Qloballaşma dövründə dildə
gedən proseslər: mövcud dil mənzərəsi
və orfoqrafiya qaydalarına yeni baxış
Müasir
dövrdə dünyada gedən proseslər bütün sahələrdə
olduğu kimi, dilçiliyin problemlərinə, xüsusilə
də dillərin tətbiqi ilə bağlı məsələlərə
fərqli yanaşma tələb edir.
Zaman keçdikcə dil inkişaf edir və onun
bütün səviyyələrində müəyyən dəyişiklilər
baş verir. Dilin başlıca funksiyasının insanlar
arasında ünsiyyət vasitəsi olmasını nəzərə
alsaq, bütün dəyişikliklər də məhz bu
funksiyanın daha rahat və əlverişli şəkildə
həyata keçirilməsinə hesablanmalıdır. Dildə gedən proseslər onun təbiətini əks
etdirdiyindən müxtəlif istiqamətli və mürəkkəb
olması ilə diqqəti cəlb edir. Bu proseslərdən
bir qismi nitq prosesi ilə birbaşa bağlı olur və dil
daşıyıcılarının nitqində meydana
çıxan variantların tədricən norma
statusu qazanması ilə nəticələnir.Dil ictimai-siyasi,
eləcə də sosial hadisələri özündə əks
etdirdiyindən və tarixi kateqoriya olduğundan bəhrələndiyi
mənbələr əsasında zənginləşir və dəyişir.
Dil mürəkkəb bir sistemə malik
olduğu üçün nəinki bir səviyyənin daxilindəki
dəyişmələr, hətta dilin müxtəlif səviyyələrindəki
dəyişmələr zəncirvarı şəkildə
bir-birinə təsir edir, bir hadisə digərini şərtləndirir.
Odur ki, norma məsələsini izlədikdə
də bu halı diqqətdə saxlamaq, dilin daxili
qanunlarını və eləcə də onun inkişafına
təkan verən ekstralinqvistik amilləri nəzərə
almaq lazımdır. Təsadüfi deyil ki, dil dəyişmələrinişərtləndirən
səbəblərdən biri kimi adətən gücə və
vaxta qənaət prinsipinin tələbi göstərilir.
Lakin bəzi hallarda dəyişmələrin səbəbi
daxili yox, kənar təsirlərin nəticəsi olur. Sosial amillərdən asılı olaraq baş verən
belə dəyişmələr də o zaman dildə möhkəmlənir
ki, dilin öz başlıca funksiyasını yerinə yetirməsinə
əngəl yaratmasın.
30 sentyabr
2002-ci il tarixində qüvvəyə minən
"Azərbaycan Respublikasında dövlət dili
haqqında" Azərbaycan Respublikası qanununda Orfoqrafiya
lüğətinin 5 ildə bir dəfədən az olmayaraq nəşrinin
təmin edilməsi təsbit edilmişdir (13-cü maddə). Bu təsadüfi deyil. Dil norması dəyişkən
kateqoriya olduğundan, dilə yeni termin, söz və ifadələr
daxil olduğundan, ...müəyyən dövrdən sonra
mövcud dil dil mənzərəsi mütəxəssislər
tərəfindən dəyərləndirilməli, canlı
proseslər monitorinq aparılaraq müəyyən olunmalı
və müzakirə olunaraq ehtiyac olduğu halda dilin tətbiqi
ilə bağlı “konstitusiya” kimi çıxış edən
“Orfoqrafiya lüğəti”ndə əksini tapmalıdır.
Belə təsəvvür yaranmasın ki, hər beş ildə
mütləq nələrsə dəyişilir – müasir
texnika dövründə yeni terminlərin dilə daxil olma
sürətini nəzərə almasaq, “Qaydalar”da dəyişiklik
o qədər də tez-tez baş verən hal deyil - əgər
müəyyən dövr ərzində problemlər həll
olunmamış qalıb və dil canlı nitqlə ayaqlaşa
bilmirsə, müəyyən “durğunluq” və dili
“buxovlayan” məqamlar təbii inkişafa maneə yaradırsa,
bu dəyişiklik və əlavələr zəruri
görünür... AMEA-nın müxbir
üzvü, Əməkdar elm xadimi Kamran Əliyevin qeyd etdiyi
kimi, “"Qaydalar"ın belə bir geniş miqyasda
müzakirəsi ilk dəfə ötən əsrin 50-ci illərində
əvvəlcə akademik Səməd Vurğunun, ikinci dəfə
isə akademik Mirzə İbrahimovun sədrliyi ilə həyata
keçirilmiş və o dövr üçün mükəmməl
bir orfoqrafiya qaydaları hazırlanmışdır. Həmin vaxt qəbul edilən "Qaydalar"
Orfoqrafiya lüğətlərinin bütün sonrakı nəşrlərinin
(1960, 1975, 2004, 2013) əsası olmuşdur. Onu da əlavə etmək zəruridir ki,
"Qaydalar" ötən əsrin 50-ci illərindən sonra
ilk dəfədir ki, belə bir geniş müzakirəyə
çıxarılır”.
Dildə
baş verən dəyişikliklər dil səviyyələri
üzrə kəmiyyət və tezlik baxımından fərqli
olduğu kimi (leksik səviyyə dəyişmələrə
qarşı daha həssas, qrammatik səviyyə daha sabitdir),
dövrdən, sosial-mədəni durumdan asılı olaraq da
proses müxtəlif şəkildə təzahür edə bilər:
daha stabil və durğun mühitdə, “qapalı” şəraitdə
dil dəyişmələri də o qədər diqqəti cəlb
etmir. Müasir qloballaşma dövrünün özünəməxsus
əlamətlərindən biri də iqtisadi sahə ilə
yanaşı, mədəni “inteqrasiya”nın
gündəmə gəlməsidir. Qloballaşma
bir tərəfdən ümumi bəşəri dəyərlərin
yaranması şəklində təzahür edirsə, digər
tərəfdən milli mədəniyyətlərin, eləcə
də dillərin sıxışdırılmasına gətirib
çıxarır. Bu baxımdan qloballaşma dilə və
dil siyasətinə təsir göstərən iki əks amili
aktuallaşdırır: ünsiyyət ehtiyacı, tələbi
(bunun üçün ortaq modellər) və dil müstəqilliyi,
milliliyi qorumaq meyli.Hər bir dilin kökündə xalqın
böyük mədəniyyəti dayanır. Dillərin
qloballaşmanın mənfi təsirindən qorunması
dünyada mədəni rəngarəngliyin təmin olunması
deməkdir. YUNESKO-nun dünyanın dil mənzərəsi
ilə bağlı təqdim etdiyi statistik məlumatlara görə,
hər 14 gündən bir dünyada mövcud dillərdən
biri “ölür”. Mütəxəssislərin
proqnozlarına görə, 2050-ci ilə qədər mövcud
dillərin təxminən yarısı tarixə çevriləcək.Belə
təsəvvür yarana bilər ki,qloballaşmanın
zərərli təsirindən yalnız “kiçik” dillər əziyyət
çəkir. Lakin təcrübə göstərir
ki, proses olaraq bu meyillər ən geniş yayılmış
dillərdən belə yan keçmir. Dünyada ingilis mədəniyyətinin
yayılması missiyasını həyata keçirənlərdən
biri – dilçi DevidQreddol Britaniya Şurasına məruzəsində
hazırda dünyada ingilis dilində doğma və ya ikinci dil
olaraq danışanların sayının milyarda
çatdığını, bunun ibtidai sinifdən öyrədilməsinə
nail olunacağı təqdirdə “Ümumdünya ingilis dili
layihəsi” çərçivəsində yaxın 10 il ərzində
dünyada 2 milyard ingilisdilli insanın olacağını
proqnozlaşdırır. Jan-Pol Nerrer 1500 sözə əsaslanan
bu dili “Qlobiş” adlandırıb (qlobal ingilis dili) və deyib
ki, qlobiş dil deyil, süni ünsiyyət vasitəsidir, bu
dildə bədii ədəbiyyat olmayacaq, sadəcə gündəlik
ünsiyyət vasitəsi kimi işlənəcək...D.Qreddol
etiraf edir ki, bu dil normal, düzgün ingilis dili deyil və yeni
yaranan variant əsl dili sıxışdıra bilər...
Müasir rus dilində gedən bəzi proseslər, xüsusilə
gənc nəslin nitqində müşahidə olunan
güclü reduksiya (yalnız qapalı yox, həm də
açıq saitlərlə bağlı...) və bu kimi
hallardan ciddi narahatlığın nəticəsidir ki, hətta
ictimai nəqliyyat vasitələrində (xüsusilə
metroda) ölkənin ən nüfuzlu dilçilərindən
birinin – dil norması üzrə mütəxəssisin şəkli
və “Gəlin rus dilində düzgün danışaq!”
şüarının əks olunduğu plakata rast gəlmək
mümkündür...
Dildə
sistem şəklində dəyişmələrin meydana gəlməsinə
bir sıra amillər təsir göstərir: funksional
üslublarda struktur dəyişikliklər – yüksək
üslubun aradan qalxması; yersiz alınmaların dilə gətirilməsi;
(təfəkkürdə rabitənin qırılmasına gətirib
çıxarır ki, nəticədə dildə olan sözlərin
itməsinə və milli təfəkkürün sıradan
çıxmasına səbəb olur); vulqar və kobud
leksikadan istifadə; (təfəkkürlə bağlı məsələdir
– dilə olan hörmət, ona münasibət dəyişir; qəzet
ştamplarından həddən artıq istifadə; müasir
dövrün nəbzini tutmaq baxımından (sürət əsrinin
tələbinə uyğun olaraq) «tələsik» nitq
formasının yaranması; Sosial proseslər və “elektron
ünsiyyət”dən irəli gələn proses kimi dil
normalarına bir çox hallarda əməl olunmaması... Göründüyü kimi, qeyd olunan məsələlər
qloballaşma dövründə, demək olar ki, bütün
dünyada təsadüf olunan prosesin əsas istiqamətlərindəndir.
Bu gün ədəbi dil normasının müəyyənləşməsində
aparıcı rola malik olan kütləvi informasiya vasitələrində
və deməli, bu yükü çiynində daşıyan
publisistik üslubda müşahidə olunan və dil
situasiyasına təsir göstərən bu prosesləri dil
üzrə mütəxəssis olmadan belə, izləmək
mümkündür. Təsadüfi deyil ki, son illər ərzində
müxtəlif dillərin tətbiqi və inkişaf istiqamətinin
düzgün dəyərləndirilməsi məqsədilə
“Dövlət Proqramı” qəbul olunmuşdur (məs., bu
layihələrin icra müddəti Qazaxıstanda 2011-2020-ci illəri,
Rusiyada 2016-2020-ci illəri əhatə edir). “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam
da (layihə 2013-2020-ci illəri əhatə edir) bu zərurətdən
irəli gəlmiş, Azərbaycan dilinin və dilçilik
elminin inkişafına hesablanmışdır.
2018-ci ildə
“Orfoqrafiya lüğəti”nin yeni nəşri
nəzərdə tutulmuş, qaydalara yenidən
baxılmış, müzakirələr nəticəsində
bəzi qaydaların mövcud dil mənzərəsini əks
etdirməməsiaşkarlandığından müəyyən
dəyişikliklər təklif olunmuş, geniş ictimaiyyətin
müzakirəsinə təqdim olunmuşdur. F.
de Sössürün qeyd etdiyi kimi, “Nitq həmişə dili
qabaqlayır... dil eyni zamanda nitqin həm aləti, həm də
məhsuludur”. Məhz bu baxımdan meydana gələn
dəyişikliklərin qaydalarla tənzimlənməsi təbii
qarşılanmalıdır.
Müzakirəyə təqdim olunan layihədə
mübahisə doğuran iki bəndə münasibət bildirmək
istərdik.
22.
Aşağıdakı sözlərin mənbə dildəki
yazılışı əsas götürülərək, k
hərfi ilə yazılması məqsədəuyğun
sayılır: əskər, əskinas, İskəndər,
işkəncə və s.
Qeyd: Bu
sözlər dilimizdə məhz tələffüzlərinə
əsasən indiyədək g hərfi ilə
yazılmışdır. Belə ki, mənbə dildə
yanaşı gələn kar samitlərdən (sk,
şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək,
onun cingiltili qarşılığına (g) keçmişdir.
Ümumiyyətlə,
orfoqrafiyanın məlum prinsiplərindən əlavə (Azərbaycan
dili üçün fonetik, morfoloji və tarixi-ənənəvi),
dil norması hər bir dilin tipoloji quruluşundan, tarixi
inkişaf xüsusiyyətlərindən qaynaqlanan
qanunauyğunluqlarla tənzimlənir, universal prinsiplərdən
olan qənaət prinsipi də nəzərə alınmaqla
“cilalanan” variantlar dildə mövcud qəliblərə
uyğun olaraq analıgiya prinsipi ilə
qruplaşdırılır. Qeyd olunan məsələdə - əskər,
əskinas, İskəndər, işkəncə kimi sözlərin
yazı qaydasının tənzimlənməsində bu tipli
sözlərin iki qrupa ayrılması daha düzgündür:
burda sözdə bir-birini izləyən səslər
arasında özünü göstərən qanunauyğunluq
nəzərə alınmalıdır. Nitq axını səslərin
“donuq”, süni birləşməsi olmadığından, tələffüz
zamanı səslərin məxrəci bir-birinə
uyğunlaşır – birinci səs özündən
sonrakı səsin qəlibinə uyğunlaşaraq onun müəyyən
əlamətlərini də öz üzərinə
götürür (“boz” və “bir” sözlərində b səslərinin
keyfiyyəti onlardan sonrakı səslərin əlamətlərindən
asılı olduğundan fərqlidir... ).
Əskər, əskinas, İskəndər, işkəncə
sözlərində yanaşı işlənən sk, şk samitləri kar olsa da, fonotaktik durum
sonra gələn saitin keyfiyyəti ilə müəyyənləşir:
sk, şksamitlərindən sonra qapalı sait gələrsə,
yazıda ikinci samit kar (əskinas, niskil, təşkil...),
açıq sait gələrsə, cingiltili
yazılmalıdır (Əsgər, İsgəndər, işgəncə...).
İnformasiya təhlükəsizliyində, eləcə
də kriminalistikada hər bir insan üçün fərdi
olan xüsusiyyətlərdən – biometrik əlamətlərdən
istifadə olunur. Barmaq izi, gözün torlu qişası
kimi insanın səsi də fərdi biometrik səciyyəyə
malikdir. Müxtəlif dillərin
“yaşaması”, ölü dilə çevrilməməsi də
hər bir dildə - hətta qohum dillərdə belə - fərdi,
unikal “cizgilərin” olması ilə bağlıdır. Bu özəlliklərin aradan qalxması dilin də
tarix səhnəsindən silinməsinə gətirib
çıxarır. Bu əlamətlərlə
bağlı xüsusi tədqiqatlar olmasa da (təəssüf
ki...) linqvostatistik araşdırmaların nəticələri
və əldə olan bir çox faktlar onların bəzilərini
müəyyən etməyə imkan verir. V. fon Humboldtun fikrincə, dilə özünəməxsusluq
qazandıran əsas başlanğıc təfəkkürdə
mövcud olan ilkin milli kimlik, xarakter, yəni,
qazanılmış təcrübə, hissiyyat və əhval-ruhiyyədir.
Müasir tədqiqatlardan çıxış
edərək, belə xüsusiyyətlərdən hər bir
dil üçün özəl əlamət kimi səs tezliyi
və intonasiyanı xüsusilə qeyd etmək istərdik.
Dilin səs mənzərəsinin dəqiq təsviri bir
çox nəzəri və praktik sualların
cavablandırılması baxımından əhəmiyyətlidir. Bunun səbəblərindən
biri, yəqin ki, onun artikulyasiya bazasından birbaşa
asılı olmasıdır. Belə ki, hər
bir etnosun artikulyasiya aparatı müəyyən incəliklərə
görə fərqlənir. Dil
daşıyıcılarının artikulyasiya xüsusiyyətlərinin
formalaşmasına təsir göstərən
çoxsaylı amillər isə onun fərdi və fərqli
keyfiyyətlər qazanmasını şərtləndirir.
Bura təbii mühitdən tutmuş, etnik tərkibə
qədər müxtəlif amillərin təsiri daxildir. Odur ki, qohum dillərdə belə (hətta eyni dilin
müxtəlif dialektlərində belə), kiçik fərq
və cizgi çalarları fonoloji sistemdə fərqlərə
və özünəməxsus əlamətlərin meydana gəlməsinə
səbəb olur. Azərbaycan dili fonemlərinin
funksionallığı və inkişaf xüsusiyyətləri
ilə bağlı ststistik araşdırmalar mövcuddur
(A.Axundov, A.Məmmədov, C.Rəhmanov və b.)
Azərbaycan dilində danışıq səslərinin
işlənmə tezliyini müəyyən etmək məqsədilə
Milli Korpusun tərkibinə daxil olacaq mətn kimi
seçdiyimiz bədii nümunənin (İ.Şıxlı
“Dəli Kür”) statistik təhlili zamanı dilimizin fonoloji səciyyəsi
baxımından diqqətəlayiq faktlarla
qarşılaşdıq.
Əldə
etdiyimiz nəticələr Azərbaycan dili mətnlərinin
statistik-distributiv baxımdan təhlili ilə bağlı C.Rəhmanovun
gəldiyi qənaətlə, demək olar ki, üst-üstə
düşdü: ən yüksək tezliyə malik fonemlərin
ardıcıllığı belədir: a, ə, i, n, d, r, l, m.
Fonem tezliyinə görə hətta dillərin qohumluq dərəcəsini,
dilin estetik təbiətini (məsələn, saitlərin və
sonorların işlənmə tezliyi yüksək olan dillər
partlayan samitlərin tezliyi yüksək olanlardan ahəngdarlığı
ilə seçilir) belə müəyyən etmək
mümkündür. Göründüyü kimi, ən yüksək
tezliyə malik olan səslər sait və sonor səslərdir
(d samiti istisnadır, lakin o da cingiltili samitdir). Bu fakt Azərbaycan dilinin səslənməsindəkiahəngdarlıın
səbəbini açıqlayır. Müqayisə
üçün qeyd edək ki, Qazax dilində, qohum dil
olmasına baxmayaraq, Azərbaycan dili ilə müqayisədə
səslərin tezliyində müəyyən fərqlər nəzərə
çarpır ki, bu da, zənnimizcə, artikulyasiya
bazasını formalaşdıran etnik başlanğıcla əlaqədardır.
Azərbaycan dilində olduğu kimi, qazax dilində
də a saiti işlənmə tezliyi baxımdan digər səsləri
üstələyir. Lakin ikinci yerdə n
samiti gəlir. Növbəti sıralanma isə belədir:
ı, e, i, p, t, l, d...
Rus dilində
işlənmə tezliyinə görə o səsi e və a səsini üstələyir. Növbəti
pillələrdə i, n, t, s, r, v, l səsləri dayanır.
Söhbət
dildən - sabit strukturdan gedir: bir elementin dəyişilməsi,
yersiz, qanunauyğun olmayan əlavə ümumilikdə sistemin
pozulmasına – xaosa gətirə bilər. Bu kiminsə
“zövqü”nə uyğun olub-olmamaqla yox, konkret dilin
qanunauyğunluqları – tipoloji quruluşdan irəli gələn
tələblər və prosodiya məsələləri (dilin
ruhunu təşkil edən intonasiya, vurğu,
...) ilə müəyyən olunur. Əgər
alınmalar dilin qanunlarına
uyğunlaşdırılmırsa, bu tədricən səslərin
işlənmə tezliyi ilə bağlı dəyişikliyə
səbəb olur.
Səslərin yanaşı işlənmə tezliyini
müəyyən etməklə dildə işlənmə
tezliyi yüksək olan fonem birləşmələrini də
aşkarlamaq olar. Bu da bir çox hallarda mövcud variantlardan
hansının analogiya prinsipi əsasında norma
səciyyəli olduğunu və dilin daxili qaydalarına
uyğun olduğunu müəyyən etməyə imkan verər.
Samitlərin
fizioloji-akustik təhlilindən bəhs edərkən fəal
danışıq üzvünün iştirakına və əmələ
gəlmə yerinə görə “q” və “k” samitləri
arasında, demək olar ki, heç bir fərq
olmadığını yazan (A.Axundov. 1973, s.188) A.Axundov eyni
sözləri k və g ilə bağlı da deyir: “k” və
“g” samitlərinin məxrəcində səs tellərinin
iştirakı nəzərə alınmazsa, heç bir fərq
yoxdur” (A.Axundov. 1973, s.187). Fəal danışıq üzvunun
iştirakına görə dilarxası samit olan “q”-nın əsasən dilarxası saitlərlə
yanaşı işlənməsi ahəng qanununun möhkəm
olduğu Azərbaycan dili üçün heç də təəccüblü
deyil. Dilortası samiti olan “g” isə əsasən
incə saitlərlə yanaşı işlənir ki, bu da
dilimizin qanunları üçün təbii haldır.
Səslərin dil sistemində müəyyən işlənmə
tezliyi olduğu kimi, onların bir-biri ilə münasibətində,
qarşılıqlı təsir şəraitində işlənməsində
də özünəməxsus əlamətlər meydana
çıxır. Bundan asılı olaraq səslərin
yanaşı işlənmə tezliyi də müəyyənləşir.
Bəzi səs birləşmələrinin işləkliyi
yüksək olduğu halda, başqa səs birləşmələrinə
az təsadüf olunur. Məhz
bu kombinasiyaların fərqli məqamlarda müxtəlif şəkildə
işlənməsi məhdud səs sisteminə malik olan dil
sisteminin imkanları ilə istənilən fikri ifadə edə
biləcək konstruksiyaların qurulmasına şərait
yaradır. Azərbaycan dilində bu proses əsasən
dilin daxili inkişaf istiqamətini tənzimləyən və
idarə edən ahəng qanunu vasitəsilə qaydaya
salınır. Azərbaycan dilinin fonemlər
sistemində arxa sıra saitləri (a, ı, o, u) və samitləri
(ğ, x, q, kʹ), eləcə də ön sıra sait (ə,
i, ö, ü, e) və samitləri mövcud olduğundan ahəngin
qorunması üçün həmcins səslərin
yanaşı işlənməsi daha məqsədəuyğundur.
Bundan başqa, dil sistemində modellərin
meydana çıxmasında, daxili qaydaların və nəhayət,
normanın formalaşmasında başlıca rol oynayan prinsiplərdən
biri – qənaət prinsipi də bunu tələb edir. Nitqdə dil arxasında formalaşan səsdən
sonra dərhal dil önündə əmələ gələn
səsin tələffüz olunması artikulyasiya aparatına təzyiq
göstərməklə fiziki baxımdan çətinlik
yaradır ki, bu da müxtəlif dillər və dil
daşıyıcıları üçün fərqlidir.
Belə ki, artikulyasiya aparatı tarixən
xalqın formalaşması prosesi ilə birgə təkmilləşir
və etnik xüsusiyyətlərlə yanaşı, bir
sıra dildənkənar amillərlə də əlaqədardır.
Türk dillərindən biri kimi, Azərbaycan dilində saitlərlə
samitlər arasındakı uyğunlaşma gözlənilir və
müasir dövrdə də norma səciyyəsi
qazanmış variantlarda bu “seçim” müşahidə
olunur. Başqa sözlə, sait səslərlə
samitlərin, eləcə də samitlərin ahəngi əsasında
qurulan modellər normanın müəyyənləşməsi
üçün baza rolunu oynayır. Bədii mətn
üzərində (Anar “Otel otağı” – 116139 işarə)
apardığımız araşdırmadan alınan statistik nəticələrə
görə, q
və g-nin qalın və incə saitlərlə yanaşı
işlənmə tezliyində ahəngin, demək olar ki, əksər
hallarda qorunması müşahidə olunur.
Dildə
işlənmə tezliyi yüksək olan fonem birləşmələrinin
aşkarlanması bir çox hallarda mövcud variantlardan
hansının analogiya prinsipi əsasında norma
səciyyəli olduğunu və dilin daxili qaydalarına
uyğun olduğunu müəyyən etməyə imkan verir.
Dilin morfoloji və sintaktik laylarına nisbətən daha
dəyişkən olan fonoloji sistem nəticədə
bütövlükdə dildə zəncirvarı dəyişmələrə
- sistemin elementlərində fərqli qanunauyğunluq və
inkişaf meyillərinə səbəb olur. “Müşahidələr
göstərir ki, Azərbaycan dilinin morfonoloji quruluşu son
min ildə çox az dəyişmişdir. Fonotaktikadakı cüzi fərqləri, bəzi
söz və morfemlərdəki səs dəyişmələrini
istisna etsək, demək olar ki, qədim abidələrin
morfonologiyası ilə müasir morfonologiya arasında elə
bir ciddi fərq özünü göstərmir. Morfoloji quruluşdakı bu stabillik mükəmməl
mexanizmi pozulmağa qoymayan, onu yaşadan və təkmilləşməsinə
imkan verən vasitədir” (F. Cəlilov. 1988, s.33).
Maraqlıdır ki, “q” və “g” samitlərinin bəzi
fonotaktik məqamlarda əvəzlənməsi müxtəlif
dillərdə müşahidə olunur. Hətta “g” samitinin
olmadığı rus dilində istisna hal kimi bəzi məqamlarda
“q” ilə yazılan samitin “g” kimi tələffüzü norma
hesab olunur: áîã – î áîãå [î bîgå].
Layihənin
müzakirəsi zamanı mübahisələrə səbəb
olan digər məqam -iyyat,- iyyət və
-iyyə şəkilçili sözlərin
yazılışı ilə bağlıdır.
37.
Əvvəlki orfoqrafiya lüğətlərində tərkibində
-iyyat,- iyyət və -iyyə şəkilçisi
olan sözlər qoşa yy samiti ilə
yazılmışdır. Hazırda həmin
sözlər bir [y] ilə tələffüz olunur. Buna görə də fonetik prinsipə əsaslanaraq
tərkibində həmin şəkilçilər olan sözlərin
bir y ilə yazılması məqsədəuyğun
sayılır. Məsələn: cərrahiyyə - cərrahiyə,
dövriyyə – dövriyə, ədəbiyyat – ədəbiyat,
fəaliyyət – fəaliyət, maliyyə – maliyə,
üslubiyyat – üslubiyat və s.
Qeyd: Qəyyum,
səyyah, səyyar, səyyarə, təyyar kimi sözlər
istisnadır. Ehtiyat, mərsiyə, saniyə, təhkiyə,
tərbiyə, təziyə, tövsiyə kimi sözlər isə
indiyədək bir y ilə yazılmışdır və
onların yazılışı olduğu kimi qalır.
Daxili qanunauyğunluqları ilə idarə olunan dil
dayanıqlı olduğu qədər də həssasdır. Daxildən tənzimlənən
sistem olmasına baxmayaraq, insan faktoru ilə birbaşa
bağlı olan dilə psixoloji, fizioloji, sosioloji faktorların
təsiri izsiz ötüşmür, müxtəlif səbəbli
dəyişikliklər sistem daxilində biri digərini şərtləndirir.
Milli təfəkkürün və varlığın ifadəçisi
kimi kifayət qədər əhəmiyyətli və incə
məqamlarla bağlı olan dilə bəzi tarixi məqamlarda,
müasir qloballaşma dövründə olduğu kimi, dildənkənar
amillərin təsiri ilə qeyri-təbii meyillərin, dilin təbiətinə
və tipologiyasına yad olan proses və “qəlib”lərin tətbiqi
nəticəsində dil mənzərəsində nəzərə
çarpan “təsadüfi” dəyişikliklər
özünü göstərir. Belə halların
qarşısının vaxtında alınması, uyğun
prinsip və qaydaların müəyyənləşməsi norma səviyyəsində artıqlığa gətirib
çıxaran variativliyin ortadan qalxmasına şərait
yaradar.
Dilə kənar
təsir – alınmaların mənimsənilməsi ilə
bağlı məqamlar, dilə substratın təsiri
bütün səviyyələrdə - fonetik, leksik, qrammatik səciyyəli
ola bilər. Lakin “Substrat təsiri
bir çox illər sonra, hətta substrat etnik ortamı
meydandan qalxdıqdan xeyli sonra, o dil isə bu ərazidə
işləkliyini itirdikdən sonra belə (xüsusilə,
fonetika və sintaksisdə) özünü büruzə verə
bilər” (s.48). fonetik substrat ən
dayanıqlı ... hesab olunur (Àáàåâ Â. È. 1965, s.48). Bir
neçə gün əvvəl müsahibələrinin birində
görkəmli türkoloq F.Cəlilovun qeyd etdiyi kimi, “doğma
sözümüzün dildə doğub-törəmə
imkanı var, alınma söz isə dilimizdə qısır
qalır”.
-iyyat,- iyyət və -iyyə şəkilçisinin
fonem tərkibini nəzərdən keçirmək kifayətdir
ki, onun dilimizin ümumi qanunauyğunluğuna zidd olması
aşkarlansın: “iyyə” hissəciyində iki sait
arasında qaşa “y” işlənir. “Y samitinin tələffüzü
zamanı ... dil, demək olar ki, i saitinin tələffüzü
zamanı aldığı vəziyyətdə olur... Saitlərarası mövqedə onu saitlərdən
ossiloqrafik şəkil cəhətdən fərqləndirmək,
deməkolar ki, mümkün deyildir” (A.Axundov. 1984, s.164-165).
Azərbaycan dili üçün ki saitin
yanaşı işlənməsinin belə səciyyəvi
olmadığını nəzərə alsaq, bu şəkilçinin
nitq axınında ümumi ton mənzərəsinə təsirini
təsəvvür etmək çətin deyil. İntonasiyanın dilin tipoloji quruluşundan
birbaşa asılı olduğundan əruza məxsus ritm
türk dillərində iltisaqiliyin verdiyi xüsusi
tarazlığa malik ölçü ilə uyğun gəlmir. Nəzərə almaq lazımdır
ki, dilin ümumi qanunauyğunluqları ilə səsləşməyən
belə məqamlar min illərdən bəri
formalaşmış artikulyasiya aparatı “alqoritminə”, eləcə
də fonoloji səviyyədə dəyişmələrə
gətirib çıxarır ki, bu da nəticədə
morfoloji və sintaktik səviyyədə dəyişmələrə
- son nəticədə isə struktur dəyişmələrinə
səbəb olur. Səslərin kəmiyyət
göstəriciləri ümumi prosodiya mənzərəsinin dəyişilməsinə
gətirib çıxarmaqla fərqli intonasiyanın meydana
çıxmasını şərtləndirir.
Bəzi həssas məqamlarda diqqətli
olacağımız təqdirdə dilimizin inkişaf istiqamətləri
ilə bağlı ciddi narahatlığa əsas yoxdur. “Əgər bu və ya digər
hind-avropa dili min ildə tanınmaz dərəcədə dəyişirsə,
bu vəziyyəti türk dillərinə şamil etmək
olmaz, çünki türk dilləri neçə min ildir ki,
morfoloji quruluşunda iltisaqi texnikanın gücü, morfonoloji
quruluşunda heca modellərinin ideal sayı, vurğunun
dinamikası, səs uyuşması qanunu, fonotaktikanın sadəliyi,
səs quruluşunda fonemlər sisteminin simmetriyası ilə
dilin daxili mükəmməl mexanizmini qoruya bilmişdir. Türk dillərində cins kateqoriyasının
olmaması, feillərin çevikliyi ilə müşayiət
olunan paradiqmalar, sintaksem düzümü kimi məsələlər
də həmin stabilliyi şərtləndirən əlamətlərdir”
(1, s.33).
Sonda diqqətimizi
cəlb edən bəzi məqamlara diqqəti cəlb etməyi
lazım bilirik:
· 35-ci bəndin
( “Mənbə dildə söz ortasında
qoşa ss samiti olan aşağıdakı sözlər də
bir s hərfi ilə yazılır: masaj, pasaj, şose və
s.”) bu tipli digər sözlərə də şamil edilməsi
daha məqsədəuyğun olardı: disertasiya, komisiya,
komisar,aqresiya,asimilyasiya,asistent, diskusiya...
· Layihədə
attestasiya, attestat, attaşe, attraksion tipli sözlərin tək
t samiti ilə yazılması ilə bağlı müvafiq bəndin
olması məqsədəuyğun olardı.
· Eyni məsələni
müxtəlif dillərdən alınmaları əks etdirən
fərqli saitlərin sözdə yanaşı işlənməsi
- qoşasaitli bəzi sözlərin yazılışına
da aid etmək olar. Bu hal, məlum olduğu kimi, dilimiz
üçün səciyyəvi olmadığından tələffüzdə
bu tipli sözlərdə iki sait arasına y samiti əlavə
olunur: ailə, təbiət, zəif... Bir
zamanlar qayda, fayda (qaidə, faidə - Mən istəyirəm
ki, ticarətin hər bir yolunu və qaidəsini sənə
öyrədim. Ə.Haqverdiyev; Bizə ondan
və leyk faidə yox. S.Ə.Şirvani.)
tipli sözlərin orfoqrafiyasını yada salmaq kifayətdir.
“Vedro” sözünün vedrə şəklinə
salınması da tam məqsədəuyğun fakt kimi dəyərləndirilə
bilər. Bu baxımdan yanaşdıqda qeyd
olunan sözlərin ayilə, təbiyət, zəyif şəklində
yazılışı daha məntiqli görünür.
· Söz
ortasında eynicinsli qoşa samitlə (mm) yazılan sözlərin
bir samitlə yazılması (komunikativ, qramatika)məqsədəuyğun
olardı.
· Azərbaycan
dilində cins kateqoriyasının olmadığını və
bir neçə sözü əhatə etdiyini nəzərə
alaraq bəzi peşə adlarına artırılan şəkilçidən
imtina olunmasını daha məqsədəuyğun hesab edirik:
müəllim//müəllimə, katib//katibə, aktyor //
aktrisa... Bu şəkilçinin bir neçə
sözü əhatə etməsi, digər bu kateqoriyadan olan
sözlərə artırıla bilməməsi (həkim, rəssam,
mühəndis, mühasib...), eləcə də türk təfəkküründə
gender ayrıseçkiliyinin qabarıq olmaması bu fikrin əsaslı
olduğunu göstərir. Ixtisas və
peşə ilə bağlı vacib məsələ
yaxşı mütəxəssis olmaqdır, gender fərqi
deyil.
Orfoqrafiyaya qaydaları dilin fonem sistemi və bu sistem daxilində baş verən qanunauyğun dəyişmələrlə yanaşı, mövcud ənənə, dilin inkişaf tendensiyası – istiqaməti və dil sistemindəki davamlı inkişaf ardıcıllığını nəzərə almağı tələb edir. Yazı normasının əsasını təşkil edən bu qaydaların praqmatik tərəfi - ədəbi dilin tətbiqində vahidliyi, bütövlüyü qorumaq meyili diqqət mərkəzində saxlanılmalıdır. Dövlət dilinə münasibət birmənalı olmalı, hər bir vətəndaş bu məsələdə məsuliyyətini dərk etməli, dövlət atributlarından biri kimi (Himnin ifa olunduğu dil olaraq!), dövlətçiliyin təminatçısı kimi xüsusi hörmət və həssaslıqla yanaşmalıdır. Unutmamalıyıq ki, "dil məsələsi – dövlətin milli təhlükəsizliyi məsələsidir!" (L.Verbitskaya).
Yazı ilə bağlı rəy və təklifini bildirəcək hər kəsə əvvəlcədən təşəkkür edirik.
Nəzakət
QAZİYEVA
Filologiya üzrə
fəlsəfə doktoru, dosent, AMEA Nəsimi adına
Dilçilik İnstitutu Monitorinq şöbəsinin aparıcı
elmi işçisi
n.qazi@inbox.ru
525-ci qəzet.-2018.-2
fevral.-S.7.