Kardeş kalemler”in bu ildə son sayı

Avrasiya Yazarlar Birliyi tərəfindən nəşr olunanKardeş kalemlerAylıq Avrasiya Ədəbiyyatı Jurnalının 2018-ci il üçün son sayı nəşr olunub.

İlk material türkiyəli şair Dinçər Atəşdəndir. Oxucular burada onun yeni şeirləri ilə tanış olacaqlar. Dərginin Türkiyə bölməsində həmçinin, Semih Dirinin şeirləri, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlunun Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunmuş  III Beynəlxalq İssik Göl Forumundakı nitqi (“Aytmatov insanı yazdı”), professor Şükrü Haluk Ağalının Mikayıl Müşfiqin doğuluşunun 110, ölümünün 80 illik yubileyinə həsr olunmuş məqaləsi yer alıb.

Rumıniya bölməsində Məmməd İsmayıl tanınmış rumın şairi İon Deakoneskunun yaradıcılığından söz açıb. Məqaləni sözügedən şairin M.İsmayılın tərcüməsindəki şeirləri izləyib.

Baurcan Karağızulinin şeirləri, Malik OtarbayevinQağayı nağılıhekayəsi professor Dantay İskakulininMağcan Cumabayın dastançılıq ənənəsində türküçülüyün izləriməqaləsi (tərcümə Ergali Esbosin) Qazaxıstan bölməsindədir.

Qazaxıstanın ölkə başçısı Nursultan NazarbayevinBöyük Bozkırın yeddi cəhətiadlı məqaləsi tam olaraq dərginin dekabr sayında yayımlanıb.

Kardeş kalemler”in budəfəki buraxılışında həmçinin, V Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin qaliblərinin əsərləri dərc olunub. Xatırladaq ki, müsabiqədə birinci yeri Kosovodan Rəşid HanadanMəhmət çavuş gəlir”, ikinci yeri Başqırdıstandan Fərzanə AğbulatovaXanbala ilə Xan bala”, üçüncü yeri isə İraq-Türkmən elindən Əlif KörpülüDönməyən yolçularhekayələri ilə qazanıblar.

Bu dəfə Özbəkistanı dərgidə Marufjon Yoldaşev “Ana xətləriylə müstəqillik dövrü özbək ədəbiyyatıməqaləsi ilə təmsil edir.

Xəbərbölməsində TÜRKSOY-un Yaponiyanın Musiqi alətləri muzeyində keçirdiyi konfransdan danışılır.

Şahanə MÜŞFİQ

525-ci qəzet  2018.- 29 dekabr.- S.13.