Bakıda “Gəncliyin səsi” festivalı
Dünən Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında Gənclər
Günü münasibətilə
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən ənənəvi
olaraq keçirilən
“Gəncliyin səsi” festivalının açılışı
olub.
Festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
birgə təşkilatçılığı
ilə reallaşıb.
Əvvəlcə tədbir iştirakçıları
Bakı Turizm Peşə Məktəbinin,
Azərbaycan Turizm və Menecment Universitetinin tələblərinin
və “ASAN könüllüləri”
Mədəniyyət Mərkəzinin
gənc üzvlərinin
əl işlərindən
ibarət fotosərgi ilə tanış olublar.
Açılış mərasimində
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev çıxış edərək
hər il
ənənəvi olaraq
keçirilən festivalın
əhəmiyyətindən danışıb. Nazir bildirib
ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı “2 fevral
- Azərbaycan Gəncləri
Gününün elan
edilməsi haqqında”
Sərəncamı, Ulu
Öndərin Azərbaycan
gəncliyinə göstərdiyi
diqqət və qayğısının bariz
nümunəsidir. Həmin
vaxtdan etibarən hər il
2 fevral günü Azərbaycan gənclərinin
bayramı kimi təntənəli şəkildə
qeyd olunur.
Bildirilib ki, “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması,
onların yaradıcılıq
axtarışlarının, bilik və bacarıqlarının,
əldə etdiyi nailiyyətlərin dəstəklənməsi,
yeni simaların aşkar olunması məqsədi daşıyır.
Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək
bildirib ki, ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən
gənclərin himayədarı
olaraq sağlam düşüncəli yeni
nəslin yetişdirilməsini
dövlət və cəmiyyətin mühüm
vəzifəsi hesab edib. Ulu Öndərin əsasını
qoyduğu gənclər
siyasəti bu gün də uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki,
fevralın 6-dək davam
edəcək festivalın
paytaxtla yanaşı,
Sumqayıt və Mingəçevir şəhərlərində,
Şəmkir, Gədəbəy,
Quba və Masallı rayonlarında keçirilməsi nəzərdə
tutulub.
Daha sonra bir qrup istedadlı
gənc mükafatlandırılıb. Mükafatçılar
arasında Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin milli rəqs üzrə təhsil alan tələbəsi Nərmin Quliyeva, klassik rəqs üzrə təhsil alan Zəhra Tanrıverdiyeva, Aza Nurullayeva, o cümlədən,
Turizm və Menecment Universiteti, Üzeyir Hacıbəyli adına musiqi məktəbinin xüsusi fəallığı ilə
seçilən tələbələri
də yer alıb.
Tədbir tələbələrin ifasında
rəqs və musiqi ifaları ilə davam edib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2018.-3
fevral.-S.9.