Yaponiyalı musiqiçi
Azərbaycan mahnılarını oxuyacaq
“Azərbaycan adını Yaponiyada daha tez-tez eşitmək məni çox sevindirir”.
Bunu AZƏRTAC-ın
Yaponiyadakı xüsusi
müxbirinə müsahibəsində
yaponiyalı musiqiçi
xanım Kyoko Yamamoto deyib. Azərbaycan xalqına,
mədəniyyətinə və
musiqisinə böyük
hörməti olduğunu
vurğulayan xanım K.Yamamoto ölkəmizə
son səfəri barədə
danışıb.
Cari ilin oktyabrında Göyçay Nar festivalında
iştirak etmək üçün Azərbaycana
getdiyini xatırladan musiqiçi deyib: “Bu festivalda ilk dəfə
2015-ci ildə iştirak
etmişdim. Azərbaycana ilk səfərimdən bəri ölkəniz qədim mədəniyyəti,
gözəl musiqisi, qonaqpərvər xalqı və yeni dünyaya
sürətlə uyğunlaşması
ilə məni valeh edir. Hər il
Göyçayda təşkil
olunan Nar festivalında
iştirak etməklə
Azərbaycan haqqında
yeni məlumatlar toplayır və öyrəndiklərimi Yaponiyada
təbliğ etməyə
çalışıram. Bu
ilin mayında xalqınızın Ümummilli
lideri Heydər Əliyevin 95 illik yubileyi münasibətilə
Xətai rayonunda təşkil olunan konsertdə çıxış
etmək üçün
Bakıya dəvət
edilmişdim. Bu dəvət məni çox qürurlandırmışdı.
Orada “Sarı gəlin” mahnısını ifa etməyim izləyicilər
tərəfindən təəccüblə
qarşılansa da, gurultulu alqışa səbəb olmuşdu”.
Başa
çatmaqda olan
2018-ci ilin Azərbaycan
üçün də
uğurlu olduğunu bildirən yaponiyalı musiqiçi deyib: “Yola salmaqda olduğumuz
2018-ci il Azərbaycan üçün
də mühüm hadisələrlə yaddaqalan
oldu. Ölkənizin Yaponiyadakı səfirliyinin
Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü
ilə əlaqədar
təşkil etdiyi tədbir zamanı qrupumla birgə dövlət himninizi canlı ifa etdik. Bu, bizim
üçün şərəf
idi. Yaponiyada təşkil olunan
müxtəlif tədbirlər
sayəsində yaponlar
Azərbaycan adını
daha tez-tez eşitməyə və ölkəniz haqqında daha çox öyrənməyə başlayıblar”.
2019-cu ilin də Azərbaycan
xalqı üçün uğurlu
olacağına əminliyini bildirən xanım K.Yamamoto növbəti ildə də zəngin musiqimizin yapon xalqına
tanıtmaq üçün daha çox
çalışacağını bildirib.
O deyib: “Azərbaycan musiqisini
ilk dəfə dinləyəndə bu gözəl melodiyanın insan
hisslərini necə əks etdirdiyini
görmək məni çox təəccübləndirmişdi.
Buna görə də sizin
musiqini öyrənməyə
başladım. Məşhur “Sarı gəlin”
mahnısını dinlədikdən sonra
notları qeyd edib onu səsləndirdim. İndi
digər Azərbaycan mahnıları üzərində işləyirəm.
Azərbaycana son səfərim zamanı
tanınmış müğənni Sevda
Ələkbərzadə ilə görüşdüm
və bu görüşdə ölkənizin
musiqisi haqqında çox
geniş məlumat aldım. TURKSOY-un xalq
çalğı alətləri orkestrinin
bu il Yaponiyada
baş tutan konsertində
azərbaycanlı musiqiçilər də yapon
tamaşaçıların qarşısında
çıxış etdilər. Bütün türk millətlərinin musiqisinin ifa olunduğu bu konsertdə
Azərbaycan musiqisi xüsusilə seçilirdi. Ümid edirəm
ki, gələcəkdə yalnız Azərbaycan
musiqisindən ibarət daha böyük konsertlər təşkil olunacaq və yapon dinləyiciləri
öz gözəlliyi ilə heyran edəcək. Mən isə öz növbəmdə qədim və zəngin
Azərbaycan musiqisini Yaponiyada
təbliğ etməyə və ölkənizi bu yolla daha
çox tanıtmağa
çalışacağam”.
525-ci qəzet 2018.- 29 dekabr .- S.13.