Xalq artisti
Nuriyyə Əhmədova anıldı
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının
dəstəyi ilə Dövlət Film Fondunda Xalq artisti Nuriyyə
Əhmədovanın xatirə
gecəsi keçirilib.
Fonddan
AƏRTAC-a bildirilib ki,
tədbirdə Kinematoqrafçılar
İttifaqının icraçı
katibi Cəmil Quliyev Nuriyyə xanımın həyat və yaradıcılığından
geniş söz açıb. Onun canlandırdığı ekran əsərlərindəki
rolların xatirələrdən
silinməyəcəyini vurğulayıb.
Kinoşünas, Əməkdar İncəsənət
Xadimi Aydın Kazımzadə, Xalq artisti Şamil Süleymanov, Əməkdar
artistlər Elxan Qasımov, Əjdər Həmidov, Xalidə Quliyeva, kinooperator Kənan Məmmədov onunla bağlı xatirələrini bölüşüblər.
Tədbirdə Nuriyyə xanımın rol aldığı filmlərdən fraqmentlər
göstərilib, ona həsr edilmiş fotosərgi nümayiş etdirilib.
525-ci qəzet.-2018.-9
fevral.-S.8.