55 yaşın işığında

 

Müəllimlik peşəsini şərəfli edən bir çox amillər var. Onlardan biri, bəlkə birincisi, müəllimin yaşadığı həyata, cəmiyyətə ehtiyac duyulan əsl vətəndaş, əsl insan yetişdirməsidir.

 

Müəllimlərimizdən bizə hansı vərdişlər qalıb? Bu sualı mənə versələr "insan kimi yaşamaq vərdişi"- deyərdim. Müəllim deyəndə  riyadan utanan, uğurdan qürrələnməyən şöhrətə əsir, pafosa kəm-kəsir kimi baxan, insanın ağlına qəlbi qəlibindən daha böyük olanlar gəlir.

 

Məlumdur ki, şəxsiyyətin ahəngdar inkişafı məktəbdə müəllimin üzərinə düşür. Bu baxımdan müəllim cəmiyyətdə çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə ötürən, nəsillərarası əlaqəni qırılmağa qoymayan möhkəm körpüdür. Tanınmış şəxsiyyətlər müəllimin əməyinə yüksək qiymət vermiş, müəllimi günəşə, zəhmətkeş bağbana, mühəndisə bənzətmişlər. Çünki o, günəş kimi gənc qəlbi ağlı işıqlandırır, uşaqlara bağban qayğısı göstərir, mühəndis kimi insan qəlbinin layihəsini cızır.

 

Müəllimlik çətin, məsuliyyətli, eyni zamanda, şərəfli müqəddəs bir peşədir. Müəllim insanı həyata hazırlayan, onun dünyagörüşünü, mənəvi dünyasını ictimai-siyasi baxışlarını formalaşdıran etalon şəxsiyyətdir. Xalqın tərəqqisi məktəbdən, məktəbin tərəqqisi isə müəllimdən başlayır.

 

Belə ziyalılardan biri dərin mədəniyyətə mənəviyyata malik, yüksək idarəçilik təşkilatçılıq bacarığı ilə seçilən, Bakı şəhər 6 ¹ li məktəb-liseyin direktoru Gülşən xanım Orucovadır. Onun peşəkar pedaqoq, yüksək əqidə məslək sahibi, ziyalı olduğunu xüsusi vurğulamaq lazımdır. O, cəmiyyət üçün əsl vətəndaş yetişdirilməsi işində əlindən gələni əsirgəməyən, şagirdlərini bu ruhda yetişdirən örnək ziyalılardandır. Gülşən xanım üçün vətənpərvərlik ən ali  peşədir. Gülşən xanım şagirdlərini vətənə məhəbbət ruhunda tərbiyə edir, onların əsl vətəndaş kimi yetişdirilməsində xüsusi rol oynayır. O, özündə səmimiyyət, düzlük, xeyirxahlıq, humanizm sadəlik kimi nəcib əxlaqi keyfiyyətləri cəmləşdirir.

 

Müəllim daim öz üzərində çalışmalı, bütün davranış hərəkətləri ilə, nəinki şagirdlər, hətta cəmiyyət üçün örnək şəxsiyyət olmalıdır. Gülşən xanım hər zaman özünün peşəkar pedaqoji qabiliyyət intellektual bacarıqlarını səfərbər etməklə elmin son nailiyyətlərini şagirdlərinə çatdırmağı özünə borc bilir, pedaqoji-metodik ustalığı hesabına bilik məlumatların şagirdlərə effektiv şəkildə mənimsədilməsində mühüm rol oynayır. Onun çevik yüksək ünsiyyət qabiliyyəti uşaqlarla, öz həmkarları ilə valideynlərlə ahəngdar şəkildə çalışmasına, demokratik, bərabərhüquqlu müzakirələr aparmasına imkan verir.  Gülşən xanım hər bir şagirdə şəxsiyyət kimi, müstəqil fərd kimi yanaşması, onlarla sıx ünsiyyət təmasda olması onun yüksək peşəkarlığından irəli gəlir desək yanılmarıq. Onun hər zaman pedaqoji kollektivin sırasında olması, müəllim şagirdlərlə, eləcə valideynlərlə sıx əlaqədə fəaliyyət göstərməsi, bütövlükdə məktəbdə səmərəli əlverişli təlim-tədris mühitinin formalaşmasına şərait yaradıb. Gülşən xanım haqqında sadaladığım bu keyfiyyətlər onun həmkarları - Rəna Mirzəyeva, Arzu Vəliyeva, Nailə Məmmədova, Lalə Yusifova, Təranə Səmədova, İradə Cəlilova, Xuraman Şabani, Xatirə Əhmədova, Mehriban İbrahimova, Gülnarə Quliyeva, Səbinə Kazımova kimi müəllimlər tərəfindən təsdiqlənir.

 

Bu gün 108 yaşı olan Tofiq İsmayılov adına 6 ¹-li məktəb-liseyin direktoru Gülşən xanım Orucovanın doğum günüdür. Onun pedaqoji fəaliyyətinin 25 ili, ömür yolunun 55 ili tamam olur. Onun tərcümeyi halını oxuduqda qədər zəngin fəaliyyəti olduğunu görmək mümkündür. Tükənməz yüksək yaradıcılıq enerjisi ilə daim öz üzərində çalışan, pedaqoji fəaliyyəti özünə amal kimi seçən Gülşən xanım Orucovanı istərdim siz tanıyasız.

 

Gülşən xanım Orucova Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2005-ci ildə ixtisasdəyişmə kursunu bitirərək II ixtisasa - ibtidai sinif müəllimi ixtisasına yiyələnim. 1989-cu ildən orta məktəbdə ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.

 

G.Orucova 2001-2002-ci tədris ilində "İlin müəllimi" müsabiqəsində birinci yeri  tutub. 18 il  ibtidai siniflər üzrə məktəbin metodbirləşmə sədri olub. Təhsil Nazirliyinin təşkil etdiyi dərsliklərin müzakirəsində komissiyanın üzvü kimi işçi qrupunda çalışıb.

 

Ölkəmizdə həyata keçirilən kurikulum islahatına istinad edərək, 2008-2016-cı tədris illəri üçün çap olnunmuş müxtəlif dərliklərin və metodik vəsaitlərin həmmüəllifidir. 2007-2008-ci tədris ilində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Ən yaxşı  100 müəllim" müsabiqəsinin qalibi olub. 2010-cu ilin fevralında Azərbaycan Təhsil Nazirliyinin xətti ilə ABŞ-ın  Cənubi Konnektikut ştatında keçirilən  "Məktəb liderliyi" proqramının iştirakçısı olmuşdur. Gülşən xanım Orucovanın təhsil sahəsində xidmətləri Azərbaycan Respublikası Prezidenti tərəfindən yüksək qiymətləndirilmiş, o ölkə başçısının 4 mart 2010-cu il tarixli sərəncamı ilə "Əməkdar müəllim"  fəxri adına layiq görülüb. 2010-2011-ci tədris ildən 6 ¹-li məktəb-liseyin direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurasının üzvüdür.

 

Sonda bütün mənəvi enerjisiniintellektual qüvvəsini gənc nəslin yetişməsinə səfərbər edən, dövlətimizin və xalqımızın işıqlı gələcəyinin qarantı olan övladların milli ruhda təbriyəsinə həsr edən Gülşən xanım Orucovanı ad günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, şərəfli və məsuliyyətli fəaliyyətində uğurlar arzulayıram.

 

Aytəkin ZEYNALOVA

BDU-nun Beynəlxalq jurnalistika kafedrasının dosenti

 

525-ci qəzet  2018.- 1 fevral.- S.8.