Darısqallıq
həddi
Şahnaz ŞAHİN
Xalq şairi Rəsul
Rzaya ithaf
Bir insan şəkli tapdım,
Asdım qəlbimin üstündən.
Dərdlərini dəstələyib
Asdım qəlbimin üstündən.
Hər gün, hər saat yanıltmac,
Bir gün ayrılıq salacaq..
Ömür, həyat bir oyuncaq
Asdım
qəlbimin üstündən...
Nə dedin dua olası.
Ruhuma işıq salası...
Rəsul
Rza haqq qalası
Asdım
qəlbimin üstündən!..
Qarşımda bir insan şəkli var, Ustad,
Başımda dolaşıq fikirlər
kələfi..
Qulaqlarımda səslənir həyat
himni:
"Ömür
keçdi, gün keçdi"
Aramızda böyük yaş
fərqi var
Sən...
mənim atam...
Eh, bu gün hara,
dünən hara
Lap mat qalır
adam.
...Sözlərin elə bil indicə hopub
Ağ varaqlara
Yol ağzında yel vurub titrədən sarı sünbül
kimidi ürək.
Ürəyimdən gözlərimə gələn
yolda
Tanımadığım
kimsə var...
Ürək dözmədiyinə göz dözür,
Lap əmr
alıbmış kimi
"Döz!"
dözür...
...Yanağımda ilk müəllimin
sillə səddi,
Saçımda yoldan tapdığım
lentin
Acı
parıltısı..
Qulağımda qonşu partada oturan
qızın "Bu mənim
lentimdi"
pıçıltısı...
Sürətlə sifətimə çırpılır
qaynar qanımın qızartısı...
Robot əsridi indi...
Şagirdə çırtma vurmağa
müəllimin
nədir həddi...
Anadan gözəl kim var..
Anama bənzəyir
bu qadın.
Bax gecə keçib gedir,
Ev sükut, hamı yatıb..
O qadındır, o ana
Gecənin bir yarısı
Qalxıb
şirin yuxudan
Dolanır otaqları..
Nəfəsimi dinləyir,
Çəkib örtür üstümü.
Sığallayır telimi,
Düzəldir yastığımı..
Və rahat olub gedir...
... Anamın əqrəb sancan əlinə,
vaxtsız
ağaran telinə,
bükülən belinə
ağlayırdım...
Əlimdən bir şey gəlməyəndə isə...
öz
günümə.
Qonşumuzun
davada itkin düşən ərinə,
dağılmış yulğun
çəpərinə
ağlayardım.
Sonsuz bir qarının
sahibsiz həyətinə...
Ondan sonra da həyəti
tərk etməyən
vəfalı itinə ağlayardım...
Dünyada ölüm adlı
cəlladın olduğunu
biləndə hələ
çox uşaqdım
həmin gün bitdi uşaqlıq çağım...
Sinəm
altı qoruqdu,
Üstü varaq-varaqdı,
Məni
bir səs çağırdı,
Qaçdım, çata bilmədim!
Yanıb
keçdi ocaqlar,
İlıq, yumşaq axşamlar.
Pərişan qara saçlar....
Qaçdım, çata bilmədim!..
"Əl tutmaq Əlidən qalıb"
dedilər, Ustad,
bir
də "Balığı
at dəryaya"
Əl verdiyim adam
əlimi kəsir indi,
dil öyrətdiyim
dilimi...
Vallah hərdən nahaq qınayırıq ölümü!..
Vaxt keçir, yerimi dəyişmək istədim,
Gördüm hələ də
dünyanın
darısqallıq həddi
keçilməyib!..
Önümü qəlibə salınmış
sevgilər kəsdi,
Ustad,
Canımı ölçülü-biçili
adamlar sıxdı...
Yenə
də
"Ən dəhşətli nüsxə insanlar içindədir..."
...Bu gecə başım üstündə
Nurlu siman, ürəyimdə xeyir-duan,
Şeirlərinlə yol çəkirəm
ən yaxın ulduza...
Heyif sənə, heyif...
Rəsul Rza!..
525-ci qəzet.-2018.-9 fevral.-S.7.