“Hüseyn Cavid - 135” şeir
müsabiqəsinin qalibləri mükafatlandırıldı
Böyük Azərbaycan şairi
və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə “Kaspi”
təhsil şirkəti,
“Kaspi” qəzeti,
artkaspi.az mədəniyyət və ədəbiyyat portalının birgə keçirdiyi “Hüseyn Cavid - 135” şeir müsabiqəsinin mükafatlandırma
və müsabiqəyə
göndərilən poetik
nümunələrdən ibarət
antologiyanın təqdimat
mərasimi keçirilib.
Tədbirdə tanınmış ziyalılar,
millət vəkilləri,
incəsənət xadimləri,
yazarlar və media nümayəndələri iştirak
ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasnın sədri Əflatun Amaşov böyük ədib Hüseyn Cavidi ədəbiyyatımızın parlaq simalarından biri kimi səciyyələndirib. H.Cavidin Azərbaycan
ədəbiyyatında əbədi
iz qoyan dahi sənətkar olduğunu deyən Ə.Amaşov qeyd edib ki, böyük
şairin nəşinin
vətənə gətirilməsi
və xatirəsinin uca tutulması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Sonra H.Cavidin
həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
H.Cavidi xoşbəxt sənətkar
adlandıran “Kaspi” qəzetinin təsisçisi,
yazıçı və
alim Sona Vəliyeva şairin bioqrafiyası, yaradıcılıq
yolu barədə olduqca maraqlı fikirlər səsləndirib:
“Şəxsiyyətləri mühit yetişdirir. Bu, birmənalıdır. Cavidin taleyi elə yazılmışdı ki,
onun atası mütləq Şahtaxtıdan
köçməli idi.
Böyük dramaturq atasının
qoyduğu molla məktəbindən qaçmalı,
Sidqinin məktəbinə
gəlib dünyəvi
elmlərlə məşğul
olmalı idi. O, öz yaradıcılığını
iki böyük məfkürənin qovşağının
bünövrəsində qurmalı
idi. Hüseyn Cavidin taleyində
türk dünyasının
ən böyük filosoflarından, insanlarından
dərs almaq yazılmışdı. O, məfkürənin nədən
başlandığını və digər prinsipləri öyrənməli
idi və belə də oldu”.
S.Vəliyeva bildirib ki, Hüseyn Cavidin istər bədii, istər publisistik, istərsə də nəsrlə yazdığı
əsərlərdə məfkurə
hakimliyi var: “O nə yazıbsa, orada iki xətt
var: biri Tanrıya, biri də milli məfkurəyə
bağlılıq. Cavidin əsərlərində
Allaha müraciətlər
xüsusilə diqqət
çəkir. Bu, çox vacib məqamdır. Hüseyn Cavid
yazılarında öz
ideyalarına sadiq qalıb. O, nə yazıbsa, xalq onunla qürur duyur. Böyük şair və
dramaturq daima öz əqidəsinə,
məsləyinə, arxalandığı
məfkurəyə sadiq
qaldı. Bu gün biz Cavidə qayıtmaqla özümüzə
qayıdırıq”.
Ümummilli lider Heydər Əliyevin görkəmli şairin məzarının
Azərbaycana gətirilməsilə
bağlı fəaliyyətindən
söz açan S.Vəliyeva qeyd edib ki, ulu
öndər Cavidləri
möhtəşəm bir
məqbərə altında
topladı: “Bu, böyük
şairə verilən
böyük qiymət
və tarixi xidmətdir”.
Müsabiqə haqqında məlumat
verən S.Vəliyeva vurğulayıb ki, 108-ə
qədər müəllif
arasında qaliblərin
müəyyənləşdirilməsi üçün görkəmli
söz adamlarından ibarət münsiflər heyəti təşkil olunub: “Bildiyimiz kimi, Cavidin əsas
pinsipi ədalət idi ki, qaliblərin
seçilməsində də
bu prinsipə əməl olunub. Qaliblər üçün diplom və pul mükafatı
ayrılıb. Mən bütün
qalibləri təbrik edirəm. Bu səpkidə tədbirlərimiz
davamlı olacaq”.
Müsabiqənin münsiflər heyətinin
üzvü Xalq şairi Sabir Rüstəmxanlı, professor Cahangir
Məmmədli və digər çıxış
edənlər Hüseyn
Cavid haqqında, müsabiqənin əhəmiyyəti
barədə fikirlərini
bölüşüblər.
Sonda müsabiqə qalibləri mükafatlandırılıb. Birinci yerə Əlizadə Nuri, ikinci yerə Yusif Mustafayev, üçüncü yerə Bəhruz Niftəliyev layiq görülüb. Müsabiqənin xüsusi mükafatları fərqlənən iştirakçılara verilib, yarışmaya göndərilən poetik nümunələrdən ibarət antologiya oxuculara təqdim olunub.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2018.-3
fevral.-S.4.