyrü-Səfər Qərarnaməsinin
vəziləri işin hüquqi və hissi cəhətlərini
dəxi düşünməli idilər. Biz zənn etməyiz ki, hər
nöqteyi-nəzərdən, (hətta kəndisi ilə dost
keçinmək istənən Sovet hökumətinin qəvanini-əsasiyyə
və tələqqiyati-hüquqiyyəsi nöqteyi-nəzərindən
belə) kəndisinə, məsəla, bən azərbaycanlıyam
deyən və Azərbaycan Türk Cümhuriyyətinin
pasportunu iraə (təqdim) edən bir türkə, bir müsəlmana
Türkiyə Cümhuriyyəti müəssəsatında,
polis idarələrində bir türk məmuru “yox, sən
russan” deyə kəndisini rədd eyləsin!..
Halbuki Seyrü-Səfər Qərarnaməsinin salifüzzikr maddələri bir türk məmuruna qorxduğumuz bu “küfr”ü söylədəcək bir təvil mahiyyət və qabiliyyətindədir.
Biz məqamati
(məqamlar) aidəsinin nəzəri-diqqətini bu xüsusa ətf
etməklə lazım gələnlərə təlimati-mütəmminə
itasını intizar ediyor, bilxassə Rusiya və Qafqasiya əhvalı
ilə aşina möhtərəm Türkcü məbusların
nəzəri-diqqət və etinalarını bu məsələyə
cəlb ediyoruz.
Azəri (M.Ə.Rəsulzadə)
“Yeni Qafqasiya”, avqust 1924, ¹ 22
(Ardı var)
525-ci qəzet 2018.- 29 dekabr.- S.20-21.