Xaliq Rəhimli

 

Sirli bir fərmandı dünya,

Kim deyir dərmandı dünya,

Köhnə dəyirmandı dünya,

Ömrümüz üyünür hələ.

 

Baxır-baxır gözü bizə,

Dayanıbdı üzü bizə,

Tanrı hansı üzümüzə,

Bizimlə öyünür hələ.

 

Fani dünyadan qaçanın,

Ruhu göylərdə uçanın,

Məzarı çiçək açanın,

Ürəyi döyünür hələ.

 

lll

 

Eşq əhli bu yollarda qoşasa,

Bir-birinin ürəyini oxşasa,

Qoca dünya sevgi ilə yaşasa,

Ömrü boyu dayaqları laxlamaz.

 

Təbiidir ağlayırsan, gülürsən,

Ayrılığı həm , dözüm bilirsən,

Sevirsənsə ancaq özün bilirsən,

Heç kim gəlib ürəyini yoxlamaz.

 

Dedi, ağılla sev, rəhmətlik babam,

Alovlanmır, tüstülənir eşq sobam,

Əlim bala batıb, ay elim, obam,

Deyirlər ki, özü sevən ağlamaz.

Ürək yoxsa, sevda nədən bilinər,

Azalıb sevgili qız, sevgili nər,

İraq olsun, tükənsə sevgililər,

Dünya bizi bircə gün saxlamaz...

 

lll

 

Heç vaxt görmədiyim fələk

Söylə, atın rəngdədi.

Ora burdan çoxmu fərqli,

Suyun, otun rəngdədi.

 

Yerdə gəzən əjdahalar

Məni udmamış, gəl apar.

Nakam sevgilərin ahı

Məni tutmamış, gəl apar.

 

Məni , götür tərkinə

Bu yerdən üzülüm gedim.

Sevənlərimin gözünə

Yaş olum süzülüm gedim.

 

Arxamca həsrətim güldü,

İçimdə səsim darıxdı.

durmusan, yüyəni çək,

Tez ol, nəfəsim darıxdı.

 

lll

 

Gül bilim dərim səni,

Könlümə sərim səni,

Arabir görüm səni,

Gözüm yadırğamasın.

 

Bir az qərib eyləyim,

Sözü zərif eyləyim,

Səni tərif eyləyim,

Sözüm yadırğamasın.

 

Sözünü üzülmə de,

Mənə bax, özümə de,

Nəyin var üzümə de,

Üzüm yadırğamasın.

 

Əynimdə sarı köynək,

Ürəyim göynək-göynək,

Toy yoxdu, yoxdu neynək,

Dözüm yadırğamasın...

 

lll

 

Yol gedirdim, sən yolumdan eylədin,

Baxışınla neçə dastan söylədin,

Öyünmə ki, məni şair eylədin,

Ürəyimdə beş-on kəlmə söz qalıb.

 

Haqqım yoxdu bu sevdanı danmağa,

Müntəzirəm gecə-gündüz anmağa,

Təzədənnən alovlanıb yanmağa,

bir kösöv qalıb, bir köz qalıb.

 

Ömrü boyu sən günahkar bil məni,

Qılınc götür neçə yerə böl məni,

Deyirsən ki, yaddaşınnan sil məni,

Siləmmirəm, eh məndə üz qalıb.

 

Mənə sərf eləmir, yada saldıqca,

Özüm üzülürəm belə qaldıqca,

Adam huşsuz olur yaşa dolduqca,

Bir az da döz, unutmağa az qalıb...

 

lll

 

Mən sənə başa salım sevgidən,

Onun alovuna yanıb biləsən.

Ayrılığın qarı, içinə yağa

Ürəyin buz kimi donub, biləsən.

 

Əzəldən çətindi, qayadı, daşdı,

Yoxdu məhəbbətin" asan xidmət"i,

Ölsəm , yadımnan çıxmaz o qızın,

Baxıb sonsuzluğa "susan" xidməti".

 

Çox da ki, həyatı görüb gəlmişəm

Çox da ki, özümdən oxuyuram mən,

Bu sevgini əzbərləmək çətindi,

Hələ üzündən oxuyuram mən...

 

lll

 

İnanmıram bir səni görəm mən

O da bir fürsətdi gəldi getdi.

Bəxtim tez özünü yetirdi mənə,

Üzümə bir dəfə güldü getdi.

 

tez gəldi keçdi ömürdən illər,

Yığılıb üst-üstə, bu yaş hardandı?

Deyirlər ağlamaz özü yıxılan,

Mən ki ağlamıram, bu yaş hardandı?

 

Həyatın dəyişib, başın qarışıb,

Deyəsən, o köhnə bağlar qırılıb,

Bir dəfə görməyə həsrət qalmışam,

Kiminsə baxmaqdan gözü yorulub

Hərəyə bir cürə verilir sevgi

Kimiyə əzabla, kimiyə hazır.

Görünür, dünyanın işi belədi,

Kimlərsə qovuşur, kimsə şer yazır...

 

lll

 

İllər keçib, o gedənsən, o gedən,

Unutmağn çarəsiymiş vaxt, zaman.

Bilmirəm, heç sən üşüyürsənmi,

İçi buz bağlamış ayrılıqlardan.

 

Yuxuma yalvardım, görməsin səni,

Qorxurdum gözümü yummağa, neynim.

Gördüyüm yuxular qatmaqarışıq,

Döndülər dolaşıq yumağa neynim.

 

nəfəsin gəlir, gözün baxır,

Əriyib axıram sənsizliyinə.

bir parça şəkil, ki heç ,

Oturub baxıram sənsizliyinə.

 

Ömrümü, günümü yola verirəm,

Ürəyim əl çalır, ruhum oynayır.

Bu necə nifrətdi, dərddi bilmirəm,

Altından yenə , sevgi qaynayır...

 

lll

 

İllər ötüb gedir ömür payından,

Bu dünyanın suyundandı suyundan,

Çox öyünmə dostlarının sayından,

Sədaqəti olan adam ayrıdı.

 

Bir az da dərindən düşünsən əyər,

Çarəsiz fikirlər qəddini əyər,

Çoxları gözünə ədəbli dəyər,

Mərifəti olan adam ayrıdı.

 

Gizlinim yox, nəyim varsa üzdədi,

Ömür hələ yollardadı, izdədi

Çox insanlar əməldə yox, sözdədi,

Cəsarəti olan adam ayrıdı

 

Hər gələnə, gedənə söz verməyin,

Hər "aşiq"in əlinə saz verməyin

Sevgi yoxsa, heç kimə üz verməyin,

Məhəbbəti olan adam ayrıdı...

 

Xaliq RƏHİMLİ

525-ci.-2018.-9 fevral.-S.7.