Mingəçevirdə sərgilənən
sənət töhfələri
Təkcə Mingəçevirdə deyil, onun hüdudlarından kənarda da istedadlı söz adamı kimi tanınan hüquqşünas, şair Bəhman Gülövşəlinin indiyə qədər dövri mətbuatda çeşidli mövzularda qələmə aldığı xeyli sayda şeiri və iki kitabı çap olunub.
Sovetlər dönəmində Rusiyada,
ölkəmiz müstəqillik
əldə edəndən
sonra isə paytaxt Bakının bir sıra rayonlarının
hüquq mühafizə
orqanlarında çalışan
və xidməti vəzifəsini polis mayoru
rütbəsi ilə başa vuran şair, xeyli vaxtdan bəri Azərbaycan Yazıçılar
Birliyi Mingəçevir
bölməsinin xəttiylə
nəşr olunan “Bənövşə” ədəbi
dərgisinin redaktoru olmaqla yanaşı, peşəkar hüquq müdafiəçisi kimi
fəaliyyətini davam
etdirməkdədir. Bəhman müəllim
şəhərdə dekorativ
tətbiqi sənət
növü ilə məşğul olan və indiyə qədər bu sahədə xeyli əsərlər ortaya qoyan bir istedadlı
şəxs kimi də çoxlarının
rəğbətini qazanmışdır.
Yeni il ərəfəsində
AYB Mingəçevir bölməsinin
təşəbbüsü və Mingəçevir Dövlət Rəsm Qalareyası rəhbərliyinin
təşkilatçılığı ilə həvəskar rəssamın fərdi sərgisinin açılış
mərasiminin iştirakçıları
bir daha hüquqşünas şairin
bu sahədəki bacarığının da
şahidi oldular.
Şəhər ictimaiyyəti nümayəndələrinin,
yerli yazarların və gənclərin qatıldıqları tədbiri
giriş sözüylə
açan Mingəçevir
şəhər Dövlət
Rəsm Qalareyasının
direktoru Böyükkişi
Adilbəyli Bəhman Gülövşəlinin bir
aya yaxın müddət ərzində
nümayiş olunacaq əsərlərinin yüksək
dəyər kəsb etdiyini, ölkəmizdə
dekorativ tətbiqi sənətə yönəlik
marağın həmişə
yetərincə olduğunu sevinc hissiylə vurğuladı.
AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə
Bəhman Gülövşəlinin
həm yaradıcı
ziyalı qismində, həm də bir fərd kimi
yüksək insani keyfiyyətlərə malik
ölkə vətandaşı
olduğunu bildirdi.
Şəhər ictimaiyyəti
nümayəndələrindən Əliqismət Kərimov,
Nəriman İsrafilov,
Zəminə Dəmirova,
Eyyub Rəşidov, Yusif Ələkbərov, Məhəmməd Fərzəliyev,
“Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, yerli yazarlardan Nəsib Bayramoğlu, Məmməd
Mərzili, Məhyəddin
Məhərrəmoğlu, Səxavət
Kəlbəcərli, Kəmalə
Əyyubqızı, Rəfael
Dəmiroğlu və Ruslan Ələkbərli sərgidə
nümayiş etdirilən
əsərlərin təsir
gücündən söz
açmaqla, Bəhman
müəllimə uğurlar
arzuladılar.
Dövlət atributlarını, məişətdə
işlədilən qədim
əşyaları, milli
musiqi alətlərimizi,
simvolik şəkildə
əks etdirən altmışa yaxın dekorativ sənət nümunəsinə marağın
yetərincə olduğu
tədbirə qatılan
insanların çöhrəsindən
də hiss olunmaqda idi.
Sonda Bəhman
Gülövşəli çıxış
edərək onun zəhmətini yüksək
dəyərləndirən insanlara,
AYB-nin Mingəçevir
bölməsi və Mingəçevir Dövlət
Rəsm Qalareyası rəhbərliyinə minnətdarlığını
bildirdi.
Ruslan ƏLƏKBƏRLİ
“Bənövşə”
dərgisinin əməkdaşı
525-ci qəzet 2018.- 29 dekabr.- S.12.